Cozef Lister
Jozef Lister [Lord Lister] (ing. Joseph Lister; 5 aprel 1827[1][2][…], Apton[d], Böyük London[3][4][…] – 10 fevral 1912[1][2][…], Uolmer[d], Kent qraflığı) - böyük ingilis cərrahı və alimi, cərrahi antiseptiklərinlərin yaradıcısı, Lordlar Palatasının üzvü.
Cozef Lister | |
---|---|
ing. Joseph Lister | |
Doğum tarixi | 5 aprel 1827[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 10 fevral 1912[1][2][…] (84 yaşında) |
Vəfat yeri | |
İş yerləri | |
Təhsili |
|
Üzvlüyü |
|
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Listeria bakteriya növü, insan patogeni Listeria monocytogenes də daxil olmaqla, Jozef Listerin şərəfinə adlandırılıb. London Kral Cəmiyyətinin üzvü (1860) və prezidenti (1895-1900), Paris Elmlər Akademiyasının xarici üzvü (1912).
Həyatı
redaktəJozef Lister evin dördüncü uşağı olaraq 5 aprel 1827-ci ildə Esseks qraflığının Apton şəhərində anadan olmuşdur. 1852-ci ildə London Universitetini fərqlənmə diplomu ilə bitirərək tibb üzrə bakalavr dərəcəsi almışdır. Universiteti bitirdikdən sonra Universitet xəstəxanasının kollecinə rezident assistenti vəzifəsinə təyin edilmişdir. Bir müddət sonra Jozef Edinburqa köçmüşdür və burada Sayman klinikasında işə düzəlmişdir. Onun 1854-1855-ci illərdə əsasən oftalmologiyaya həsr olunmuş klinik cərrahiyyəyə dair mühazirələri ilk dəfə məhz bu zaman nəşr olunmuşdur.
Lister yalnız 1858-ci ildə Edinburq Kral Xəstəxanasında cərrah vəzifəsinə təyin olunmuşdur. Təxminən elə bu zaman universitetdə cərrahiyyə üzrə dərs deməyə başlamışdır. 1860-cı ildə Qlazqoda Jozef cərrahiyyə professoru adını almışdır.
1867-ci ildə Lui Pasterin fermentasiya, çürümə və kortəbii nəsil haqqında elmi işlərinin təsiri altında, "İrinləmənin səbəbləri haqqında qeydlərlə sınıqların və abseslərin müalicəsinin yeni üsulu haqqında" elmi işində o, öz antiseptik üsulunu təklif etmişdir. Üstəlik, Listeri açıq şəkildə "karbol turşusunun ilk cərrahi istifadəsini özünə aid etməkdə" ittiham edirdilər. Listeri plagiatda ittiham edən məqalə, görünür xloroformu klinik praktikaya gətirən Ceyms Simpsona məxsus idi. Lister cavab verirdi ki, o, əvvəllər fransız əczaçı Jül Lemerin yazıları ilə tanış olmayıb, “çünki fransız cərrahının işi, deyəsən, bizim peşəmizin nümayəndələrinin diqqətini çəkməyib”. Bundan əlavə, Lister qeyd edirdi ki, öz metodunda “yenilik karbol turşusunun cərrahiyədə istifadəsi deyil (mən bunu heç vaxt iddia etməmişəm), müalicəvi yaraları xarici nüfuzdan qorumaq üçün onun tətbiqi üsullarıdır”. Lemarın işini nəzərdən keçirən Lister, həmçinin fransız həkimin karbol turşusunun istifadəsini çox geniş şəkildə tövsiyə etdiyinə və istifadə üçün heç bir üsul və ya rəhbər prinsip təklif etmədiyinə, həmçinin çox zəif turşu məhlulunu tövsiyə etdiyinə göstərirdi.
1877-ci ilə qədər Lister Edinburqda işləyir. Sonra London Kral Xəstəxanasında işləmək üçün dəvət alır və Londona köçür. Burada o, 1882-ci ilə qədər tədris fəaliyyəti ilə də məşğul olmuşdur.
1880-ci ildə alim London Kral Cəmiyyətinin Kral Medalına layiq görünmüşdür.
1896-cı ildə görkəmli alim, bir çox universitetlərin və elmli cəmiyyətlərin fəxri üzvü Jozef Lister Kral Tibb Cəmiyyətinin sədri təyin edilmişdir.
Jozef Lister 1912-ci il fevralın 10-da İngiltərənin Uolmer şəhərində vəfat etmiş və Vestminster abbatlığında dəfn edilmişdir. Britaniya Kral Cərrahlar Kollecinin adından verilən nekroloqda deyilir: “Onun sakit, sarsılmaz xasiyyəti, dönməz iradəsi, istehzaya biganəliyi, tənqidlərə dözümlü olması, bütün bunlar onu ən nəcib insan edib. Onun zəhmətinin bəhrələri əbədi qalacaq. Bəşəriyyət həmişə ona minnətdar olacaq.”.
Xatirəsi
redaktə- Şəkili 1966-cı ildə buraxılan ingilis poçt markasında təsvir edilmişdir.
- Edinburq Tibb Məktəbinin binasının əsas girişinin şərq divarında xatirə lövhəsi qoyulmuşdur.
Ədəbiyyat
redaktə- Скороходов Л. Я. Джозеф Листер (1827—1912): Столетие антисептики / Отв. ред. Е. Я. Белицкая; АН СССР. — Л.: Наука. Ленингр. отд-ние, 1971. — 80, [1] с. — (Научно-биографическая серия). — 6300 экз. (обл.)
- Фицхаррис Л. Ужасная медицина. Как всего один хирург викторианской эпохи кардинально изменил медицину и спас множество жизней. — М.: Эксмо, 2018. — 304 с.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Cartwright F. F. Joseph Lister, Baron Lister // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 3 4 Lundy D. R. Joseph Lister, 1st and last Baron Lister // The Peerage (ing.).
- ↑ 1 2 Gadsdens of Upton House West Ham. 2014.
- ↑ 1 2 Brand R. A. Biographical Sketch: Baron Joseph Lister, FRCS, 1827-1912 (ing.). // Clinical Orthopaedics and Related Research Springer Science+Business Media, 2010. Vol. 468, Iss. 8. P. 2009–2011. ISSN 0009-921X; 1528-1132 doi:10.1007/S11999-010-1319-3 PMID:20364338