Eleonora Giorgi (it. Eleonora Giorgi; 21 oktyabr 1953, Roma) — italyan aktrisası, rejissoru, ssenaristiprodüseridir.

Eleonora Giorgi
it. Eleonora Giorgi
Doğum tarixi 21 oktyabr 1953(1953-10-21) (71 yaş)
Doğum yeri
Fəaliyyəti kinorejissor, aktrisa, ssenarist, film prodüseri, kino aktrisası, rejissor
Fəaliyyət illəri 1971-ci ildən
IMDb ID0320395
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bioqrafiyası

redaktə

Eleonora Giorgi ilk dəfə böyük ekranda "Tarantulanın Qara qarnı" (1971) filmində epizodik Made rolunda görünmüşdür.

İlk baş rolunu Salvatore Samperinin rejissoru olduğu "The Misfit" (1974) filmindəki Mariuccia obrazı ilə almış, burada onun partnyoru müğənni və bəstəkar Domeniko Modunyondu olmuşdur.

O, 80-ci illərin italyan komediyalarında aparıcı qadın rollarının ifaçısı kimi şöhrət qazanmışdır. Eleonora Giorgi məşhur italyan komediyaçıları Adriano Çelentano, Renato Pozzetto, Conni Dorelli, Karlo Verdone ilə partnyor kimi çıxış etmişdir.

1979-cu ildə o, naşir Angelo Rizzoli ilə evlənmiş və 1984-cü ildə ondan boşanmışdır. 1988-ci ildə kinodan ayrılaraq ailəsi və uşaqları ilə fermada yaşamağa başlamışdır. 1993-cü ildə italyan aktyoru Massimo Civarro ilə evlənmiş və 1996-cı ildə yenidən boşanmışdır.

2003-cü ildə Giorgi 80-ci illərin komediyalarında onun əsas rəqibi olmuş Ornella Mutinin baş rolda oynadığı "Kişilər və Qadınlar, Həqiqət və Yalan" filminin rejissoru, ssenari müəllifi və prodüseri olmuşdur.

2008-ci ildə çəkilmiş olan "Son yay" komediyasının rejissoru olmuşdur.

Georgi radioda fəaliyyət göstərir, televiziya şoularında iştirak edir və televiziya seriallarına çəkilir.

İstinadlar

redaktə

Xarici keçidlər

redaktə
  NODES