Corc Stabbs (ing. George Stubbs, 24 avqust 1724[1][2][…], Liverpul[3]10 iyul 1806[1][2][…], London[4][3]) — ingilis rəssam və alim-bioloqudur.

Corc Stabbs
Avtoportret
Avtoportret
Doğum tarixi 24 avqust 1724(1724-08-24)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 10 iyul 1806(1806-07-10)[1][2][…] (81 yaşında)
Vəfat yeri
Fəaliyyəti rəssam, yazıçı-dokumentalist[d], boyakar[d], memarlıq çertyojçusu[d], rəssam-qravürçü[d], incəsənət xadimi
Janrlar janr rəssamlığı[5], tarix rəssamlığı[5], peyzaj[5], portret[5]
Stil romantizm[6]
Tanınmış işləri “Uistliceyket” (1762, London Milli Qalereyası, London, İngiltərə İngiltərə,  Böyük Britaniya), “Çay sahilində dayçalarla madyanlar” (1763–1768, “Ata hücum edən şir” (1770, Yale Universitet İncəsənət Qalereyası)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı, təhsili və elmi fəaliyyəti

redaktə

Rəssam və alim 1724-cü il 25 avqust dabbaq (dəriçi) və dəri taciri ailəsində anadan olmuşdur. Gənclikdə atasının təsərrüfarında çalışmışdır. 1741-ci ildə atasının ölümündən sonra müəyyən bir dövr Lankaşirdə qrafika təhsili alır, lakin bir müddətdən sonra bu təhsilini bitirir və sonralar öz-özünə öyrənməklə yaradıcılığını davam etdirir. 1745–1751-ci illər arası York mərkəzi hospitalında

 
"Uistliceyket" (1762, London Milli Qalereyası, London,   İngiltərə,   Böyük Britaniya)

anatomiyanı öyrənir və araşdırır. 1754-cü ildə İtaliyaya səyahət edir. 1756–1759-cu illər intervalında Xorkstou və Linkolnşirdə yaşayır, burada həyat, vərdişlər və atların yetişdirilməsini öyrənir. 1759-cu ildə Londona köçür və orada öz "Atların anatomiyası" əsəri üzərində əsaslı şəkildə işləyir və bu 1766-cı ildə ictimaiyyətə təqdim edilir. Rəssamın bu kitaba etdiyi illüstrasiyaların orijinalları hal-hazırda Kral İncəsənət Akademiyasının arxivində saxlanılır. Hələ Corc Stabbsın bu nəşrinə qədər, o, Hersoq Riçmonddan atların təsviri olan üç kətan sifariş etdi ki, rəssam da bunun öhdəsindən çox gözəl gəldi. Bu məqamdan sonra Stabbs ingilis aristokrasiyası arasında dəbdə olan fırça ustası və maddi cəhətdən təmin olunmuş insan oldu. Corc Stabbs Avropada daha çox böyük animalist-rəssam kimi məşhurdur. Bununla bərabər o, York hospitalında olan zaman insan anatomiyası və heyvanlar sahəsində dosent adına layiq görülmüşdür. Stabbs həmçinin bir çox elmi nəşrlərin müəllifidir və qeyd edilən 1766-cı il nəşrli "Heyvanların anatomiyası" əsəri bu yönümdə çap edilmiş ən möhtəşəm elmi əsərlərindəndir. Elmi nöqteyi-nəzərdən qüsursuz heyvan təsvirləri rəssamın yaradıcılığı üçün xarakterikdir.

Yaradcılığı

redaktə

XVIII əsrin 40-cı illərinin ilk yarısında portret yaradıcılığı ilə məşğul olmuşdur. Rəssamın bir çox avtoportretləri mövcuddur ki, bunlar arasında "At rəsmi ilə avtoportret""Fırça ilə avtoportret" əsərləri məşhurudur. Yuxarıda qeyd edilən kimi rəssamın atların təsviri olan əsərləri çox məşhurdur və buna misal olaraq, "Uistliceyket" (1762, London Milli Qalereyası, London, İngiltərə, Böyük Britaniya), "Çay sahilində dayçalarla madyanlar" (1763–1768), "Şirdən qorxan at" (1770), "Ata hücum edən şir" (1770, Yale Universitet İncəsənət Qalereyası) "İzabel Saltonstalın (Una)" portreti, "Onuncu Draquns alayının əsgərləri" (1793) nümunələrini misal göstərmək olar. Atlarla bərabər Stabbs yaradıcılığında başqa heyvan təsvirlərinin olduğu əsərlər də vardır ki, "Hindlinin iki qulluqçusu ilə gillik pişiyi (gepard) və maral" (1764–1765), "Con Neltorp" porterti, "Spaniel" (1778), "Pavian və Makaka-Albinos" (1780), "Leopard" (1780), "Yaşıl meymun" (1798), "Avtoportret" belələrindəndir. Rəssamın əsərləri hal–hazırda dünyanın bir çox məşhur muzeylərində saxlanılır.

Qalereya

redaktə

İstinadlar

redaktə
  NODES