DahurlarÇin Xalq Respublikasında milli azlıq statusuna sahib 55 etnik qrupdan biri, monqol dilli xalq.[1]

Dahurlar
Дагуур
Sayları və yaşadığı ərazilər
Dili Dahur dili
Dini əsasən Şamanizm, az sayda Tibet buddizmi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mənşə

redaktə

Dahurların necə formalaşdığı tam olaraq aydın deyil. Belə ki, onların etnik mənşəyinə dair müxtəlif tədqiqatçılar tarixən iki cür yanaşma formalaşdırıblar. Birinciyə görə dahurlar monqol mənşəlidir, ancaq sonradan güclü şəkildə tunqus-mancur təsirinə məruz qalmışdırlar. İkinciyə əsasən isə dahurlar tunqus-mancur mənşəli olmuş, ancaq 13–14-cü əsrdə monqol dilində danışmağa başlamışlar. Dahurlar isə özlərini monqol dilli Kidan (Kitay və ya Xitay) xalqının birbaşa varisi hesab edirlər.[2]

Hazırda tədqiqatçıların çoxu dahurları monqol mənşəli hesab edir. Dahur dilində "dahur" sözü "əkinçi" mənasını verir.[3] Bu ada ilk dəfə Min sülaləsinin Çində hakimiyyətdə olduğu dövrə (1368–1644) aid mənbələrdə rast gəlinir.

Ana dillərindən başqa dahurların əksəriyyəti çinmonqol dillərində, az qismi isə evenk, qazaxmancur dillərində danışa bilir.[4]

1990-cı il siyahıyaalınması zamanı Çində dahur dilində danışanların sayı 84950 nəfər, 1999-cu ilə olan məlumata əsasən isə 96085 nəfər olmuşdur.[4]

Dahur dili Altay dil ailəsinin Monqol dilləri qrupuna daxildir. Bu dilin iki əsas və iki yarım ləhcəsi vardır. Əsas ləhcələr Buthas və Sisikar ləhcələridir. 1999-cu ilə olan məlumata əsasən Buthas və Sisikar ləhcələrinin hər birində 35 min nəfər etnik dahur danışa bilirdi.[4] İki yarım ləhcədən biri Haylar, digəri isə İli və ya Sincan ləhcəsi adlanır. Haylar ləhcəsi leksik baxımdan güclü şəkildə evenk dilinin təsirinə məruz qalmışdır, bu səbəbdən bəzən Tunqus dillərindən biri olan evenk dilinə mənsub ləhcə olaraq qəbul edilir və təsnifatı mübahisə doğurur.[4] 1999-cu ilə olan məlumata əsasən bu ləhcədə 15,5 min nəfər etnik dahur danışmaqda idi.[4] İkinci yarım ləhcə olan İli və ya Sincan ləhcəsində danışan dahurlar isə Çinin Sincan-Uyğur Muxtar Vilayətinin İli-Qazax Muxtar Dairəsində Tarbağatay qəzasında yerləşən Çöçək şəhərində yaşayırlar. 1999-cu ilə aid məlumata əsasən bu ləhcədə 4.5 min nəfər danışmaqdadır.[4] Dahurlar bura XVII əsrin 80-ci illərində Sin sülaləsinin Çində hakimiyyəti zamanı (1644–1911) köçürülüblər.

Əlifba

redaktə

XX əsrin əvvəllərinədək dahurlar mancur əlifbasında istifadə edir, ədəbi dil rolunu isə əsasən ana dillərini qismən isə mancur dilini oynayırdı. Dahurlar öz dillərində 1920-ci ilədək mancur əlifbasından, 1920–1956-cı illərdə latın əlifbasından, 1956–1958-ci illərdə kiril əlifbasından, 1981–1982-ci illərdə təkrar latın əlifbasından istifadə etmişdirlər. 1982-ci ildən bəri dahur dili yazısız dildir və dahurlar öz dillərindən məişət dili olaraq istifadə edirlər. Yazıda isə çin ieoroqliflərindən və çin dilindən istifadə edilir.[5]

Dahurların əksəriyyətinin dini şamanizmdir.[6] Ancaq az bir qismi Buddizmin cərəyanlarından biri olan Lamaizmi qəbul etmişdir.[3][7]

Çində 1990-cı il siyahıyaalınması zamanı 121.357[3] nəfər, 2000-ci il siyahıyaalınması zamanı 132.394[4][8] nəfər, 2010-cu il siyahıyaalınması zamanı isə 131.992[9] nəfər etnik dahur qeydə alınmışdır.

Məskunlaşma

redaktə

Dahurlar köçəri deyildirlər, oturaq həyat tərzi keçirirlər.[6] Əsasən əkinçilik və maldarlıqla məşğul olurlar.[6] XVII əsrin ortalarınadək dahurlar Amur çayının yuxarı axarlarında Arqun və Zeya çayları arasında qalan vadidə yaşayırdılar.

2000-ci il siyahıyaalınması zamanı Çində 132394 nəfər dahur qeydə alınmışdır: onlardan 77188 nəfəri Daxili Monqolustan Muxtar Vilayətində, 43608 nəfəri Heyluntsyan əyalətində, 5541 nəfəri isə Sincan-Uyğur Muxtar Rayonunda, 6057 nəfəri isə az sayda Çinin digər ərazilərində yaşayırdı.

1654-cü ildə mancur əsilli Sin sülaləsi tərəfindən hərbi mükəlləfiyyətə tabe tutularaq əksəriyyəti tarixi Mancuriyanın içlərinə köçürülmüşdür.[10] Bir müddət sonra XVII əsrin 80-ci illərində az bir qismi isə sərhədləri qorumaq məqsədiylə ordu tərkibində hazırda Sincan-Uyğur Muxtar Vilayəti adlanan əraziyə köçürüldülər.[11]

Xarici keçidlər

redaktə
  • Записки военного топографа Григория Левкина. К вопросам территориального размежевания на Дальнем Востоке: Вал Чингисхана — граница империи Айсинь Гурунь (Золотая Империя)
  • Шперк Ф. Ф.[rus.]. Дауры  // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.

İstinadlar

redaktə
  1. Britannica Online Encyclopedia: Daur Arxivləşdirilib 2015-04-06 at the Wayback Machine
  2. Minority Supplier Development China: The Daur Ethnic Group Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine
  3. 1 2 3 Великая Стена — Китай — Worlds. Ru: Дауры Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine
  4. 1 2 3 4 5 6 7 Ethnologue report for language code: dta Arxivləşdirilib 2013-02-03 at the Wayback Machine
  5. "Этнические группа Дауры". 2017-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-09-11.
  6. 1 2 3 "Большая советская энциклопедия: Дауры". 2022-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-09-11.
  7. İnstitute of Ethnic Literature: Daur Ethnic Minority[ölü keçid]
  8. ChinaTour360.com: Daur Nationality Arxivləşdirilib 2016-03-09 at the Wayback Machine
  9. Sitat səhvi: Yanlış <ref> teqi; 2-1 全国各民族分年龄、性别的人口 adlı istinad üçün mətn göstərilməyib
  10. Энциклопедия народов мира: народы мира — Дауры Arxivləşdirilib 2017-12-24 at the Wayback Machine
  11. Китайский информационный Интернет-центр: Дауры (russian.china.org.cn) Arxivləşdirilib 2015-04-26 at the Wayback Machine

Mənbə

redaktə
  • Altay xəlqları. Bakı, 1996.
  • Народы мира. Москва, 1988.
  • Брук С. И. Население мира. Москва, 1986.
  NODES