Emboliya (q.yun. ἐμβολή-atılma — qan dövranı pozğunluqlarının ən təhlükəli formalarından biri olmaqla, eyni zamanda damar cərrahiyyəsinin ən asan və ən sürətli müalicə olunan xəstəliklər qrupuna daxildir.

Ağciyər emboliyasını göstərən 3D Tibbi Animasiyadan kadr

Ümumi məlumat

redaktə

Embol adətən, trombun qopmuş hissəsi və qan damarı ilə hərəkət edən bir kütlə kimi başa düşülür və qan və limfa damarı keçidinin müxtəlif maddələrlə tutulmasına deyilir.

Əslində bu maddələr ekzogen xarakterli olmaqla normada orqanizmin mayelərində (şirələrində) embol formasında olmur, dövr edən maye sistemində ya sonradan əmələ gəlir (məs, tromb) ya da xaricdən düşür (məs, hava). Embollar ən çox sıxlıqla aşağı ətraf (% 45–60), daha sonra isə yuxarı ətraf damarlarında (% 9–13) müşahidə olunur.

Tromboz ve emboliya ilə əlaqədar meydana çıxan ilkin patoloji dəyişikliklər mənfəzi tutulmuş arterial damarın qanla təchizedici sahəyə uyğun qan dövranının pozulması, toxumalarda hipoksiya ilə əlaqədar oksidləşməmih maddələrin artması ve metabolik asidozun meydana çıxması ilə xarakterizə olunur. Belə vəziyyətdə qan elementlərinin xüsusilə trombositlərin ad-hezivliyinin artmasından törənmiş aqreqatlar kapillyar mənfəzini tutaraq mikrosirkulyator pozğunluqlar törətməklə, toxuma hipoksiyasını artırır. Hipoksiyanın nəticəsi olaraq toxumalarda toxuma membranına toksiki təsir göstərən aktiv polipeptidlərin (histamin, serotonin, kininlər, prostoqlandinlər) miqdarı artır. Tədricən toksiki prosesler toxuma membranının keçiriciliyini artırır, kapillyar damarlarda staz, toxumalararası sahədə isə ödem baş verir. Prosesin davam etməsi toxumaların nekrozlaşması ilə nəticələnir.

Patoloji dəyişikliyə uğramış sahədən toksiki maddələrin qana sorulması orqanizmdə maddələr mübadiləsinin pozulmasına, parenximatoz orqanlarda, xüsusilə böyrəklərdə mikrosirkulyar pozğunluqlara, ümumi metabolik asidoza və ürək damar pozğunluqlarına səbəb olur.

Lokalizasiyası

redaktə

Lokalizasiyasına görə embollara aşağıdakılar aiddir:

  • Endogen embollar.

Tromboemboliya-qan damarında əmələ gəlmiş laxtanın axınla aparılıb kiçik mənfəzli damarın keçidini tıxamasına deyilir. Bu zaman əgər embol ürəkdə arteriyalar və ya venalarda olsa, həyat üçün daha təhlükəlidir və canlını tezliklə öldürür.

Arterial emboliyaya səbəb 90–95% hallarda ürək xəstəlikləri (qazanılmış mitral qapağın stenozunun qulaqcıqdaxili tromboz və seyrici aritmiya ile ağıırlaşması) ve xüsusilə miokardın infarktı ilə əlaqədar ürək anevrizmasının olmasıdır.

  • Yağ emboliyası

Adətən yağ emboliyası borulu sümüklərin sınması zamanı sümük iliyindən yağ damlasının vena damarlarına düşməsi, oradan kiçik və böyük qan dövranına daxil olması nəticəsində baş verir. Sonra bu damla beyin kapillyarları və böyrək yumaqcıqlarında embol əmələ gətirə bilir.

  • Toxuma emboliyası.

Əsasən parçalanmış və ya nekroza uğramış toxumalar vasitəsilə damarın tutulması nəzərdə tutulur. Belə ki, parenximatoz orqanlar zədələndikdə (məs, qaraciyərə zərbə toxunduqda, ağciyər arteriyalarının şaxələrində embol əmələ gəlir), yaxud şiş toxumasının hüceyrələri limfa vasitəsilə müxtəlif orqpanlara aparıldıqda (metazstaz) toxuma emboliyası müşahidə edilir.

Ekzogen emboliyalar.

Atmosfer havanın damara düşməsi zamanı əmələ gəlir. Bunun səbəbi odur ki, döş boşluğunda təzyiq aşağı olmaqla, bəzən hətta mənfi olur. İri qan damarları (vidaci vena, boş vena) ağciyər zədələndikdə atmosferdən hava damara daxil olub, qabarcıq əmələ gətirir ki, buna hava embolu deyilir.

  • Qaz embolu.

Mayedə (əsasən qanda) həll olmuş qazın qabarcıq halına keçib embola çevrilməsinə deyilir. Belə ki, yüksək atmosfer təzyiqdə (dəniz dibində, mədənlərdə, kassonda) qazlar qanda sürətlə həll olur. Yüksək təzyiqdən normal təzyiqə qalxdıqda qaz qanda sərbəstləşir və qabarcıqlara çevrilir. Buna çox zaman Kesson xəstəliyi deyilir.

  • Bioloji emboliya.

Yoluxuçu xəstəliklər zamanı mikroblar bir yerə toplanıb iri bioloji kütləyə konqlomeratlara çevrilə bilir. Onlar qan dövranına düşərək embollar əmələ gətirir. Parazitlər və onların sürfələri bağırsağın divarını deşib qan damarına düşərək, bioloji embollara çevrilir.

Emboliyanın aqibəti

redaktə

Emboliyanın nəticəsi hansı qan damarında onun əmələ gəlməsindən, qan damarının qidalandığı sahədən, onun anastomozlarından asılıdır. Burada yerli işemiyadan başlamış orqanların fəaliyyətsizliyi və qəfil ölüm kimi dəyişikliklərə səbəb ola bilər. Əgər emboliya böyük qan dövranının arteriyalarında baş verirsə, deməli, ürəyin sol mədəciyi və ya ağciyər venalarında əmələ gəlmiş emboldur. Belə halda nəinki qanı az olan damarların spazması, həm də daxili orqanların və ürəyin patologiyası başlayır. Patoloji prosesin bərpası kollateral qan dövranının inkişaf fəaliyyətindən və damar spazmının davam etmə müddətindən asılıdır. Kiçik qan dövranında əmələ gələn embollar ürəyin sağ tərəfi və böyük qan dövranı venalarından əmələ gəlir. Bu zaman ağciyər arteriyalarında iri embollar əmələ gələ bilir. Kiçik qan dövranında əmələ gələn embol ürəyin dəqiqlik həcminin azalmasına səbəb olur. Qan təzyiqi aşağı düşür. Ürəyin koranar qan damar çatışmazlığı zamanı miokardin işemiyası başlayır. Burada refleksogen zonalardan əmələ gələn reflektor proseslər patologiyanı daha da dərinləşdirir. Qaraciyər qapı venasında əmələ gələn emboliya həzm sistemindən oraya daxil olan kiçik damarla gəlir. Doğrudur, buna heyvanlarda az təsadüf edilir, lakin nəticəsi son dərəcə acınacaqlı olur. Çünki ümumi qan dövranını pozur. Belə ki, umumi qan dövranında qanın təzyiqi aşağı duşür, lakin qaraciyərin qapı venasında qan durğunluğu başlayır. Daxili orqanların qanla təchizi güclənir, başqa həyatı vacib orqanların işemiyası başlayır. Proses canlını öldürə bilir. Bəzən embol tezliklə ləğv olduqda (hava tromb əridikdə) orqanın qan təchizatı bərpa oluna bilər.

Kimlərdə rast gəlinir? Embolik tıxanmalar ən çox aritmiyalı, Mitral qapaq xəstəliyi və miokard infarktı keçirmiş insanlarda rast gəlinir.

Əlamətləri nələrdir?

Qəflətən baş verən, ağrıkəsicilərlə aradan qaldırıla biləməyən çox şiddətli ağrılar, üzvlərdə soyuma və avazıma, bəzi hallarda hərəkət qüsurları, ani damar tıxanmaları-əsas əlamətlərdir. Zaman keçdikcə əvvəlcə avazımalar olan üzvdə daha sonra göyərmələr də müşahidə olunur.

Nələrlə qarışdırıla bilər?

Əl və ayaqlarda yaranan ani və şiddətli ağrılar ən çox ortopediya xəs-təlikləri, bel yırtığı əlamətləri ilə qarışdırıla bilir. Amma bu qrup xəstəliklər zamanı üzvdə avazıma və soyuma müşahidə olunmur.

  NODES