Dipkarpaz (yun. Ριζοκάρπασο / Rizokarpazo) ― Şimali Kipr Türk Respublikasında, Karpaz yarımadasında yerləşən kiçik şəhər. De jure olaraq Kipr Respublikasının Flamaqusta rayonunda, de fakto olaraq Şimali Kipr Türk Respublikasının İskələ rayonundadır. Əhalisinin böyük hissəsini türklər təşkil etsə də az sayıda yunan da yaşayır. 2011-ci ilin siyahıalmasına əsasən əhalisi 2.349 nəfərdir.

Şəhər
Dipkarpaz
35°36′04″ şm. e. 34°22′59″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 133 m
Əhalisi
Əhalisi
  • 2.626 nəf. (1973)[1]
Xəritəni göstər/gizlə
Dipkarpaz xəritədə
Dipkarpaz
Dipkarpaz
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dipkarpazda yunanların tez-tez ziyarət etdikləri Apostopolos Andreas monastırı yerləşir.

Görməli yerlər

redaktə
 

Aqios Filon kilsəsinin xarabalıqları

redaktə

Finikiyalıların burada yaşadığı dövrdə — IV əsrdə tikilmiş kilsə yerli əhalini xristiyanlaşdıran Müqəddəs Filonun adını daşıyır. Əslində kilsə Roma və Yunan dövründən qalma xarabalıqlar üzərində tikilmişdir.

Apostopolos Andreas monastırı

redaktə

Hazırda da fəaliyyət göstərən ortodoks monastırıdır. Əsası 15-ci ildə kiçik kilsə şəklində qoyulmuşdur. Monastır xristianlar tərəfindən səyahətçilərin qoruyucusu, küləklərin hakimi hesab edilən və İsa tərəfindən ilk dəfə papalığa çağırılan Müqəddəs Apostopolos Andreasın adını daşıyır.

Digər görməli yerlər

redaktə
  • Panaqiya Kira kilsəsi
  • Ayr Tria kiləsi
  • Yeniərənköy kilsə xarabalıqları və heykəlləri
  • Kastros Təpəsi məzarı
  • Böyükkonuk yel dəyirmanı
  • Panaqiya Kanakariya kilsəsi
  • Müqəddəs Tria bazilikası
  • Kantara qalası

İqtisadiyyat

redaktə

XX əsrə qədər şəhər əhalisi ipək istehsalı və ticarətlə məşğul olmuşdur. İkinci əsas sahə tütünçülük idi. Bir neçə il ərzində şəhər Kiprin tütün mərkəzinə çevrilmişdir. 1974-cü ildən tütün istehsalı zəifləmiş və tütün hazırda Türkiyəyə ixrac olunur. Türkiyədə hazırlanan Bafra, Gəlincik və Sipahi siqaret markalarının adları bu şəhərin yaxınlığındaki kəndlərə verilmişdir.

Yerli əhali taxıl və keçibuynuzu istehsalı ilə də məşğuldurlar.

Şəhərin ən məşhur idman klubu Dipkarpaz İdman Klubudur. 1978-ci ildə yaradılmışdır. Klubun futbol şöbəsi hazırda ŞKTR-nın 3-cü liqasında mübarizə aparır.[2][3]

Qardaş kiçik şəhərlər

redaktə

Xarici keçidlər

redaktə

İstinadlar

redaktə
  1. Cyprus census 1973 (ing.). 9 CYSTAT.
  2. "Dipkarpaz İK-un facebokk səhifəsi". 2023-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-20.
  3. "ŞKTR Futbol Federasiyası". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-12-20.
  NODES
todo 1