Con Konstebl (ing. John Constable; 11 iyun 1776, İst-Berqhoult, Saffolk – 31 mart 1837, London) — ingilis rəssamı-romantik. Ona məşhurluğu doğulduğu Saffolk əyalətinin mənzərələrini təsvir etdiyi pezajlar gətirmişdir. Onun rəsmlərini Konsteblin torpağı (Constable Country) adlanan Dedhem Veyl məşhurlaşdırmışdır. Dostu Con Fişerə 1821-ci ilə aid olunan məktubunda Konstebl yazırdı:

Con Konstebl
ing. John Constable
Doğum tarixi
Doğum yeri İst-Berqhoult, İngiltərə İngiltərə
Vəfat tarixi (60 yaşında)
Vəfat yeri London, İngiltərə İngiltərə
Vətəndaşlığı Fransa Fransa
Fəaliyyəti rəssam, memarlıq çertyojçusu[d], vizual incəsənət rəssamı, incəsənət xadimi
Janrlar peyzaj[1][2], məişət janrı[2], Marina[2], portret[2], dini incəsənət[d][2], natürmort[2]
Stillər realizm, romantizm[3]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
" Mən bundan sonra doğma yerləri çəkməliyəm. Rəssamlıq – hisslərin ifadəsi kimi başqa bir şeydir.... "

[4]

Onun məşhur işləri arasında "Dedham Vale" (1802) və "The Hay Wain" (1821) rəsmləridir. Halhazırki dövrdə Konsteblin işləri yüksək qiymətləndirilir və kolleksionerlər arasında çox məşhurdur. Lakin rəssam öz həyatıbda heç bir maliyyə uğuru əldə edə bilməmişdir. O, yalnız 52 yaşında Kral rəssamlıq Akademiyasının üzvü olmuşdur. Konsteblin öz rəsmlərinin əksəriyyətini vətəni İngiltərədən daha çox Fransada sata bilmişdir.

Həyatı

redaktə

Erkən illəri

redaktə
 
Solsberidə kilsə, 1823

Konstebl 1776-cı ildə Staur çayının sahilində yerləşədn İst-Berqhoult kəndində dəyirmançı Qoldinq və Enn Konsteblin (atasının dəyirmanı onun rəsmlərində bir neçə dəfə təsvir olunmuşdur) ailəsində anadan olmuşdur. Qoldinq Konstebl həmçinin, “Teleqraf” adlı kiçik gəmiyə sahib idi. Belə ki, o Staur çayından istifadə edərək Londona dənlərin daşınmasını təşkil edirdi. Rəssamın atası londonlu çay ticarətçisi Abraham Nyumanın qardaşı oğlu idi. Con ailədə ikinci övlad olmuşdur. Lakin onun böyük qardaşının sağlamlığındakı ciddi problemlərə görə ailənin bütün ümidləri Cona yönəlmişdir. Rəssam öz təhsilini Lavenhem internat məktəbində başlamış, sonradan isə Dedhemdə yerləşən gündəlik məktəbdə davam etdirmişdir. Məktəbi bitirdikdən sonra Con dəyirmanda çalışmış, lakin bir müddət sonra ailə biznesini Con kiçik qardaşı Abraham öz üzərinə götürmüşdür. Gəncliyində Konstebl ətraf əraziləri çox gəzmiş, orada cızmaqaralar və etüdlər etmişdir. Rəssamın sözlərinə görə, bu mənzələr “onu rəssam etmişdilər”.[4].

Rəssam qeyd etmişdir: “Dəyirmandakı suyun səsi, söyüdlər, köhnə lövhələr,yaşıl mamırla örtülmüş sütunlar, kərpiç plitələri –bütün bunların hamısı məni valeh etmişdir”. ("The sound of water escaping from mill dams etc., willows old rotten planks, slimy posts, and brickwork, I love such things"). Konsteblin kolleksioner Corc Bamonla tanışlığı onun sonrakı taleyinə böyük təsir göstərmişdir. Bamon tanışlıq zamanı ona öz kolleksiyasının ən dəyərli əsəri saydığı Klod Lorrenin “Aqar və Mələyin peyzajı” (“Hagar and the Angel”. 1646) rəsmini göstərmiş və bu rəsm əsəri Konsteblə ilham vermişdir. Sonra Konstebl peşəkar rəssam Con Tomas Smitlə tanış olmuş və o, ona rəssamlığa aid bir neçə məsləhət vermiş, öz həyatını incəsənətə həsr etməməyi, dəyirmanda ailə biznesi ilə məşğul olmağı da bildirmişdir.

1799-cu idə Konstebl vacib qərar qəbul edərək atasından ona özünü incəsənətə həsr etmək üçün razılıq istəyir. Maraqlıdır ki, rəssam onun xahişinə heç bir imtina eşitməmiş, əksinə atası ona müəyyən məbləğdə pul məbləği vermişdir. Elə həmin ildə Konstebl Londonda yerləşən Kral Rəssamlıq Akademiyasına daxil olmuşdur. Lakin əsas məktəbi o sərbəst şəkildə natura üzərində işləyərək keçmişdir. Bu dövrdə ona Tomas Heynsboro, Klod Lorren, Yakob van Reysdal, Piter Paul Rubens, Annibale Karraçinin rəsmləri çox böyük təsir göstərmişdir. Eyni zamanda Konstebl poeziya janrının fanatı idi. Sonralar bu onun yaradıcılığında onun rəsmlərinə liriklik və ifadəlilik gətirmişdir. Artıq 1803-cü ildə Konstebl Kral Rəssamlıq Akademiyasında öz rəsmlərini nümayiş etdirmək imkanı əldə edə bilir. 1802-ci ildə o rəsm müəllimliyi vəzifəsindən uzaqlaşır. Həmin dövrdə Kral Rəssamlıq Akademiyasının prezidenti olmuş Benjamin Vest bu addımı rəssamın karyerasının sonunun başlanğıcı adlandırmışdır. Lakin məhz həmin ildə Konstebl ilk dəfə öz rəsmlərini nümayiş etdirmişdir. Dostu Con Dantorna yazdığı məktubunda Konstebl peşəkar peyzajist-rəssam olmaq qərarına gəldiyini bildirmişdir.

  “Son 2 ildə mən rəsmlərdə üçüncü əldən olan həqiqətin axtarışında idim. Mən rəssamlığa başlayanda təbiəti çox böyük ağılla təsvir etməyə cəhd etmirdim, sadəcə mən öz rəsmlərini başqalarının işlərinə oxşar etmək üçün çalışırdım….

Burada peyzajistlər üçün kifayət qədər yer vardır. Bu günlərəd əsas çatışmazlığımız həqiqət çərçivəsindən çıxan nəyisə etməyə cəhd göstərməyimizdir”.

 

Yetkinlik yaşları

redaktə

Konsteblik ilkin işləri onun yetkinləmiş vaxtında yaratdığı rəsmlərdən çox az fərqlənirdi: eyni işıq, rəng və mazlar. Bütün bunlar Klod Lorren kimi rəssamların Konsteblə göstərdiyi təsirdən yaranmışdır. Konsteblin rəsmlərinin süjeti həyatdan götürülmüşdür və özündə məişət səhnələrini nümayiş etdirirdi. Lakin bunlar həmin dövrdə dəbdə deyildi. Daha çox dəbdə olan isə vəhşi peyzaj və xarabalıqlarda olan romantik süjetlər idi. 1803-cü ildə Konstebl 1 ay Ost-Hind kompaniyasına məxsus “Coutts” gəmisinin bortunda olmuşdur. O, bu gəmi ilə bir neçə cənub-şərq limanlarını gəzmiş, 1806-cı ildə isə Göllər bölgəsinə ikiaylıq səyahət etmişdir.[4]. Onun dostu Çarlz Lesli sonralar yazırdı:

  "O, təbiətcə çox dünyəvi insan idi və əgər sosial-məişət süjetlərindən məhrum olmuş mənzərələrlə rastlaşardısa, o bundan istədiyi ləzzəti ala bilmirdi. Ona kiçik kəndlər, kilsələr, fermalar və kotteclər lazım idi”.  
 
Rəssamın həyat yoldaşı Mariya Biknellin portreti, 1816, Teyt qalereyası, London

Konstebl daha sonra portretlər çəkməyə başlayır. O, bu məşğuliyyəti darıxdırıcı hesab edirdi, lakin bir neçə gözəl rəsm yarada bilmişdir. Onun işləri arasında dini süjetli rəsmlərə rast gəlmək olardı, lakin Con Uolkerin fikrincə, Konstebl dini rəssam olmamışdır. Konstebl də qışı Londonda keçirmək vərdişi yaranmışdır. Yayda isə o, doğma yurdu İst Berqhoulta qayıdaraq rəssamlıqla məşğul olurmuş. 1811-ci ildə Konstebl Solsberidə yaşayan Con Fişerin qonağı olur. O, burada gördüyü kafedral sobor və ətraf mənzərələrdən ilham mənbəyi alaraq öz şedevrlərinin əksəriyyətini yaratmışdır. Təxminən 1809-cu ildən Mariya Biknellə başlayan uşaqlıq dostluğu dərin qarşılıqlı sevgiyə çevrilir. 1816-cı ildə Con və Mariyanın nigahı zamanı Mariyanın babası buna qarşı çıxır. O, buna səbəb kimi Konsteblin cəmiyyətdə çox aşağı statusa malik olmasını və Mariyanı varislikdən çıxarmaqla hədələyir. Mariyanın atası qızının varislikdən imtina etməsini görmək istəmirdi. Mariya özü isə pulsuz nigahın Conun rəssamlıq karyerasını qurmaqdan məhrum edəcəyini bildirir. Konsteblin valideynləri nigaha qarşı çıxmasalar da, Conun özünün sərbəst maliyyəyə sahib olana qədər ona dəstək olacaqlarını da bildirməmişdilər. Lakin onlar tezliklə dünyalarını dəyişirlər və Cona ailə biznesinin 1/5 hissəsi düşür.

Evlilik və son illəri

redaktə

Con və Mariya 1816-cı ilin oktyabrında evlənirlər. Onların toyu Sent-Martin-Filds kilsəsində baş tutmuş, onlara xeyir-duanı isə Con Fişer vermişdir. Onlar bal aylarını cənub sahilyanında keçirmişdilər. Ueytmut və Braytonun dəniz peyzajları Konsteblə rəssamlıq texnikası və manerasının inkişafında ilham mənbəyi olmuşdur. Bu dövrdə konsteblin rəsmlərində emosianallıq- əhvali-ruhiyyə hiss olunmağa başlayır.

Özünün ilk rəsmi sayılan “Ağ at” (“The White Horse”) rəsmini o, ancaq 1819-cu ildə sata bilmişdir. Bu rəsm əsəri bir sıra rəsmlər seriyasının yaratmağa səbəb olmuş və Kosntebl onları öz ölçülərinə görə “altıfutluq” adlandırmışdır.

 
"Ot arabası", 1821

Elə həmin ildə Kral Rəssamlıq Akademiyasına qəbul olunmuşdur. 1821-ci ildə Akademiyanın sərgisində o, “Ot arabası” rəsmini nümayiş etdirmişdir. Həmin dövrdə məşhur fransız rəssamı Teodor Jeriko Londonda qonaq idi. Konsteblin rəsmi onun xoşuna gəlmiş və onu Parisə dəvət etmişdir. Dilerlərdən biri olan Con Errousmit 4 rəsm əsəri almışdır. Onlardan biri də “Ot arabası” rəsmi idi. Bu rəsm 1824-cü ildə Paris salonunda nümayiş olunmuş və qızıl medal qazanmışdır.

 
"Bənd" (1824) - rəssamın 6 böyük miqyaslı əsərlərindən biri

Konsteblin rəssamlıq manerası haqqında Ejen Delakrua öz jurnalında yazmışdır: “Konstebl demişdir ki, onun çöllərinin yaşıllığının gözəlliyi müxtəlif çalarlarda olan çoxlu yaşıl rəngin birləşməsini özündə birləşdirir.” Errousmitin qalereyasında nümayiş olunan Konsteblin işlərindən ilhamlanan Delakrua özünün məşhur “Hiosda qətliam” rəsminin fonunu onun əsasında yaratmışdır. Konsteblin rəngləri seçməsi Delakruanın fikrincə, ona rəssamlıqda çox şeyi dərk etməyə kömək olmuşdur. Bütün həyatı boyu Con Konstebl öz rəsmlərindən ancaq 12-sini İngiltərədə sata bilmişdir. Onun başqa ölkələrə turneyə çıxmaqdan imtina etməsinə baxmayaraq,o, Fransada bir neçə ilə 20-ə yaxın rəsmini sata bilmişdir. O, dostu Frensiz Darbiyə yazmışdır: “İngiltərədə kasıb olmağım, sərhəddən kənarda varlı olmağımdan daha yaxşıdır”. (ing. I would rather be a poor man [in England] than a rich man abroad.") 1825-ci ildə həyat yoldaşının sağlamlığında yaranan zəiflik, Braytonda qane etməyən həyat, həmçinin çoxlu sayda yığılan borclar, Con Konsteblin Errousmitlə mübahisəsi onun fransız bazarını itirməsinə səbəb olmuşdur. 1828-ci ilin yanvarında Mariyanın yeddinci uşaının anadan olmasından sonra Mariya ağır xəstələnir və həmin ilin noyabrında isə 41 yaşında tuberkülözdan dünyasını dəyişir. Konsteblə onun ölümü çox ağır təsir göstərmiş və o bunu öz qardaşına yazdığı məktubunda bildirmişdir: “Hər dəqiqə mən ölmüş Mələyimi itirməyimi hiss edirəm. Yalnız Allaha bilir ki, mənim övladlarım indi necə böyüyəcək.. Bütün dünya mənim üçün söndü.”[5].

Mariyanın ölümündən sonra o, yerdə qalan həyatını yas qiyafəsində keçirmişdir. O, sərbəst ömrünün sonuna qədər yeddi uşağının qayğısı ilə məşğul olmuşdur. Mariyanın ölümündən bir müddət əvvəl onun atası rəhmətə getmiş və Mariyaya £ 20 000 funt sterlinq qoymuşdur. Bu pulları Konstebl çox yöndəmsiz şəkildə israf etmişdir: öz rəsmlərinə estamp etmiş və onları “İngilis peyzajı” albomu tərkibində çapa verməyə hazırlamışdır. O, onun peyzajlarına 40-dan çox estamp vurmuş usta Devid Lukasla birlikdə işləmişdir. Konsteblə onunla işləmək xoşuna gəlmiş və bu barədə yazmışdır: “Lukas mənə bir dənə qeyri-dəqiqlik olmayan dünyanı nümayiş etdirdi.” 1829-cu ilin fevralında onu Kral Rəssamlıq akademiyasına üzv seçirlər, 1831-ci ildə Akademiyanın İnspektoru təyin olunmuşdur. O, burada tələbələr arasında çox böyük populyarlıq qazanmışdır. Konstebl peyzaj rəssamlığının tarixi barədə mühazirələr deməyə başlamışdır. Bu mühazirələr geniş kütlə arasında çox populyar idi. Kral İnstitutundan olan bu mühazirələrdən birində o üç qayda tərtib etmişdir: birincisi, peyzaj rəssamlığı texniki olduğu qədər poetikdir; ikincisi, təkcə təxəyyül rəssamlıq ustalığını yarada bilməz; üçüncüsü isə heç bir dahi rəssam özü sərbəstcəsinə rəssamlığı öyrənməmişdir. Sonralar o, incəsənətdə yeni hərəkat sayılan- Neoqotikanı açıq şəkildə tənqid etmiş və bunun sadəcə imitasiya olduğunu bildirmişdir. 1835-ci ildə o, Kral akademiyasının üzvlərinə sonuncu mühazirəsini söyləmişdir. O, bu mühazirədə Rafael Santini tərifləmiş və Akademiyanı “Britaniya incəsənətinin beşiyi” adlandırmışdır.[4] O, 31 mart tarixində dispepsiyadan dünyasını dəyişmişdir. Onu öz sevimli həyat yoldaşının yanında Hamsted şəhər qəbiristanlığında dəfn etmişdilər.

Yaradıcılığı

redaktə

“Konsteb torpağı” Saffolkda yerləşən Dedam çayının vadisi olmuşdur. Onun ən yaxşı işləri “Solsberidə kilsə”, “Ağ at”, “Dedamda anbar” , “Saman daşıyan araba” rəsmləri bu yerlərlə bağlıdır və rəssamın 1815-1825-ci illər aralığı dövründə yaradılmışdır. 1819-cu ildə Konstebl RomaVenesiyada olmuşdur. O, rəsmlərdə təxəyyülə üstünlük verərək nəyisə yaratmağı yox, təbiətin özünü çəkməyi bildirmişdir. O, dostu Lesliyə məktubunda yazırdı: “Mən etüd çəkməyə başlayanda ilk öncə, mən əvvəl gördüyüm bütün rəsmləri unutmağa çalışıram”. ( "When I sit down to make a sketch from nature, the first thing I try to do is to forget that I have ever seen a picture").

Konstebl bütün həyatı boyu rəsm çəkmişdir. Tamamlanmış işləri rəssamın himayədarları tərəfindən alınmış və rəssamlıq bazarlarında satılmışdır. Rəsmlərinin bir hissəsi Kral Akademiyasında sərgiyə qoyulmuşdur. Onu qeyd etmək lazımdır ki, Konstebl heç vaxt öz çəkdiyi rəsmləri tamamlanmış hesab etməmişdir. O, daima onları təkmilləşdirmiş, rəsmləri onu öyrəndiyi proses zamanı düzəliş etmə metodunu sınaqdan keçirmişdir. O, bildirmişdir: “Dünya sərhədsizdir, iki eyni gün yoxdur, hətta bir saat belə digərinə bənzəmir. Bütöv dünyanın yarandığı andan başlayaraq ağaclarda iki eyni yarpaq olmamış, ona görə də incəsənətin həqiqi əsəri elə təbiətdə olduğu kimi bənzərsizdir”. (Orijinal mətn (ing.) "The world is wide, no two days are alike, nor even two hours; neither were there ever two leaves of a tree alike since the creation of all the world; and the genuine productions of art, like those of nature, are all distinct from each other"). Öz işini bütöv şəkildə bitirmək üçün Konstebl çoxlu sayda ilkin təbiət eskizlərini işləyib hazırlamışdır ki, kompoziyaya ən müvafiq olanını seçə bilsin. Həmin təsvirlə o dövr üçün inqilabi idi və rəssamların, alimlərin və geniş kütlənin diqqətini cəlb etmişdir. Maraqlıdır ki, “Şahə qalxmış at” və “Saman daşıyan araba” rəsmlərində olan enerji və ekspressiya tamamlanmış variantlarında yoxdur. Konstebl tərəfindən akvarellə yaradılan rəsmlər öz dövrünü qabaqlamışdır. Ən yaxşı akvarel rəsmlərindən biri “Stounhenc”(1835) hesab olunur. 1836-cı ildə bu rəsm əsəri müəllif tərəfindən əlavə edilən başlıqla nümayiş olunmuşdur: “Çılpaq, sərhədsiz çöllük üzərində ucalan, keçmişdəki kimi indiki dövrdə də hadisələrin az təsir etdiyi sirli abidə sayılan Stounhenc, sizi bütün qeyri-məlum tarixi hadisələrin, sirli dövrlərin içərisindən keçirəcəkdir”. ("The mysterious monument of Stonehenge, standing remote on a bare and boundless heath, as much unconnected with the events of past ages as it is with the uses of the present, carries you back beyond all historical records into the obscurity of a totally unknown period"). Təbiət eskizləri ilə yanaşı, Kosntebl peyzajist üçün təkrarolunmaz rəsmlər yaradan buludların oyunu üzərində davamlı müşahidə apararaq çoxlu sayda eskizlər cızmışdır. Bununla Konstebl demək olar ki, hava şəraitinin elmi xarakteristikasına yaxınlaşmışdır. Atmosferin dəqiq fiziki effektlərini bəzən onun artıq tamamlanmış rəsmlərində izləmək olar. Məsələn, “Zəncirli priçal” (1827) rəsm əsərində. Rəsmlərin reallığı tənqidçiləri heyran etmiş və onlar bildirmişdilər: “Rəsmlər o qədər dəqiqliklə atmosfer rütubətini nümayiş etdirmişdir ki, insan rəsmə baxıb öz çətirini açmaq istəyir”. ("The atmosphere possesses a characteristic humidity about it, that almost imparts the wish for an umbrella"). Bu eskizlər açıq havada yaradılan yağlı rəssamlıqda ilk təcrübə olmuşdur. Onun ən heyranedici əsərlərindən biri 1824-cü ildə Braytonda olarkən yaratdığı“Yağış zamanı dəniz peyzajının öyrənilməsi” rəsmidir. O, tünd rəngli yağların köməyi ilə dənizdəki ləpələrin baş verdiyi anı verə bilmişdir. Rəssamın diqqətini həmçinin işıq effektləri, göy qurşağının peyda olması da cəlb etmişdir. Bunu onun “Solsberidə kilsə, çəmənlikdən görünüş” (1831) və “İst-Berqhoultda ev” rəsmlərində görə bilərik. Buludların müxtəlif durumunu öyrəndiyi zaman Konstebl etüdlərinarxa tərəfində kiçik qeydlər apararaq, hava şəraitini, işığın istiqamətini, günün vaxtını qeyd edirmiş. Bununla o, peyzaj rəsmi üçün ən uyğun vaxtı müəyyənləşdirirmiş. Məlumdur ki, Konstebl öz tədqiqatlarında meteoroloq Lyuk Hovardın işlərinə istinadən əldə etdiyi biliklərə əsaslanırdı. Lyuk Hovard ilk dəfə buludların təsnifatını vermişdir. 1821-ci il 23 oktyabr tarixində Konstebl dostu Fişerə yazır: “Mən artıq səmanın bütün durumunu öyrənərək ciddi işin öhdəsindən gəlmişəm və indi hələ çox qabaqda olan qalan çətinliklərin öhdəsindən gəlməyə hazıram”.

O, öz dostu Lesliyə yazdığı məktubunda qeyd etmişdir: “Mənim sənətimin əşyaları ətrafda hər yerdə, hər bir yolda rast gəlindiyindən, heç kim onları diqqəti cəlb eləyən hesab etmir.” Konsteblin yaradıcılığından təkcə Teodor Jeriko kimi müasirləri yox, ondan sonrakı cərəyanların nümayəndələri- Barbizon məktəbi, fransız impressionizmin nümayəndələri bəhrələnərək öz rəsmlərini yaratmışdılar.

Qalereya

redaktə

İstinadlar

redaktə
  1. Artnet. 1998.
  2. 1 2 3 4 5 6 RKDartists (nid.).
  3. https://www.nga.gov/features/slideshows/constable-and-turner-british-landscapes-of-the-early-1800s.html.
  4. 1 2 3 4 Ronald Parkinson, "John Constable: The Man and His Art", London: V&A, 1998, ISBN 1-85177-243-X
  5. «hourly do I feel the loss of my departed Angel—God only knows how my children will be brought up…the face of the World is totally changed to me»
  NODES
INTERN 1