C# (C Sharp) – Microsoft.Net platformu ilə birlikdə təqdim olunan C ailəsinə aid obyekt yönümlü proqramlaşdırma dillərindən biridir. Sintaksis və platform olaraq ən çox Javaya yaxındır. Javadakı bir çox xüsusiyyət – sadəlik, tullantı avtomatik təmizləmə mexanizmi, virtual maşın (CLR) – bu dildə də mövcuddur. Yalnız C# 2.0 və 3.0 versiyaları dilə bəzi dinamik xüsusiyyətlər qazandırır. C# ən axırıncı versiyası 4.0 2010, Aprelin 12 çıxıb. Microsoft.Net(Visual Studio)-dən başqa Mono və DotGNU – kodu açıq olan C# kompilyatoru mövcüddur. Bu proqramlaşdırma dili Microsoft şirkəti tərəfindən Delphiyə rəqib olaraq hazırlanmışdır. Bu dil özünü tez bir zamanda tanıtdı və artıq demək olar ki ilk vaxtlarından Delphini sıxışdırmağa başladı. Javanın bir çox xüsusiyyətlərini özündə saxlayır.Bu dilin versiyaları C# 6.0, C# 7.0, C# 7.1, C# 7.2, C# 7.3, C# 8.0 axırıncı versiyası isə dotnet 5.0 ilə C# 9.0-dur.

C Sharp
Loqonun şəkli
Paradiqmalar Strukturlu proqramlaşdırma, Obyekt yönümlü proqramlaşdırma, Refleksiya
Yaradılma tarixi 2001
Müəlliflər Microsoft
Tərtibatçılar Microsoft
Fayl sonluğu .cs və ya .csx
Sonuncu versiyası
Təsirlənib C++, C, Java, Delphi (proqramlaşdırma dili), Eiffel, Haskell, ICON, Rust, Visual Basic
docs.microsoft.com/en-us…
docs.microsoft.com/de-de…
docs.microsoft.com/ja-jp…
docs.microsoft.com/fr-fr…
docs.microsoft.com/it-it…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
using System;
    class Program
    {
        static void Main()
        {
            Console.WriteLine("Hello world!!!");
                 Console.ReadKey();
        }
    }

Bu kiçik program konsolda "Hello, World!!!" çap edir.

Kod nümunələri

redaktə

Öyrənmək istədiyiniz proqramlaşdırma dillərinə aid kod nümunələrini görməniz sizə bu kod haqqında fikir verir.

Sayğac

redaktə
using System;

namespace MyFirstProgram
{
    class Program
    {
        static void Main(string[] args)
        {
            int n = 0;
            while (n<10)
            {
                n++;
                Console.WriteLine(n);
            }
        }    

    }
}

Bu kod nümunəsi 1-dən 10-a qədər olan ədədləri ekranda alt-alta əks etdirəcək.

Kodun izahı:

1.İlk önce dəyişənimizi(n) yaradırıq.Dəyişənimizi tam ədəd növündə yaradırıq çünkü biz bu dəyişənimizi artıracıq.

2."while" dövriyyəsini yaradırıq.

3."while" dövriyyəmizin şərtini yazırıq mörtərizə daxilində.Şərt doğru olana qədər dəvam edəcək sayğacımız.

4.Sonra isə "while" dövriyyəmizin işə salacağı kod parçasını yazırıq.

5.Burada n++ vasitəsilə kodumuz sayğac işlədiyi müddətcə hər dəfə əvvəlkində 1 ədəd böyük olur.

6.Console.WriteLine(n); vasitəsilə isə n dəyişənini ekrana yazdırırıq.

Mənbələr

redaktə
  NODES
Csharp 2
os 13
visual 2