Dəb şousu
Dəb şousu — moda həftələrində yaxud xüsusi təqdimat günlərində geyim və aksesuarların bir hissəsini nümayiş etdirmək üçün modelyerlərin təşkil etdiyi moda sərgisi.
Paltar və ya aksesuarlar səhnədə modellər tərəfindən nümayiş etdirilir. Moda nümayişi bütün fəsillərdə, xüsusən yaz-yay və payız-qış dövrlərində keçirilir. Bu nümayiş zamanı ən son moda trendləri təqdim edilir.[1]
İstinadlar
redaktə- ↑ Bradford, Julie. Fashion Journalism. Routledge. 2014. səh. 129. 2016-01-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-08.