Düz bağırsaq (lat. rectum; yun. proktos) — yoğun bağırsağın axırıncı hissəsini təşkil edərək lat. articulatio sacroiliaca sinistra — sol oma-qalça oynağı bərabərində S-ə bənzər bağırsaqdan başlayır və aralıqda lat. anus adlanan dəlik vasitəsilə xaricə açılır. Bu dəlik olan hissə 2,5–3 sm uzunluğunda, dairəsi isə 5–9 sm olub və anus kanalı — lat. canalis analis adlanır.

Düz bağırsaq
Həzm sistemi (sxematik)
Həzm sistemi (sxematik)
Latınca Cecum
Qrey subyekt 249 1183
Sistem Həzm
Arteriya Yuxarı və orta düz bağırsaq arteriyaları
Vena Yuxarı və orta düz bağırsaq venaları
Sinir Aşağı düz bağırsaq siniri
Limfa Aşağı çöz limfa düyünləri
MeSH Rectum
Dorlands/Elsevier 12697487
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Düz bağırsağın uzunluğu 15–20 sm olub kiçik çanaqda omanın ön səthində, kişilərdə sidikliyin, toxum kisəciyinin və prostat vəzinin arxasında və qadınlarda isə uşaqlıq ilə uşaqlıq yolunun arxasında yerləşmişdir. Düz bağırsaq sagital istiqamətdə iki: çıxıq tərəfi arxaya baxan oma əyriliyinə — lat. flexura sacralis, önə baxan aralıq əyriliyinə — lat. flexura perinealis malikdir. Frontal istiqamətlərdə isə əyrilikləri çoxdur və sabit deyillər.

Düz bağırsağın yuxarı, oma əyriliyinə müvafiq olan hissəsi lat. pars pelvina — çanaq hissə adlanır və aşağı getdikcə 8–16 sm arasında tərəddüd edən düz bağırsaq ampulunu — lat. ampulla recti təşkil edir. Düz bağırsaq çox nəcislə dolarsa ölçüsü 30–40 sm qədər arta bilir.

Cərrahiyədə düz bağırsaq beş: ampulüstü, yuxarı, orta, aşağı ampul və aralıq hissəyə bölürlər. Düz bağırsağın xarici səthində zolaqlar və çömçələr yoxdur; selikli qişasında aypara püküşlər əvəzində köndələn büküşlər — lat. plicae transversales recti və boylama büküşlər — anus sütunları — lat. columnae analis (columnae rectales Morgagni —BNA) vardır. Düz bağırsağın əzələ qişası iki: xarici boylama və daxili həlqəvi qatdan təşkil olunmuşdur.

İstinadlar

redaktə

Mənbələr

redaktə

Xarici keçidlər

redaktə
  NODES
Done 1