Duçento (it. duecento — iki yüz) — mədəniyyyət və incəsənət tarixində italyan intibah incəsənətinin inkişafında müəyyən dövrü — XIII əsri göstərmək üçün istifadə edilən addır. Duçento protorenessansın başlanğıcı hesab edilir.

Treçento kimi duçento da, italyan incəsənətinin inkişafında böyük rol oynayıb. Bu keçid dövründə gələcək intibah incəsənətinin yüksəlişi hazırlanmış, antikliyə xüsusi maraq yaranmış, insanı şüurlu və düşünən şəxsiyyət kimi görməyə başlamışdılar. Duçento dövründə memarlıq, rəssamlıq və heykəltəraşlığın inkişaf templəri üst-üstə düşmürdü. Hər şeydən əvvəl duçento, heykəltəraşlıqda — daha dəqiq desək Nikkolo Pizano və onun tələbəsi Arnolfo di Kambionun əsərlərində üzə çıxmışdı. Lakin duçentonun aparıcı incəsənət növü memarlıq idi.

Həmçinin bax

redaktə

Qeydlər

redaktə

Ədəbiyyat

redaktə
  • Жуковский В. И. Искусство Возрождения: учебное пособие. Красноярск: Краснояр. гос. ун-т. 2006. ISBN 5-7638-0663-8.

Xarici linklər

redaktə
  NODES