Corc Oruell
Corc Oruell (ing. George Orwell; 25 iyun 1903[1][2][…], Motihari[d], Benqal prezidentliyi[d], Britaniya Hindistanı – 21 yanvar 1950[1][2][…], London[5]) — İngiltərə yazıçısı. XX əsr İngilis ədəbiyyatının öndə gələn şəxsiyyətlərindən biridir. Əsərlərində yer alan dəqiqlik, zəka, ictimai ədalətsizliyə qarşı maarifləndirmə və totalitarizmə qarşı mübarizəsi onun əsərlərinin əsas xüsusiyyətlərindən biridir.
Corc Oruell | |
---|---|
ing. George Orwell | |
Doğum adı | Erik Artur Bler |
Təxəllüsü | George Orwell[3][4] |
Doğum tarixi | 25 iyun 1903[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 21 yanvar 1950[1][2][…] (46 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | vərəm[3] |
Təhsili |
|
Fəaliyyəti | yazıçı |
Fəaliyyət illəri | 1935–1949 |
Əsərlərinin dili | ingilis dili[3] |
Tanınmış əsərləri | |
Corc Oruell Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəƏsl adı Erik Artur Bleyer olan ingilis yazıçısı Corc Oruell 1903-cü il iyunun 25-də Hindistanın Motixari şəhərində doğulub. Atası gömrük işçisi, anası evdar qadın olub. 1904-cü ildə onların ailəsi Londona köçür. Oruell kiçik yaşlarından kitab oxumağa həvəs göstərir, Kiplinqin, Dikkensin, Uelsin əsərlərini oxuyur. 15 yaşında Londonun elitar məktəblərindən sayılan İton kollecinə daxil olur. Tələbəlik illərindən bədii yaradıcılığa başlayan Oruell ilk hekayələrini kollecin dərgilərində çap etdirsə də, uğur qazanmır. Təhsil haqqını ödəyə bilmədiyindən kolleci yarımçıq qoyaraq Birmaya gəlir və kral polisində direktor köməkçisi işləməyə başlayır.
1936-cı ildə Corc Oruell Eylin Oşonessi adlı qadınla evlənir. Həmin vaxt İspaniyada vətəndaş müharibəsi başlayır. Siyasi baxışlarına görə solçu olan Oruell London qəzetlərinin birinin müxbiri kimi ora yollanır və partizan dəstələrindən birində vuruşmağa başlayır. Döyüşlərin birində ağır yaralanan yazıçı hospitalda müalicə alır. Müharibə onun dünyagörüşünə böyük təsir göstərir. Sağaldıqdan sonra o, İspaniya gizli polisi tərəfindən axtarıldığını öyrənir və Londona qayıdır.
İkinci Dünya müharibəsi illərində Corc Oruell BBC telekanalında və "Observer" qəzetində işləyir. Oruell 1943-cü ildə özünün məşhur "Heyvanıstan" əsərini yazır. Roman sovet dövlətinin lideri İosif Stalin haqqında idi. Əsər 1945-ci ildə çap olunur və yazıçıya böyük şöhrət qazandırır. Müharibədən sonra o yenidən jurnalistlik fəaliyyəti ilə məşğul olur.
Yazıçıya dünya şöhrəti gətirən ikinci əsəri "1984" romanıdır. Əsər XX əsrin məşhur antiutopik əsərlərindən hesab olunur. Roman dünyanın 60-dan çox ölkəsinin dilinə tərcümə olunub. Əsərin çapından bir müddət sonra, 1950-ci ildə vərəm xəstəliyindən əziyyət çəkən Corc Oruell vəfat edir.
UNESCO-nun qərarı ilə 1984-cü il yazıçının xatirəsinə ehtiram olaraq "Corc Oruell ili" elan edilmişdir.
Əsərləri
redaktə- Paris və Londonda qara qəpiksiz (1933)
- Birma günləri (1934)
- Keşişin qızı (1935)
- Yaşasın Fikus! (1936)
- Uiqan körpüsü yolu (1937)
- Kataloniyaya məhəbbətlə (1938)
- Boğuluram (1939)
- Heyvanıstan (1945) [1]
- 1984 (1949) [2]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 http://www.bbc.co.uk/history/historic_figures/orwell_george.shtml.
- ↑ 1 2 3 (unspecified title). 2013. ISBN 978-80-971429-4-0
- ↑ Student companion to George Orwell // https://archive.org/details/studentcompanion00brun/page/n9/mode/2up.
- ↑ 1 2 Deutsche Nationalbibliothek Record #118590359 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- ↑ https://mdn.tv/7JVp.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- [3]
- Работы Оруэлла и о нем Arxivləşdirilib 2011-11-16 at the Wayback Machine
- Библиография на сайте Лаборатория Фантастики
- http://www.theorwellprize.co.uk/
- Сайт о Джордже Оруэлле
- Комментарий к роману Дж. Оруэлла "1984"
- Английский писатель в стране большевиков.
- Джордж Оруэлл, честный ябедник
- Оруэллова недостаточность