Doğumhamiləliyin başa çatması və döl, cift, döl qişalarının ana orqanizmindən ayrılaraq, təbii doğum yollarından keçməsi ilə müşayiət olunan mürəkkəb fizioloji proses.

Yeni doğulmuş körpə

Doğum populyasiyada vahid zaman ərzində orqanizmin yeni fərdlərinin həyata gəlməsi hadisəsi, yəni doğum əmələ gəlir. Yeni fərdlərin əmələ gəlməsi yumurtadan çıxma, toxumla cücərmə və bölünmə yolu ilə ola bilər. Zaman vahidi ərzində doğulanların sayı sabit kəmiyyət olmayıb populyasiyanın fərdlərinin ölçü və yaşından, həm də mühit şəraitindən asılı olaraq dəyişir. Doğum çox olduqda ərazi vahidinə düşən fərdlərin sayı artaraq sıxlığı yüksəlir. Bu zaman ərazi, dişilər və yem üstündə fərdlərarası rəqabət güclənir. Nəticədə fərdlər arasında ölüm halları artır[1].

Mənbə

redaktə
  1. "Məmmədov Q.Ş., Xəlilov M.Y. «Ekologiya, ətraf mühit və insan» // Bakı, «Elm» nəşriyyatı – 2006, 608 s. ISBN 5 – 8066 – 1765 - 3" (PDF). 2012-07-23 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2011-06-20.

Həmçinin bax

redaktə
  NODES
os 1