chmodUnix əmri olub, istifadəçinin fayl üzərində haqqlarını müəyyən edir.

Chmod
Yayımlanma tarixi 3 noyabr 1971
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İstifadəsi

redaktə

Ümumiyyətlə faylın 3 istifadə haqqı olar. Faylı oxumaq, faylı yazmaq (faylda dəyişiklik etmək), faylı çağırmaq (run). chmod əmrindən iki yolla istifadə etməklə, faylın istifadə haqlarını dəyişmək olar.

1) Hərflərlə

Müraciət Sinif İzah
u istifadəçi faylın sahibi
g qrup faylın daxil olduğu qrupun istifadəçiləri
o başqaları faylın sahibi olmayan və ya faylın daxil olduğu qrupda olmayan istifadəçilər
a hamı Bütün istifadəçilər (ugo-da eyni işi görür)

chmod aşağıdakı operatorlardan istifadə etməklə faylın icaəsini (mode-nu) müəyyən edir.

Operator İzah
+ müəyyən olunmuş sinifə müəyyən olunmuş hüquqları əlavə edir
- müəyyən olunmuş sinifdən müəyyən olunmuş hüquqları silir
= müəyyən olunmuş sinif dəqiq müəyyən edilmiş hüquqları alır

Fayldan istifadə hüquqlarını müəyyən edən variantlar (modelar) aşağıdakı kimidir.

Variant Ad İzah
r oxumaq fayl və ya kataloqun tərkibini oxumaq
w yazmaq fayl və ya kataloqa yazmaq (dəyişdirmək)
x çağırmaq faylı çağırmaq
X xüsusi çağırmaq
s setuid/gid
t yapışqan

2) Rəqəmlərlə

# İcazə rwx
7 bütün hüquqlar 111
6 oxumaq və yazmaq 110
5 oxumaq və çağırmaq 101
4 yalnız oxumaq 100
3 yazmaq və çağırmaq 011
2 yalnız yazmaq 010
1 yalnız çağırmaq 001
0 heç biri 000
  NODES