Edmund Husserl
Edmund Husserl (alm. Edmund Gustav Albrecht Husserl; 8 aprel 1859[1][2][…] – 27 aprel 1938[2][3][…], Frayburq-im-Braysqau[4]) — Alman filosof, Fenomenologiya məktəbinin banisi.
Edmund Husserl | |
---|---|
alm. Edmund Gustav Albrecht Husserl | |
Doğum tarixi | 8 aprel 1859[1][2][…] |
Vəfat tarixi | 27 aprel 1938[2][3][…] (79 yaşında) |
Vəfat yeri | |
Dövr | XX əsr fəlsəfəsi |
İstiqaməti | Avropa fəlsəfəsi |
Əsas maraqları | fəlsəfə, fenomenologiya, epistemologiya, idealizm[5] |
Təsirlənib | Bernhard Bolzano, Gottlob Frege, İmmanuel Kant |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəE.Husserl 8 aprel 1859-cu ildə Avstriyanın tərkibində olan və hazırda Çexiyada olan Moraviyanın Prusnits şəhərində anadan olub. Göttingen və Frayburq universitetlərində fəlsəfə professoru kimi dərs demişdir. Rassel kimi Husserl də fəlsəfə üçün riyazi əsas tapmağa çalışırdı. Bu məqsədlə o, Frans Brantonun məntiqindən kömək məqsədilə istifadə etmişdir. Husserl 1878-ci ildə Berlinə getmiş və Karl Veierstrass və Leopold Kroneckerin mühazirələrində iştirak etmişdir. 1882-ci ildə Leopold Kronekerin rəhbərliyi altında Dəyişənlərin Hesablanması Nəzəriyyəsinə Giriş adı altında təmiz riyaziyyat üzrə doktorluq dissertasiyasını tamamlamışdır. 1884-1886-cı illərdə o, Vyanada Frans Brentanonun dərslərində iştirak etmiş və 1886-cı ildə Halledə məskunlaşaraq, Karl Stomfun psixologiya dərslərində iştirak etmişdir. 1891-ci ildə Brentanoya həsr etdiyi "Hesabın Fəlsəfəsi: Psixoloji və Məntiqi Tədqiqatlar" adlı ilk kitabını nəşr etmişdir. 1890-1900-cü illərdə o, Qottlob Frege ilə tanış olmuş, onun hesab fəlsəfəsində Husserlin fikirlərini tənqid etməsi 1900-1901-ci illərdə məntiqi araşdırmaların nəşrinə səbəb olmuşdur. Husserl 1916-cı ildə Frayburq Universitetinə getmişdir. Burada Heinrich Rickerti əvəz etmişdir. Edith Stein və Martin Heidegger bu illərdə ona köməkçi kimi çalışmışlar.[6]
Həmçinin bax
redaktə- Frans Brentano
- Fenomenologiya
İstinadlar
redaktə- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 Landgrebe L. M. Edmund Husserl // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 Edmund Husserl // Nationalencyklopedin (швед.). 1999.
- ↑ 1 2 Deutsche Nationalbibliothek Record #118555006 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- ↑ Çex Milli Hakimiyyət Məlumat bazası.
- ↑ "Husserl Page: Husserl's Biography in Brief". Husserlpage.com. 3 October 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 July 2023.