Demosfen (yun. Δημοσθένης; e.ə. 38412 oktyabr e.ə. 322) — qədim dünyanın məşhur natiqlərindən biri.

Demosfen
q.yun. Δημοσθένης
Doğum tarixi e.ə. 384
Vəfat tarixi 12 oktyabr e.ə. 322
Vəfat səbəbi zəhər[d]
Fəaliyyəti siyasətçi, diplomat, orator, yazıçı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Deyilənlərə görə bir nəfər Demosfenin yanına gəlib döyüldüyünü söyləyir və xahiş edir ki, məhkəmədə onun müdafiəçisi olsun. Demosfen isə cavab verir ki, mən axı sənin zərər çəkdiyini görmürəm. "Necə yəni zərər çəkməmişəm" – deyə həmin adam var gücü ilə qışqırır. Demosfen sakitcə deyir: "Bax indi həqiqətən zərərdidənin səsini eşidirəm".

"Dəmir" ləqəbiylə məşhur olan bir oğru Demosfenin öz çıxışlarını gecə lampa işığında hazırlamasına istehza edərək deyir: "Demosfen mühakimələrindən fitil iyi gəlir". Cavabında Demosfen: "Bilirəm, bilirəm, - deyir, səni pərt edən mənim evimdə gecələr işıq yanmasıdır. Siz isə, Afina vətəndaşları, evlərdə oğruların çox olmasından təəccüblənməyin, çünki bizdə oğrular dəmirdəndir, divarlar isə gildən".

Demosfen rüşvət almaqda günahlandırılaraq 50 talant məbləğində cərimə edilib qaçmağa məcbur olur. Onun olmadığı uzun müddətdə Afinada bir çox tale yüklü hadisə baş verir. Ellinləri səylə müdafiə etdiyinə görə xalqın qərarı ilə ona vaxtından qabaq Afinaya qayıtmağa icazə verilir. Ancaq cərimə hələ onun üstündə idi. Xalqın minnətdarlığına baxmayaraq hökmü ləğv eləmək olmazdı. Odur ki, qanunun yanında keçməyi qərara alırlar. Adətə görə Zevsə qurban kəsilərkən qurbangahı bəzəyib hazırlayanlara pul verilirdi. Bu dəfə həmin işi görməyi 50 talanta Demosfenə həvalə edirlər. Beləliklə onun canını cərimədən qurtarırlar.Ə N

İstinadlar

redaktə

Xarici keçidlər

redaktə
  NODES