Emil Byurle fondunun kolleksiyası

Emile Byurle fondunun kolleksiyası ( alm. Stiftung Sammlung E. G. Bührle) - Sürixdə yerləşən şəxsi incəsənət muzeyidir.

Emil Byurle Fondunun Kolleksiyası
Xəritə
Əsası qoyulub 1960
Açılış tarixi 1960
Təsisçi Emil Qeorq Byurle
Ölkə
Yerləşir Sürix, İsveçrə
Telefon +41 44 422 00 86[2]
47°21′10″ şm. e. 8°33′42″ ş. u.HGYO
buehrle.ch
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kolleksiya

redaktə

Sürixli sənayeçi Emil Georq Byurlenin (1890-1956) geniş sənət əsərləri kolleksiyası, 1960-cı ildə fonda çevrilmişdi. Həmin andan bəri kolleksiya, Byurlenin Sürixdə, Tsollikerştrasse (alm. Zollikerstrasse‎) küçəsindəki köhnə evinin yanında yerləşən villada sərgilənir. Sərgi çərşənbə axşamı, çərşənbə, cümə və bazar günləri saat 14.00-17.00 arasında ziyarətçilər üçün açıqdır.

Ekspozisiyaya aşağıdakılar daxildir:

1941-ci ildən bu yana Byurle kolleksiyasında olan Klod Monenin "Vetey yaxınlığında xaşxaş tarlası" tablosunun yayımlanmasından sonra onun əldə edilməsinin şəffaflığı ilə bağlı şübhələr ortaya çıxmışdı: 1940-1941-ci illərdə bu tablo, Emil Byurle ilə Cənubi Amerikaya mühacirət edən yəhudi tacir Maks Emden arasında şübhəli ticarətlə əlaqəli ola bilərdi[3].

Oğurluq

redaktə

10 Fevral 2008-ci il tarixində silahlı bir soyğun nəticəsində, ümumi dəyəri 180 milyon İsveçrə frankı olan dörd rəsm əsəri oğurlandı. Kurator Lukas Qloorun sözlərinə əsasən, söhbət Pol Sezanın "Qırmızı jiletli oğlan", Klod Monenin "Vetey yaxınlığında xaşxaş tarlası", Vinsent Van Qoqun "Çiçəklənən şabalıd budaqları" və Edqar Deqanın "Qraf Lepikin qızları ilə portreti" əsərlərindən gedirdi. Cinayət baş verən zaman binada 15 nəfər var idi, heç kim zərər görməmişdi.

Van Qoq və Monenin əsərləri on gün sonra Sürixdə avtomobillərdən birində tapıldı və muzeyə qaytarıldı. Sezan və Deqaya aid digər iki rəsm isə 2012-ci ildə aparılan uzun axtarışlardan sonra tapılaraq muzeyə geri qaytarılmışdı.

Qeydlər

redaktə

Linklər

redaktə
  1. 1 2 Swiss GLAM Inventory, 16 September 2016. 2016.
  2. http://www.artprivee.org/directory/europe/switzerland/zurich/foundation-e-g-buhrle-collection/.
  3. swissinfo.org Arxivləşdirilib 2018-05-10 at the Wayback Machine, 27. Februar 2008: «Monets 'Mohnfeld' mit Erblast»[ölü keçid]
  NODES