Dəyirmiyarpaq pirola

bitki növü

Dəyirmiyarpaq pirola (lat. Pyrola rotundifolia) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin pirola cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar" kateqoriyasına aiddir –CR B1ab (i,ii,iii,iv,v). Azərbaycanın nadir növüdür.

Dəyirmiyarpaq pirola
Elmi təsnifat
Beynəlxalq elmi adı

Qısa morfoloji təsviri

redaktə

Çoxillik ot bitkisidir. Gövdəsi 20-35 sm hündürlükdə olur. Kökətrafı rozetdə yerləşən yarpaqlar dairəvi və ya oval, əsasında nisbətən ürəkşəkilli, demək olar ki, tam kənarlı, çılpaq, 3-5 sm uzunluqda, 2-5 sm enindədir. Salxım düz, uzun, 8-15 çiçəklidir. Çiçəklər dairəvi yerləşir. Kasacığın dilimləri yumurtavari-lansetşəkilli, iti, təpə hissəsi aşağı ayilmişdir. Çiçək tacı ağ, bəzən çəhrayımtıl və ya yaşılımtıl, çalarlıdır. 8–10 mm uzunluqda, 4–6 mm enində, küt, tamkənarlıdır, kasacıq dilimlərindən 2-3 dəfə uzundur. Sütuncuğu uzun, qövsvari, aşağı əyilmiş, yuxarı hissədən həlqələri qalınlaşmışdır, 7–10 mm uzunluğundadır. Qutucuq 4–5 mm uzunluğunda, 7–8 mm enindədir.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

redaktə

Çiçəkləmə iyun-avqust, meyvə vermə avqust-sentyabr aylarında baş verir. Toxumla çoxalan, xüsusi şəraitə olduqca tələbkar bitkidir. Orta dağ qurşağından subalp qurşağa qədər meşə, kolluq, qayalıqlarda rast gəlinir.

Yayılması

redaktə

Böyük Qafqazın Quba sahəsi, şərq və qərb hissələri.

Sayı və tendensiyası

redaktə

Populyasiyanın sayə tədricən azalır, ətraf mühit amillərinin mənfi təsirinə həssaslıq müşahidə olunur.

Məhdudlaşdırıcı amillər

redaktə

Antropogen amillər (yayıldığı fitosenozlarda qaratikanların və meşələrin qırılması), xüsusi yaşayış mühitinə tələbkar olması.

Mühafizə tədbirləri

redaktə

Populyasiyanın nəzarətə götürülməsi, mütəmadi monitorinqlərin aparılması təklif olunur.

Sinonimləri

redaktə

Homotipik sinonimləri

redaktə
  • Thelaia rotundifolia (L.) Alef.

Yarımnövləri

redaktə

İstinadlar

redaktə
  1. Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 396.

Həmçinin bax

redaktə
  NODES
Idea 1
idea 1