Daşkənd metropoliteni

Daşkənd metropoliteni (özb. Toshkent metropoliteni) — Özbəkistanın paytaxtı Daşkənddə metropoliten xətlərini birləşdirən nəqliyyat sistemidir. SSRİ dövründə açılan 7-ci metrodur, 1977-ci ildən istifadəyə verilmişdir. Almatı metropoliteni ilə birlikdə Mərkəzi Asiyadakı iki metro sistemindən biridir. Köhnə Sovet metrolarının kimi çox dərindir və stansiyaları dəbdəbəli şəkildə dekorasiya edilmişdir.

Daşkənd metropoliteni
Loqonun şəkli
Təsvir
Ölkə
Yerləşməsi Daşkənd
İllik sərnişindaşıma 71.2 milyon
Saytı tashmetro.uz
Marşrut şəbəkəsi
Xətlərin sayı 4
Stansiyaların sayı 50
Şəbəkənin uzunluğu 70.4 km
Texniki detallar
Xətlərin sxemi

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Daşkənd metrosu 4 xətdən ibarət olmaqla, 66,5 kilometrdir və 48 stansiyadan ibarətdir. 2019-cü ilə qədər metro 71.2 milyon sərnişin daşımış[1] və hər gün 189.200 sərnişini qəbul etməkdədir.

Daşkənd metrosunun yaradılması haqqında planların hazırlanması 1966-cı ilə düşünülməyə başlansa da, həmin ildəki Daşkənd zəlzələsindən sonra işlər 1968-ci ilə təxirə salındı. İlk xəttin inşasına 1972-ci ildə başlandı və bu xətt 6 avqust 1977-ci ildə istifadəyə verildi. İlk açılışda metro 9 stansiyadan ibarət idi. 1984-cü ildə ikinci xətt və 2011-ci ildə üçüncü xətt istifadəyə verildi. 4-cü xəttin inşası isə hələ davam edir. Təxminlərə görə 5 ildən sonra metro 1.4 dəfə böyüyəcək.

Xəttlər

redaktə
# Xəttin adı Açılış Uzunluq Stansiyalar
1 Çilanzar 1977 23.7 km 17
2 Özbəkistan 1984 14.3 km 11
3 Yunusabad 2001 10.5 km 8
4 Halqali 2020 21.9 km 14
CƏMİ: 70.4 km 50

İstinadlar

redaktə
  1. ОСНОВНЫЕ ТЕХНИКО-ЭКСПЛУАТАЦИОННЫЕ ХАРАКТЕРИСТИКИ МЕТРОПОЛИТЕНОВ ЗА 2013 ГОД. (pdf). asmetro.ru (Russian). Международная Ассоциация "Метро" [International Association of Metros]. 2013. 1, 3. 2016-10-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2014-05-13.

Həmçinin bax

redaktə

Daşkənd zəlzələsi (1966)

Xarici keçidlər

redaktə
  NODES
Association 1
INTERN 1