Daxili Yapon dənizi

Daxili Yapon dənizi yap. 瀬戸内海Sakit okeanın yarımqapalı dəniz olaraq şimal və qərbdə Honsyu adasının qərb sahillərini yuyur, cənub-qərbdə Kyusyu, cənubda Sikoku adası arasında yerləşir. Qərbdə Kamnon boğazı ilə Yapon dənizi, cənub-qərbdə Xayasui və Bungo, şərqdə Kii və Naruto boğazları ilə Sakit okeanı çıxış əldə edir. Dəniz boğazları ilə bir necə dəniz (Harim dənizi, Bingo, Xuiti le, Suo) və körfəzləri özündə birləşdirir. Dənizin sahəsi 18,000 km², şərqdən-qərbə 445 km, eni 15–55 km təşkil edir. Dayaz dənizdir. Orta dərinliyi 30–60 m, ən dərin yeri isə 241 m təşkil edir. Avqustda 27 S, fevralda 16 S olur. Sahilləri kəskin parçalanmışdır. Dəniz daxilində ən iri ada Avadzidir. Dibi dəniz qumu ilə örtülüdür. Qədimdə dəniz mühüm tiçarət yolunun üzərində yerləşir. Sahilində iri sənaye şəhərləri vardır ki, onun sayəsində əhalinin sayı sürtlə artır. Bu səbəbdən ekoloji vəziyyət gərgin idi. Bunu görən hökumət 16 mart 1934 ci ildə dənizin bir hissəsində Seto Naykay parkı yaradılması haqqında qərar vermişdir.

Daxili Yapon dənizi
yap. 瀬戸内海
Ümumi məlumatlar
Sahəsi 18,000 km²
Dərin yeri 241 m
Orta dərinliyi 30-60 m
Yerləşməsi
34°30′40″ şm. e. 134°28′41″ ş. u.HGYO
Ölkə  Yaponiya
Üst akvatoriyası
Yerləşməsi Şərqi Asiya
Daxili Yapon dənizi (Yaponiya)
Daxili Yapon dənizi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mənbə

redaktə
  NODES