Eksperimental rok


Eksperimental rok və ya avantqart rok — tipik rok elementlərində sınaqdan keçmiş bir musiqi növüdür[1]. Eksperimental rokun ümumi kompozisiya və performans texnikasının hədlərini aşan bir xüsusiyyəti də var. Eksperimental rok musiqiçiləri eyni zamanda öz musiqilərini alternativ alət tonları, qeyri-adi ahəngdarlıq, kompozisiya texnikaları, digər musiqi üslublarının elementləri, vokal üslubları, instrumental effektlər əl ilə hazırlanmış xüsusi eksperimental alətlərlə xüsusiləşdirirlər.

Eksperimental rok
İstiqamət Rok
Mənbəsi Art rok
Proqressiv rok
Yarandığı dövr 1966
Ölkə ABŞ, Böyük Britaniya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Sonic Youth

AllMusicə görə, "eksperimental rok "ayə-xor-ayə" standartı ilə yazılmış musiqinin əksidir"[2]

The Velvet Underground və Frank Zappanın liderliyini etdiyi bu musiqi janrı proqressiv rokun, elektronik musiqinin yaranmasına töhfə verdi. Sonic Youth, Half Japanese, Radiohead kimi alternativ rok qruplarına təsir göstərmişdir[3].

Tipik xüsusiyyətlər

redaktə

Eksperimental rokun tipik xüsusiyyətlərinə aşağıdakılar daxildir:

  • Qeyri-ənənəvi üsullar:Yenilikçi və bəzən uyğun olmayan alət ifa etmə texnikası.
  • Qərb musiqisinə aid olmayan alətlər, ton, ritmlərdən istifadə.
  • Hazırlanmış alətlər: Alternativ olaraq düzəldilmiş və ya dəyişdirilmiş alətlər.
  • Uyğunsuzluq, ahahəngsizlik, və səs-küydən istifadə.
  • Eksperimental rok eyni zamanda 20-ci əsrin klassik musiqisindən də təsirlənmişdir.

İstinadlar

redaktə
  1. Martin, 1998. səh. 93
  2. Bogdanov, Vladimir. All Music Guide to Electronica. Backbeat Books. ISBN 0-87930-628-9.
  3. Bogdanov, Vladimir. All Music Guide to Electronica. Backbeat Books. ISBN 0-87930-628-9.
  NODES