Difflugiidae
Çanaqlı amöblər (lat. Testacealobosia) — İbtidailərin Tubulinea sinfinə daxil olan fəsilədir. Ən geniş fəsilədir. Əsas etibarilə iri, armudvarı, butulkavarı, dəyirmi çanağı ilə səciyyələnir. Mineral hissəciklərlə örtülmüşdür.[2]
Difflugia | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Difflugia |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Yayılması
redaktəNümayəndələri Mərkəzi Avropa, Amerika və Asiyanın rütubətli mühitlərində geniş yayılmışdır. Azərbaycanda 16 növü aşkar edilmişdir[3]: Difflugia acuminata Penard – Lənkəranın düyü tarlalarında; D. Corona Wall – Qamışlı gölündə, Yevlaxətrafı su hövzələrində, Naxçıvan MR Biçənək kəndində, İsmayıllı rayonunda, Aşağı Nügədi və Lənkəran yaxınlığındakı nohurlarda; D. Pyriformis Perty – Lənkəran düyü tarlalarında, Xaçmaz yaxınlığındakı bulaqda; D. Hydrostatika Penard – Murovdağdakı Qanlıgöl gölündə; D. scapellum Penard isə Göygöldə, Lənkəranın düyü tarlalarında, Şollar bulaqlarında, Göygöldə; D. lemani Blank, D. manicata Penard – Göygöldə; D. constricta Ehr. – Lənkəran rayonu Alekseyevka kəndində bir palıd koğuşundakı suda; D. gramen penard, D. cerceolata Cart, D. mammilaris Penard, D. bidens penard, D. lobostoma leidy – Lənkəranın düyü tarlaları və su arxlarında; D. ifflugia sp. – subtropik bitkilər altındakı sarı torpaqlarda; Pontigulasia incisa Rhumbler – Lənkəranın düyü tarlalarında.[2]
İstinadlar
redaktə- ↑ An illustrated guide to the protozoa: organisms traditionally referred to as protozoa, or newly discovered groups (ing.). / J. J. Lee, G. F. Leedale, P. C. Bradbury 2 Lawrence: Society of Protozoologists, 2000. P. 837.
- ↑ 1 2 Azərbaycanın heyvanlar aləmi. I cild. Bakı, Elm, 2002, 268 s.
- ↑ Veysiq, 1931, 1939, 1940; İbadov, 1981
Ədəbiyyat
redaktə- Azərbaycanın heyvanlar aləmi. I cild. Bakı, Elm, 2002, 268 s.