Darvaza
Darvaza və ya Alaqapı Hündür bir ərazinin giriş və çıxışlarına yerləşdirilən vasitə. Darvazalar qapılardan fərqli olaraq daha böyük ölçülərə malik olur.[1] İsfahan və Ərdəbil kimi şəhərlərdə Aliqapu adı ilə məşhur olan yerlər, Alaqapı və ya Darvaza anlamındadır və Azərbaycan Türkcəsicə bir sözdür.
Alaqapı sözü
redaktəAzərbaycan dilinin izahlı lüğəti: ALAQAPI is. 1. Evlərin böyük küçə qapısı; darvaza. 2. Tarixi bir hadisəni qeyd etmək üçün şəhərin və s.-nin girəcəyində tikilən qapı, tağ.
Örnəklər Alaqapısında “Mingəçevir” yazılmış şəhərə girəndə Umud maşının pəncərəsindən döyükə-döyükə gah sağa, gah sola baxdı. İ.Məlikzadə. [Rejissor:] Onu deyirəm ki, teatrın dekor materiallarından alaqapı çıxmaz. M.Hüseyn.[2]
İstinadlar
redaktəVikianbarda Darvaza ilə əlaqəli mediafayllar var.