Cek fənəri (ing. Jack-o'-lantern) — Hellouin bayramının əsas simvolu sayılır. Cek fənəri — içərisi boşaldılmış, göz, burun və ağız qoyulmuş balqabaqdan hazırlanır və balqabağın içinə şam qoyulur.

Cek fənəri

Britaniyada orta əsrlərdə insanlar evbəev gəzib ölülərin ruhuna dua oxumalarının qarşılığında sakinlərdən yemək istəyirdilər. Onlar əllərində oyuq şalğam fənərlər tuturdular.[1] Hər bir belə fənərlərin içinə məhşərdə ilişib qalan ruhu təmsil edən şam qoyurdular. Digərlərinin fikrincə isə, fənərlər pis ruhları qovmaq üçün istifadə edilirdi.[1] 1800-cü illərdə Şimali Amerikada şalğam balqabaqla əvəz olundu, çünki bu tərəvəz o torpaqlarda geniş yayılmışdı və onu oymaq asan idi.[1]

İstinadlar

redaktə
  1. 1 2 3 "Hellouinin kökləri. Müqəddəs Kitabda bu barədə nə deyilir?". www.jw.org. 22 April 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 December 2015.

Xarici keçidlər

redaktə
  NODES