Cihazlarla Enmə Sistemi

Cihazlara Enmə Sistemi (ILS) (İng: instrument landing system), uçuş-enmə zolağı (UEZ) başına yerleştirilmiş ötürcülər vasitəsilə hava gəmilərinin enişinə kömək edən dəqiq yaxınlaşma sistemidir. ILS, hava gəmisini UEZ başlanğıcına qədər dəqiq yaxınlaşmasını təmin edən bir aeronaviqasiya koməkçi sistemiridir.

Boeing-747 -nin eniş anı

[1] Buludun aşağı sərhəddinin, görünüş faktorlarının çətin olduğu hava şəraitlərində, hava gəmisinin aşağı hüdürlükdə UEZ-ə yaxınlaşmasını ve zolağa elektronik cihazlarla təhlükəsiz eniş etməsini təmin edir. Pilota kurs və qlissada məlumatı verir.

Pilotların xüsusi ilə dumanlı ve qarlı havalar kimi görünüş məsafəsinin çox aşağı olduğu zamanlarda enişlərini böyük ölçüdə asanlaşdıran sistemin, tərkibində olan təchizatlar bunlardır:

Kurs göstəricisi (istiqamət göstən)

redaktə
 

UEZ səthində eninə yönəlmiş ve eniş istiqamətinin əksi istiqamətdə siqnal göndərən təhcizatdır. Hava gəmisini zolaq istiqamətinə doğru yönləndirir. UEZ sonundan etibaren 1000 fut (300 metr) məsafədedir. Localizer vericiləri 25 nm'yə qadar siqnal ötürür. Yani hava gəmisi, UEZ uzaqlığı 25 nm'dən itibarən siqnalı almağa başlayır. Hava gəmisinə sadecə UEZ istiqaməti məlumatını verir.

Qlissada göstəricisi (süzülüş xətti təyin edicisi

redaktə

UEZ-ə 3°-lik şaquli bucaqla siqnal göndərən bir təhcizatdır. Yəni hava gəmisini 3°-lik bir əyilmə bucağı ilə UEZ başlanğıcına doğru yönəldir.

Yaxın və Uzaq Marker Göstəricisi (Orta ve Uzaq Markerlər)

redaktə

Localizer və Glide-Path təchizatlarının siqnallarının müəyyən məsafələrdə şaquli yayan təhcizatlardandır. Hüdürlük azaltma zamanı hava gəmisi pilotlarına, UEZ başlağıcına nə qədər məsafədə olduqlarını bildirir. Xarici, orta və yaxın olmaqla 3 markeri vardır. Xarici marker, UEZ başlanğıcına təxminən 4 nm (7240 m) məsafədə yerləşir. Orta marker, UEZ başlanğıcına 3500 feet (1050 m) məsafədə yerləşir. Yaxın marker isə, UEZ başlanğıcından 50 feet (15 m) məsafə uzaqlıqda yerləşdirilir. Ayrıca ILS-lər öz aralarında; hava gəmisinin 60 m-ə qədər hündürlükdə CAT 1, 30 m-ə qədər hündürlükdə CAT 2, və sıfır səviyyəsindəki CAT 3 olmaqla üç kateqoriyaya bölünür.

ILS ilə birlikdə istifadə olunan digər sistemlər

redaktə

Aerodromlarda ILS sisteminə əlavə olaraq aeronaviqasiya köməkçi sistemleri (VOR sistemi, DME sistemi, NDB Sistemi və s.), Radar Sistemləri, vizual olaraq UEZ aydınlatma sistemləridə mövcuddur.

  • VOR: VHF (Very High Frequency) ilə çalışan çox tərəfli radio naviqasiya istiqamət cihazı.
  • TACAN: Hərbi aerodromlarda istifadə olununan VOR-a oxşar sistemdir.
  • DME (Distance Measuring Equipment): Məsafə ölçmə cihazı.
  • VOR ile DME bilikdə işləyir. ILS sisteminin olmadığı aerodromlarda, VOR yaxınlaşma cihazı ilə eniş və qalxış etmək mümkündür.
  • ADF (Automatic direction-finder): Radio siqnal yayan stansiyanın istiqamətini göstərən bir sistem.

Aerodrom üçün minimum ILS quraşdırma kriteriyaları

redaktə

Hər aerodroma ILS sistemi qurula bilməz. Aerodromun olduğu yerin ekoloji ərazi kodları uyğun olmalıdır. Maneə meyarlarının; qalxışda 2%-lik əyrilik, enişdə isə 2.5%-lik əyrilik altında olmağı lazımdır. Cihazın lazımlılığı, aerodromun fiziki şərtlərinə görə müəyyən edilir. 800–1200 m görüş məsafəsindəki dumanlı havalarda etibarlı eniş etməyə imkan verir. Düz və duman görülməyən bölgələrə qurulan aerodromlar üçün bu sistemə ehtiyac yoxdur. Bu sistemdə pilot fəaliyyətdan düşməz, sadəcə məlumatları davamlı nəzarət altında saxlayar. ILS-in təmin etdiyi görünüş məsafəsi, UEZ-nın işıqlandırmasına bağlı olaraq dəyişir.

Əlaqəli mövzular

redaktə
  • Vizual uçuş qaydaları (VFR)
  • Alətlərlə uçuş qaydaları (IFR)
  • Uçuş yoxlamaları
  • Avto-pilot

İstinadlar

redaktə
  1. Uluslararası Sivil Havacılıkta Kullanılan Uluslararası Standartlar ve Tavsiye Edilen Uygulamalar.
  NODES