Deyterium
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Deyterium (21H və ya 21D (D)) — Hidrogenin izotoplarından biri. 32He ilə izotondur. Nüvəsində 1 neytron, 1 proton var. Radioaktiv deyil. Kimyəvi xassələri 1H-dan fərqlənmir. Təbiətdə ≈ 0,015 faiz yayılmışdır. Oksigenlə birləşib D2O (ağır su) əmələ gətirir. Təbiətdəki bütün Deyterium ehtiyatlarının böyük partlayış nəticəsində yarandığı iddia olunur. Nüvə reaksiyalarında ağır su, neytron yavaşlandırıcı kimi tətbiq edilir.