Edmon Rostan (fr. Edmond Eugène Alexis Rostand; 1 aprel 1868[1][2][…], Marsel, İkinci Fransa İmperiyası[3][4]2 dekabr 1918[3][5][…], Paris[3][4]) — Fransa şairi və dramaturqu. Daha çox teatr tamaşaları üçün yazdığı əsərləri ilə tanınmışdır. Neo-romantizm cərəyanına bağlı olmuşdur. Ən tanınmış pyesi "Sirano de Berjerak"dır. Rostanın XIX əsrdəki romantizm teatr baxışı naturalist teatrdan xeyli fərqlənirdi.

Edmon Rostan
Edmond Eugène Alexis Rostand
Edmon Rostan
Edmon Rostan
Doğum adı Edmond Eugène Alexis Rostand
Doğum tarixi
Doğum yeri Marsel, Fransa Fransa
Vəfat tarixi (50 yaşında)
Vəfat yeri Paris, Fransa Fransa
Vəfat səbəbi ispan qripi
Dəfn yeri
  • Sen-Pyer qəbiristanlığı[d]
Həyat yoldaşı Rozemond Jerar
Uşaqları Jan Rostan
Moris Rostan
Fəaliyyəti dramaturgiya, lirika
Əsərlərinin dili fransız
İstiqamət katalan dili
Janr pyes
Üzvlüyü
Mükafatları "Fəxri Legion" ordeni komandoru
Vikimənbənin loqosu Edmon Rostan Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

Edmon Rostan 1868-ci ildə Fransanın Marsel şəhərində provanslı bir ailənin oğlu kimi anadan oldu. Atası həm iqtisadçı, həm də Marsel Fransa İncəsənət Akademiyası və İnstitutunun üzvü olan şair idi. Rostan ədəbiyyatı, tarixi və fəlsəfəni Paris şəhərindəki Paris Stanislas Kollecində öyrəndi.

Karyerası

redaktə
 
Edmon Rostanın 8 yanvar 1898-ci ildə çəkilmiş şəkli

İlk pyesi olan "Les romanesques" 21 may 1894-cü ildə Fransa teatrında göstərildi. İlk pyeslərindən biri olan "La Princesse Lointaine"də ozan Rudel ilə tripolili bir qadının hekayəsindən bəhs edirdi. Bu pyes isə İntibah teatrında nümayiş olundu. Pyesdə Melissand rolu, sonradan Rostanın samariyalı qadın haqda İncildəki rəvayətə əsaslanan "La Samaritaine" (İntibah teatrı, 14 aprel 1897) pyesində Fotini rolunu da oynayan, Sara Bernar tərəfindən canlandırıldı.

Ən məşhur pyesi "Sirano de Berjerak"ın (28 dekabr 1897, Sent Martin teatrı) nümayişi böyük uğur qazandı. Hüqonun "Hernani" pyesindən bəri heç bir tamaşa belə uğur qazanmamışdı. Pyes tezliklə ingilis, rus, alman və digər Avropa dillərinə tərcümə olundu. Əsərin qəhrəmanı XVII əsr Fransasını əks etdirirdi.

Rostan 1901-ci ildə Fransa Akademiyasına qəbul olunan ən gənc yazıçı oldu. Fevral 1910-cu ildə "Chantecler" pyesi çətinliklə də olsa, nümayiş olundu. Lüsyen Qurti baş rolda oynadı və Madmazel Simoneni canlandırdı. Quşlar və heyvanlar haqqında olan bu pyes kənd həyatından bəhs edirdi.

Şəxsi həyatı

redaktə
 
Rostanın Marseldəki büstü

Edmon Rostan "Les Pipeaux" adlı şeirini 1890-cı ildə nəşr etdirən Rozemond Jerar ilə evli idi və onun Jan və Moris adında iki oğlu olmuşdu.

Rostan 1900-cü illərdə plevrit xəstəliyindən müalicə alarkən Fransanın şimalında bask Kambo-le-Bayns bölgəsindəki Arqana villasında yaşadı. Bu ev indi Bask incəsənəti, əl sənətləri muzeyi və Rostan muzeyidir. Rostan 1918-ci ildə ispan qripindən vəfat etdi.

Əsərləri

redaktə
  • Le Gant Rouge, 1888
  • Les Musardises, 1890
  • Les Deux Pierrots, Ou Le Souper Blanc, 1891
  • Les Romanesques, 1894
  • La Princesse Lointaine, 1895
  • La Samaritaine, 1897
  • Cyrano de Bergerac, 1897
  • L'Aiglon: A Play in Six Acts. 1900
  • Chantecler: A Play in Four Acts, 1910
  • La Derniere Nuit de Don Juan, 1921
  • Le Cantique de L'Aile, 1922
  • Le Vol de la Marseillaise, 1922
  1. Edmond Eugène Joseph Alexis Rostand (fr.). ministère de la Culture.
  2. Edmond Rostand // Encyclopædia Britannica (ing.).
  3. 1 2 3 Ростан Эдмон // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  4. 1 2 Archivio Storico Ricordi. 1808.
  5. Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  NODES