Canavarlarla rəqs

Canavarlarla rəqs (ing. Dances With Wolves) — tarixi dram filmi. Filmin rejissoru və baş rol ifaçısı Kevin Kostnerdir. O, bu filmin üzərində 5 ildən artıq işləmişdir. Filmin premyerası 1990-cı il 19 oktyabrda Vaşinqtonda baş tutmuşdur. Filmdəki dialoqların çoxu Amerika hindu qəbilələrindən biri olan siuların dilinin lakota dialektindədir və altyazı ilə müşayiət olunur.

Canavarlarla rəqs
ing. Dances With Wolves
Janr vestern, dram, macəra
Rejissor Kevin Kostner
Prodüserlər Kevin Kostner
Cim Vilson
Əsərin müəllifi Maykl Bleyk
Ssenari müəllifi Maykl Bleyk
Baş rollarda Kevin Kostner
Meri Makdonnel
Qrem Qrin
Rodni Qrant
Floyd Vesterman
Ues Styudi
Operator Dim Senler
Bəstəkar Con Barri
İstehsalçılar Orion Pictures, Tig Productions, Majestic Films International
Distribütor Orion Pictures[d], Netflix
İlk baxış tarixi 19 oktyabr 1990
Müddət 183 dəq.
236 dəq.— rej. versiyası
Büdcə $22 000 000
Gəlir $424 208 848
Ölkə ABŞ ABŞ
Dil ingilis dili
Rəng rəngli
Çəkiliş yeri Kanzas
IMDb ID0099348
Mükafatları Ən yaxşı filmə görə "Oskar" mükafatı Ən yaxşı rejissor işinə görə "Oskar" mükafatı Ən yaxşı operator işinə görə "Oskar" mükafatı Ən yaxşı uyğunlaşdırılmış ssenariyə görə "Oskar" mükafatı Ən yaxşı musiqiyə görə "Oskar" mükafatı

22 milyon ABŞ dolları büdcə ilə çəkilmiş film, qazandığı böyük uğur sayəsində 424 milyon dollar gəlir gətirdi. Film 7 Oskar mükafatı, o cümlədən, "Ən yaxşı film" nominasiyasında, həmçinin "Ən yaxşı dram filmi"nə görə Qızıl Qlobus mükafatını qazandı. Filmdəki səhnələr Cənubi DakotaVayominqdə çəkilmiş və Sinte Qleksa Universitetinin Lakota tədqiqatları şöbəsinin müdiri Albert Vayt Het tərəfindən tərcümə edilmişdir.

Rollarda

redaktə
  • Kevin Kostner — Leytenant Con Danbar / Canavarlarla Rəqs Edən (Lakota: Šuŋgmánitu Tȟáŋka Ób Wačhí)
  • Meri Makdonnell — Yumruqla Dayanan (Napépȟeča Nážiŋ Wiŋ)
  • Qrem Qrin — Zərbəvuran Quş (Ziŋtká Nagwáka)
  • Rodni A. Qrant — Onun Saçında Küləklər (Pȟehíŋ Otȟáte)
  • Floyd Red Krou Vesterman — On Ayı (Matȟó Wikčémna)
  • Tantu Kardinal — Qara Örtük (Šiná Sápa Wiŋ)
  • Cimmi Herman — Daş Buzov (Íŋyaŋ Ptehíŋčala)
  • Natan Li Çeyzinq His Horse — Çox Gülən (Iȟá S’a)
  • Maykl Spirs — Susamuru (Ptáŋ)
  • Ceyson R. Lon Hill — Soxulcan (Waglúla)
  • Çarlz Roket — leytenant Elcin
  • Robert Pastorelli]] — Timmons
  • Larri Coşua — serjant Bauer
  • Toni Pirs — Spivi
  • Kirk Baltz — Edvards
  • Tom Everett — serjant Pepper
  • Mori Çaykin — mayor Fambro
  • Ues Styudi — Paunilərin rəhbəri
  • Ueyn Qreys — Bələdiyyə başçısı

Maraqlı faktlar

redaktə
  • 2007-ci ildə ABŞ Konqres kitabxanası "Canavarlarla rəqs"i Mill Film Reyestrinə daxil etdi.
  • Lakota qəbiləsi Kevin Kostneri öz fəxri üzvlüyünə qəbul edib.
  • Orijinal əsərdə komançi qəbiləsindən bəhs edilsə də, filmdə siu qəbiləsi təsvir edilir.
  • Filmdə Doris Lider Çarc (1931-2001) lakota dilindəki söhbətlərin quruluşçusu idi və qəbilə başçısı On ayının həyat yoldaşını canlandırırdı.

İstinadlar

redaktə

Xarici keçidlər

redaktə
  NODES
Intern 2
mac 1
os 8
web 2