Damokl qılıncı
Damokl qılıncı (lat. Damoclis gladius) — qədim yunan mifologiyasının bu günə qədər gəlmiş ibarə xarakterli əfsanələrindən biri. Tavromeniyalı Timeyin (e.ə. 356 — e.ə. 260) itirilmiş sayılan Siciliya tarixinə dair kitabında qeyd edilir. "Damokl qılıncı" ifadəsi bu gün "təhdid", "təhlükə" mənasında da istifadə olunur.
Qədim roma əfsanəsinə görə, e.ə. IV əsrdə Sarakuzyalina hökmdarı kral Sezar idi. O, sadə bir ailədə böyüməsinə baxmayaraq cəsarəti və hiyləgərliyi ilə məşhur idi. Kartaca ilə apardığı döyüşlərdən sonra Sarakuzyalina o dövrün ən güclü dövlətlərindən birinə çevrilmişdi. Üzdə xalqın tərəfini saxlayan bu hiyləgər hökmdar qəddarlığı ilə də tanınırdı.
Dionisinin Damokl adlı bir təlxəyi var idi. Damokl hər gün Dionisiyə kralların sürdüyü zövq-səfadan danışır, eyhamlarla onu cana doyururdu. Bir gün Dionisi: "İstəyirəm ki, sən də krallığın səfasını görəsən." — deyərək taxtını ona verdi. Damokl sevinərək taxtda oturdu. Bu vaxt taxtın üzərində tavandan at tükündən asılmış bir qılınc gördü. Qılınc hər an onun başına düşə bilərdi. Odur ki, Damokl o gün taxtda necə oturduğunu bilmədi. Dionisi güclü bir hökmdar olmasına baxmayaraq bu qılınc onun qarşılaşdığı təhlükələri ifadə edirdi. Damokl vahiməylə geri çəkilir ki, istənilən an tük qırılsa və bu qılınc hansı başa düşsə, iki parça olar. Əslində, hökmdar bu əsilzadəyə ibrət dərsi vermiş, böyük hakimiyyətin, liderliyin nə qədər çətin olduğunu başa salmaq istəmişdir. Beləliklə, Damokl krallığın heç də kənardan göründüyü kimi zövq-səfadan ibarət olmadığını başa düşdü və eyhamlarından əl çəkdi. Vaxt keçdikcə bu ifadənin əhatə dairəsi genişlənmiş, ifadə getdikcə aforizmləşmişdir. Bu gün də hər hansı təqib edən təhlükədən danışanda çox vaxt "başının üstə DAMOKL QILINCI asılıb "deyirlər. Bu ifadə həm də Orta Asiyada geniş yayılıb.
Ədəbiyyat
redaktə- The Sword of Damocles Arxivləşdirilib 2001-03-31 at the Wayback Machine
- The Sword of Damocles
- Цыбульник Ю. С. Крылатые о АСТ", 2003. — С. 73–74. — 830 с. — 5000 экз. — ISBN 5-17-016376-2.
- Мищенко Ф. Г.[rus.]. // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
- Гораций Оды, Книга III, 1, 17–18 // Буколики. Георгики. Энеида (Вергилий); Оды. Эподы. Сатиры. Послания. Наука поэзии (Гораций). — М.:: НФ: "Пушкинская библиотека": АСТ, 2005. — С. 517. — 908 с. — (Золотой фонд мировой классики). — 5000 экз. — ISBN 5-94643-118-8.
- Герцен А. И. Ч. 4. // Былое и думы. — М.:: Дет. лит., 1973. — С. 417.