Eduardo Qaleano
Eduardo Qaleano (3 sentyabr 1940[2][3][…], Montevideo[4] – 13 aprel 2015[5][2][…], Montevideo[5][4]) — Uruqvay jurnalisti, yazıçı və solçu siyasi xadim.
Eduardo Qaleano | |
---|---|
isp. Eduardo Hughes Galeano | |
Doğum adı | Eduardo Germán María Hughes Galeano |
Doğum tarixi | |
Doğum yeri | Montevideo, Uruqvay |
Vəfat tarixi | (74 yaşında) |
Vəfat yeri | Montevideo, Uruqvay |
Vəfat səbəbi | ağciyər xərçəngi[1] |
Fəaliyyəti | yazıçı, jurnalist |
Fəaliyyət illəri | 1956-cı ildən |
Əsərlərinin dili | ispan dili |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəEduardo Qaleano 3 sentyabr 1940-cı ildə anadan olmuşdu. Orta təbəqədən sayılan katolik ailədə dünyaya göz açmış Eduardo uşaqlığından Cənubi Amerikada doğulan əksər oğlan uşağı kimi futbola dərin maraq və həvəs duysa da, maddi vəziyyət onu oyundan çox, işləmək haqqında düşünməyə məcbur edib. 14 yaşına kimi bir çox yerdə işləyən balaca Eduardo ilk siyasi-cizgi romanını 1954-cü ildə yazıb. 14 yaşında bir uşaq üçün "El Sol"a qəzetinə satılacaq qədər yaxşı roman yazmaq olduqca böyük uğur göstəricisi idi. Artıq 20 yaşında Eduardo əmək fəaliyyətini "Marcha" qəzetində redaktor kimi davam etdirirdi. 20 il davam edən bu sakit və uğurlu karyera 1973-cü ildə baş vermiş hərbi çevriliş nəticəsində bir anda silinir. İqtidarın dəyişməsindən sonra həbs edilən yazar üçün daha sonra sürgün əmri verilir. Argentinaya sürgün edilən Eduardo burada ən yaxşı bildiyi işə — yazıya və jurnalistikaya sahib çıxır və sonrakı dövrlərin məşhur dərgilərindən olan "Crisis"i yaradır. Lakin Eduardonun sakit və dinc həyat arzuları burada da çiçəkləmir. 1976-cı ildə Argentinada da hərbi çevriliş baş verir və bu dəfə yazıçı başqa bir qonşu ölkəyə yox, birbaşa İspaniyaya üz tutur. Sürgün və müharibədən canını qurtarmış bütün yazarlar kimi Eduardonun da ilk işi bu xatirələri qələmə almaq olur. Onun sürgün illərini qələmə aldığı "Alovlu xatirələr" ("Memoria del fuego") trilogiyası inanılmaz uğur qazanır və müəllifi dünyaca məşhur yazar edir. 1985-ci ildə Qaleano Montevideoya qayıdır. Ömrünün son 30 ilini vətənində nəhayət ki, arzuladığı kimi yaşamaq imkanı əldə edən yazar burada ağciyər xərçəngindən dünyasını dəyişir. Onun esse və məqalələrinin əsas mövzusu dünya və bəşəri problemlərin həlli yoludur. Bu problemlər arasında Eduardonun ən çox həssaslıq göstərdiyi isə qul və qadın ticarəti məsələsi olub. Kitablarında daha çox xəbərlərdən istifadə olunmaqla, müxtəlif mövzularda dəyənləndirmə aparılır və nümunələr göstərilir.
Onlarla kitabın müəllifi olan yazıçının bir çox essesi var. Onun əsərləri dünyanın 20 dilinə tərcümə edilib.
Eduardo Qaleano 13 aprel 2015-ci ildə ağciyər xərçəngindən vəfat edir.
Əsərləri
redaktəİl | İspanca adı | İspanca ISBN | İspan nəşri | İngilis dilinə tərcüməsi |
---|---|---|---|---|
1963 | Los días siguientes | Alfa | The following days | |
1964 | China | |||
1967 | Guatemala, país ocupado | Guatemala: Occupied country (1969) | ||
1967 | Reportajes | |||
1967 | Los fantasmas del día del león y otros relatos | |||
1968 | Su majestad el fútbol | |||
1971 | Las venas abiertas de América Latina | ISBN 950-895-094-3 | Siglo XXI | Open Veins of Latin America (1973) ISBN 0-85345-279-2[6] |
1971 | Siete imágenes de Bolivia | |||
1971 | Violencia y enajenación | |||
1972 | Crónicas latinoamericanas | |||
1973 | Vagamundo | ISBN 84-7222-307-8 | ||
1980 | La canción de nosotros | ISBN 84-350-0124-5 | ||
1977 | Conversaciones con Raimón | ISBN 84-7432-034-8 | ||
1978 | Días y noches de amor y de guerra | ISBN 84-7222-891-6 | Del Chanchito | Days and Nights of Love and War ISBN 0-85345-620-8 |
1980 | La piedra arde | |||
1981 | Voces de nuestro tiempo | ISBN 84-8360-237-7 | ||
1982–1986 | Memoria del fuego | ISBN 9974620058 | Del Chanchito | Volume I: Eduardo Galeano. Genesis. Open Road Media. 29 April 2014. ISBN 978-1-4804-8138-1.Volume II: Faces and Masks. ISBN 978-0393318067.
Volume III: Century of the Wind. ISBN 0393318079. |
1984 | Aventuras de los jóvenes dioses | ISBN 9682320941 | Siglo XXI | |
1985 | Ventana sobre Sandino | |||
1985 | Contraseña | |||
1986 | La encrucijada de la biodiversidad colombiana | |||
1986 | El descubrimiento de América que todavía no fue y otros escritos | ISBN 8476681054 | Editorial Laia | |
1988–2002 | El tigre azul y otros artículos | ISBN 9590602118 | Ciencias Sociales (Cuba) | |
1962–1987 | Entrevistas y artículos | Ediciones Del Chanchito | ||
1989 | El libro de los abrazos | ISBN 9788432306907 | Siglo XXI | The Book of Embraces ISBN 0-393-02960-3 |
1989 | Nosotros decimos no | ISBN 84-323-0675-4 | Siglo XXI | |
1990 | América Latina para entenderte mejor | |||
1990 | Palabras: antología personal | |||
1992 | Ser como ellos y otros artículos | ISBN 9788432307614 | Siglo XXI | |
1993 | Amares | ISBN 84-206-3419-0 | Alianza, España | |
1993 | Las palabras andantes | ISBN 9974620082 | Del Chanchito | |
1994 | Úselo y tírelo | ISBN 9507428518 | Editorial Planeta | |
1995 | El fútbol a sol y sombra | ISBN 9788432311345 | Siglo XXI | Football (soccer) in Sun and Shadow ISBN 1-85984-848-6 |
1998 | Patas arriba: Escuela del mundo al revés | ISBN 9974620147 | Macchi | Upside Down: A Primer for the Looking-Glass World 2000, ISBN 0-8050-6375-7 |
1999 | Carta al ciudadano 6.000 millones[7] | ISBN 84-406-9472-5 | Ediciones B | |
2001 | Tejidos. Antología | ISBN 84-8063-500-2 | Ediciones Octaedro | |
2004 | Bocas del tiempo | ISBN 978-950-895-160-1 | Catálogos Editora | Voices of time: a life in stories ISBN 978-0-8050-7767-4 |
2006 | El viaje | ISBN 84-96592-55-3 | ||
2007 | Carta al señor futuro | |||
2008 | Patas arriba/ la escuela del mundo al revés | ISBN 950-895-050-1 | Catálogos Editora | |
2008 | Espejos | ISBN 978-987-1492-00-8 | Siglo XXI | Mirrors: Stories of Almost Everyone 2009, ISBN 1-56858-423-7 |
2008 | La resurrección del Papagayo | ISBN 978-84-92412-22-8 | Libros del Zorro Rojo | |
2011 | Los hijos de los días | ISBN 978-987-629-200-9 | Siglo XXI | Children of the Days: A Calendar of Human History ISBN 978-1568587479 |
2015 | Mujeres - antología | ISBN 978-84-323-1768-2 | Siglo XXI | [8] |
2016 | El cazador de historias | ISBN 978-987-629-628-1 | Siglo XXI | Hunter of Stories 2017, ISBN 978-1568589909 |
2017 | Cerrado por fútbol | Siglo XXI |
İstinadlar
redaktə- ↑ Muere el escritor uruguayo Eduardo Galeano a los 74 años. 2015.
- ↑ 1 2 Eduardo Galeano // Encyclopædia Britannica (ing.).
- ↑ Itaú Cultural Eduardo Galeano // Enciclopédia Itaú Cultural (порт.). São Paulo: Itaú Cultural, 2001. ISBN 978-85-7979-060-7
- ↑ 1 2 Catalog of the German National Library (alm.).
- ↑ 1 2 http://www.buenosairesherald.com/article/186654/writer-eduardo-galeano-dies-at-74.
- ↑ http://monthlyreview.org/press/books/pb9916/ Arxivləşdirilib 2012-11-13 at the Wayback Machine Open Veins of Latin America
- ↑ De autores varios: Maryse Condé; Ariel Dorfman.
- ↑ "Search - List of Books by Eduardo Galeano". Paperback Swap. 13 April 2015. 16 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 October 2018.