Endokrinologiya (endokrin + ologiya) — endokrin sistemi, onun xəstəlikləri və hormonlar kimi tanınan spesifik ifrazatları ilə məşğul olan biologiyatibb sahəsi. Endokrinologiya tibbin ən gənc və sürətlə inkişaf edən sahələrindən biridir[1] və endokrin sistemdəki pozuntularla əlaqəli xəstəliklərin müalicəsi ilə məşğul olur. O, həmçinin inkişaf hadisələrinin inteqrasiyası ilə əlaqələndirilir: yayılma, böyümə və differensiasiya, həmçinin maddələr mübadiləsinin psixoloji və ya davranış fəaliyyəti, böyümə və inkişaf, toxuma funksiyası, yuxu, həzm, tənəffüs, ifrazat, əhvali-ruhiyyə, stress, laktasiya, hərəkət, reproduksiya və hormonların yaratdığı duyğu qavrayışı.[2]

Endokrinologiya
MeSH D004704
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Endokrin sistemi bədənin müxtəlif yerlərində yerləşən və hormonları kanal sisteminə deyil, birbaşa qana buraxan bir neçə vəzidən ibarətdir. Buna görə də onlar daxili sekresiya vəziləri hesab olunur. Hormonların bir çox müxtəlif funksiyaları və fəaliyyət üsulları var — bir hormon müxtəlif hədəf orqanlara bir neçə təsir göstərə bilər və əksinə, bir hədəf orqan birdən çox hormondan təsirlənə bilər.

Endokrinologiyanın bölmələrindən biri sayılan diabetologiyaşəkərli diabet və onun ağırlaşmalarının yaranması, inkişafı, gedişi, diaqnostikası, müalicəsi və profilaktika proseslərini öyrənir.

Endokrin sistemi

redaktə

Endokrinologiya insan orqanizminin endokrin sistemini öyrənir.[3] Bu hormon ifraz edən vəzilər sistemidir. Hormonlar orqanizmdə müxtəlif orqan sistemlərinin fəaliyyətinə təsir edən kimyəvi maddələrdir. Nümunələrə tiroid hormonu, boy hormonu və insulin daxildir. Endokrin sistemi bir sıra əks əlaqə mexanizmlərini əhatə edir, belə ki, tez-tez bir hormon (məsələn, tiroid stimullaşdırıcı hormon) başqa bir ikincili hormonun (məsələn, tiroid hormonu) hərəkətini və ya sərbəst buraxılmasını idarə edir. Əgər ikinci dərəcəli hormon çox olarsa, o, homeostazı saxlayaraq, əsas hormona mənfi təsir göstərə bilər. Bu tərif əksər "klassik" hormonlar üçün doğrudur, lakin parakrin mexanizmlər (bir toxuma və ya orqan daxilindəki hüceyrələr arasında kimyəvi əlaqə), avtokrin siqnallar (eyni hüceyrəyə təsir edən kimyəvi maddə) və intrakrin siqnallar (daxili təsir göstərən kimyəvi maddə) özünü göstərir.[4] Neyroendokrin siqnal neyrosekretor neyron tərəfindən qana buraxılan "klassik" hormondur.

Endokrinologiya problemləri tibbin demək olar ki, bütün sahələrinə təsir edir və kardiologiya, onkologiya, oftalmologiya, qastroenterologiya, nefrologiya, urologiya, nevrologiya, ginekologiya ilə sıx bağlılıdır.[1]

Hormonlar

redaktə

Qriffin və Oheda kimyəvi tərkibinə görə hormonları üç fərqli sinifə ayırd edirlər:[5]

Aminlər

redaktə

Noradrenalin, epinefrin və dopamin (katekolaminlər) kimi aminlər tək aminturşularından, (bu halda tirozindən) əldə edilir. 3,5,3'-triiodotironin (T3) və 3,5,3',5'-tetraiodotironin (tiroksin, T4) kimi tiroid hormonları bu sinfin bir hissəsini təşkil edir, çünki onlar iki yodlaşdırılmış tirozin aminosunun birləşməsindən əmələ gəlirlər.

Peptid və proteinlər

redaktə

Peptid hormonları və zülal hormonları 3-dən (tirotropin-relizinq hormonu vəziyyətində) 200-dən çox (follikul stimullaşdırıcı hormon vəziyyətində) amin turşusu qalıqlarından ibarətdir və hər mol üçün 31000 q-a qədər molekulyar çəkiyə malik ola bilər. Hipofiz vəzinin ifraz etdiyi bütün hormonlar peptid hormonlardır: adipositlərdən leptin, mədədən qrelin və mədəaltı vəzidən insulin olduğu kimi.

Steroidlər

redaktə

Steroid hormonları ana birləşmələri olan xolesteroldan çevrilir. Məməlilərin steroid hormonlarını əlaqə olduqları reseptorlara görə beş qrupa bölmək olar: qlükokortikoidlər, mineralokortikoidlər, androgenlər, estrogenlər və progestogenlər. D vitamininin bəzi formaları, məsələn, kalsitriol, steroid kimidir və homoloji reseptorlara bağlanır, lakin əsl steroidlərin xarakterik əridilmiş halqa quruluşuna malik deyil.

Bir peşə kimi

redaktə

Hər bir orqan sistemi hormonlar ifraz etsə də (beyin, ağciyər, ürək, bağırsaq, dəriböyrəklər daxil olmaqla), endokrinologiyanın kliniki ixtisası ilk növbədə endokrin orqanlara, yəni əsas funksiyası hormon ifrazı olan orqanlara diqqət yetirir. Bu orqanlara hipofiz, qalxanabənzər vəzi, böyrəküstü vəzilər, yumurtalıqlar, yumurtalar və mədəaltı vəzi daxildir.

Endokrinoloq şəkərli diabet, hipertiroidizm və bir çox başqa endokrin sistem xəstəliklərinin müalicəsində ixtisaslaşmış həkimdir.

Endokrinologiyanın tibbi ixtisası müxtəlif simptomların və dəyişikliklərin diaqnostik qiymətləndirilməsini və bir və ya bir neçə hormonun çatışmazlığı və ya artıqlığı pozuntularının uzunmüddətli müalicəsini əhatə edir.

Endokrin xəstəliklərin diaqnostikası və müalicəsində əksər ixtisaslara nisbətən daha çox laboratoriya müayinələrinə diqqət yetirilir. Bir çox xəstəliklər həyəcan/stimulyasiya və ya inhibə/basma testi ilə araşdırılır. Bu, endokrin orqanın funksiyasını yoxlamaq üçün stimullaşdırıcı agentin inyeksiyasını əhatə edə bilər. Sonra müvafiq hormonların və ya metabolitlərin dəyişikliklərini qiymətləndirmək üçün qan nümunəsi götürülür. Tədqiqatın məqsədini və məhdudiyyətlərini başa düşmək üçün endokrinoloqa klinik kimyabiokimya üzrə geniş bilik lazımdır.

Endokrinologiya praktikasının ikinci mühüm aspekti insan variasiyası ilə xəstəlik arasındakı fərqdir. Fiziki inkişafın atipik nümunələri və düzgün olmayan test nəticələri xəstəliyin göstəricisi kimi qiymətləndirilməlidir. Endokrin orqanların diaqnostik görüntüləri xəstəliyin göstəricisi ola bilən və ya olmaya bilən insidentaloma adlanan təsadüfi tapıntıları aşkar edə bilər.

Endokrinologiya həm xəstəliyə həm də insana qayğı göstərir. Endokrin xəstəliklərin əksəriyyəti ömürlük müalicə tələb edən xroniki xəstəliklərdir. Ən çox yayılan endokrin xəstəlikləri şəkərli diabet, hipotiroidizm və metabolik sindromdur. Şəkərli diabet, piylənmə və digər xroniki xəstəliklərin müalicəsi xəstəni şəxsi, sosial və molekulyar səviyyədə başa düşməyi tələb edir və həkim-xəstə münasibəti mühüm terapevtik proses ola bilər.

Xəstələrin müalicəsi ilə yanaşı, bir çox endokrinoloqlar klinik elm və tibbi tədqiqatlar, tədrisxəstəxana idarəçiliyi ilə məşğul olurlar.

Təhsili

redaktə

Endokrinoloqlar daxili xəstəliklər və ya pediatriya üzrə mütəxəssislərdir. Reproduktiv endokrinoloqlar, həkim-ginekoloq təlimi keçdikdən sonra ilk növbədə mayalanma və menstrual funksiya ilə məşğul olurlar. Onların əksəriyyəti yerli təhsil sistemindən asılı olaraq bir neçə ilə terapevt, pediatr və ya ginekoloq kimi ixtisas alırlar. Məsələn Şimali Amerika endokrinoloqu üçün tipik təhsilə 4 illik kollec, 4 illik tibb fakültəsi, 3 illik rezidentura və 2 illik təcrubə daxildir. ABŞ-da endokrinoloqlar endokrinologiya, diabet və metabolizm üzrə Amerika Daxili Xəstəliklər Şurası (ADXŞ) və ya Amerika Osteopatik Daxili Xəstəliklər Şurası (AODXŞ) tərəfindən sertifikatlaşdırılmalıdır.

Xəstəliklər və tibb

redaktə

Xəstəliklər

redaktə

Endokrinologiya endokrin sistemi xəstəliklərinin öyrənilməsini əhatə edir. Bu xəstəliklər çox az və ya çox hormon ifrazı, çox az və ya çox hormon fəaliyyəti və ya hormonun alınması problemləri ilə əlaqələndirilə bilər.

Cəmiyyətlər və təşkilatlar

redaktə

Endokrinologiya bir çox şərtləri və xəstəlikləri əhatə etdiyi üçün xəstələri və ictimaiyyəti təlimləndirən bir çox təşkilat və cəmiyyətlər var. Hormon fondu Endokrin Cəmiyyətinin ictimai təhsil şöbəsidir və endokrinlə əlaqəli bütün şərtlər haqqında məlumat verir. Endokrin sistemi xəstəlikləri ilə əlaqəli digər təhsil təşkilatlarına Amerika Diabet Assosiasiyası, İnsan İnkişafı Fondu, Amerika Menopoz Fondu və Amerika Tiroid Fondu daxildir.

Şimali Amerikada endokrinoloqlar üçün əsas peşəkar təşkilatlara Endokrin Cəmiyyəti,,[6] Amerika Klinik Endokrinoloqlar Assosiasiyası,[7] Amerika Diabet Assosiasiyası,[8] Lauson Uilkins Pediatrik Endokrinologiya Cəmiyyəti[9] və Amerika Tiroid Assosiasiyası daxildir.[10]

Avropada Avropa Endokrinologiya Cəmiyyəti və Avropa Uşaq Endokrinologiyası Cəmiyyəti müvafiq olaraq böyüklər və uşaq endokrinologiyası sahələrində peşəkarları təmsil edən əsas təşkilatlardır.

Birləşmiş Krallıqda — Endokrinologiya Cəmiyyəti[11] və Britaniya Uşaq Endokrinologiya və Diabet Cəmiyyəti[12] əsas peşəkar təşkilatlardır.

Avropa Uşaq Endokrinologiya Cəmiyyəti[11] yalnız uşaq endokrinologiyasına həsr olunmuş ən böyük beynəlxalq peşəkar birlikdir. Dünyada bir çox oxşar birliklər var.

 
Arnold Bertold endokrinologiyanın qabaqcıllarından biri kimi tanınır.

Endokrinologiyanın ilk tədqiqi Çində başlamışdır. Çinlilər eramızdan əvvəl 200-cü ilə qədər insan sidikindən cinsi və hipofiz hormonlarını təcrid edərək dərman məqsədləri üçün istifadə edirdilər. Onlar steroid hormonlarının sublimasiyası kimi bir çox mürəkkəb üsullardan istifadə edirdilər. Çin mətnlərində bildirilən başqa bir üsul — ən erkən 1110-cu ilə aid — hormonları çıxarmaq üçün saponinin (Gleditsia sinensis paxlasından) istifadə edildiyini göstərir, həmçinin gipsin (kalsium sulfat tərkibli) də istifadə edildiyi bilinir.

Müvafiq toxumalarındaxili sekresiya vəzilərinin əksəriyyəti erkən anatomistlər tərəfindən müəyyən edilsə də, Aristotel, Hippokrat, Lukresi, Selsus, Qalen, Freman və b. kimi qədim Yunan və Roma mütəfəkkirləri bioloji funksiya və xəstəliyin anlaşılması üçün daha humoral yanaşmaya üstünlük verirdilər.[13] Bu nəzəriyyələr mikrob nəzəriyyəsini, fiziologiyasınıpatologiyasını orqan əsaslarının meydana çıxmasına qədər təsirini saxlamışdır (XIX-cu əsrə qədər).

1849-cu ildə Arnold Bertold axtalanmış xoruzların pipiklərini inkişaf etdirmədiyini və açıq şəkildə erkək davranışı nümayiş etdirmədiyini qeyd etmişdir.[14]

Axtalanmış heyvanlarda xaya ekstraktı ilə onların funksiyasını əvəz edə biləcəyi sübut olunmayana qədər xayaların kişi xüsusiyyətlərinə səbəb olan bir maddə ifraz etdiyi sübuta yetirilməmişdir. Təmiz kristal testosteron 1935-ci ildə təcrid edilmişdir.[15]

Qreyvs xəstəliyi 1835-ci ildə ekzoftalmoslu zob xəstəliyini təsvir edən İrlandiyalı həkim Robert Ceyms Qreyvsin[16] şərəfinə adlandırılmışdır. 1849-cu ildə Addison xəstəliyini ilk dəfə Tomas Addison təsvir etmişdir.[17]

 
Tomas Addison

1902-ci ildə Uilliam Bayliss və Ernest Starling təcrübə apararaq onikibarmaq bağırsağa daxil edilən turşunun hətta aralarındakı bütün sinir əlaqələri kəsildikdən sonra da mədəaltı vəzi ifrazatına səbəb olduğunu aşkar etdilər.[18]

Josef von Mehring və Oskar Minkovski 1889-cu ildə mədəaltı vəzinin cərrahi yolla çıxarılmasının qanda şəkərin yüksəlməsinə, ardınca komayaşəkərli diabet əlamətləri nəticələriylə ölümə səbəb olduğunu qeyd etmişdilər. 1922-ci ildə Banting və Best tərəfindən sübut olundu ki, mədəaltı vəzinin homogenləşdirilməsi və əldə edilən ekstraktın yeridilməsi bu vəziyyəti geri qaytarır.[19]

Neyrohormonlar ilk dəfə 1921-ci ildə Otto Levi tərəfindən müəyyən edilmişdir.[20] O, qurbağanın ürəyini (vagus siniri ilə innervasiya edilmiş) duzlu vannada inkubasiya etdi və bir müddət məhlulda saxladı. Sonra məhlul innervasiya olmadan ikinci ürəyin yuyulması üçün istifadə edildi. Birinci ürəkdə vagus sinirinin stimullaşdırılması zamanı hər iki ürəkdə mənfi inotrop (daralmaların amplitudası) və xronotrop (daralmaların tezliyi) aktivliyi müşahidə edilmişdir. Sonradan müəyyən edilmişdir ki, miotrop təsirə səbəb olan (əzələ gücləndiricisi) "vagus sinir maddəsi" (Levi adlandırdığı kimi) asetilkolin və norepinefrindir. Levi kəşfinə görə Nobel mükafatı almışdır.

Endokrinologiya sahəsində son işlər hormonların təsirini cəmləyən molekulyar mexanizmlərə yönəlmişdir. Belə işlərin ilk nümunəsi 1962-ci ildə Earl Satherland tərəfindən edilmişdir. Satherland hormonların hərəkətə səbəb olmaq üçün hüceyrələrə daxil olub-olmadığını və ya hüceyrələrdən kənarda qaldığını araşdırdı. O, fosforilaza fermentinin aktivləşdirilməsi yolu ilə qlikogeni qlükozaya çevirmək üçün qaraciyərdə fəaliyyət göstərən noradrenalin üzərində tədqiqatlar aparıb və Levi kimi endokrinologiya sahəsində qabaqcıl işlərinə görə "Nobel mükafatı" almışdır.[21]

Həmçinin bax

redaktə

İstinadlar

redaktə
  1. 1 2 Клиническая эндокринология. Руководство. Спутник Врача (3-е изд., перераб. и доп 4000 nüs.). СПб. под ред. Старкова, Нинелла Трофимовна. 2002. 8. ISBN 5-272-00314-4.
  2. Al-hussaniy, Hany; AL-Biati, Haedar A. "The Role of Leptin Hormone, Neuropeptide Y, Ghrelin and Leptin/Ghrelin ratio in Obesogenesis". Medical and Pharmaceutical Journal (ingilis). 1 (2). 2022-10-12. ISSN 2957-6067. 2023-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-07.
  3. "Endocrinology, Diabetes and Metabolism Specialty Description". American Medical Association. 3 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 September 2020.
  4. Nussey S; Whitehead S. Endocrinology: An Integrated Approach. Oxford: Bios Scientific Publ. 2001. ISBN 978-1-85996-252-7.
  5. Ojeda, Sergio R.; Griffin, James Bennett. Textbook of endocrine physiology (4th). Oxford [Oxfordshire]: Oxford University Press. 2000. ISBN 978-0-19-513541-1.
  6. "Home - Endocrine Society". www.endo-society.org. 2013-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-08.
  7. "American Association of Clinical Endocrinologists". 2020-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-08.
  8. "American Diabetes Association". American Diabetes Association. 2018-12-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-08.
  9. "Pediatric Endocrine Society". www.lwpes.org. 2017-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-08.
  10. "American Thyroid Association - ATA". www.thyroid.org. 2018-10-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-08.
  11. 1 2 "Society for Endocrinology - A world-leading authority on hormones". www.endocrinology.org. 2018-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-09.
  12. "BSPED - Home". www.bsped.org.uk. 2018-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-09.
  13. Freeman ER; Bloom DA; McGuire EJ. "A brief history of testosterone". Journal of Urology. 165 (2). 2001: 371–3. doi:10.1097/00005392-200102000-00004. PMID 11176375.
  14. Berthold AA. "Transplantation der Hoden". Arch. Anat. Physiol. Wiss. Med. 16. 1849: 42–6.
  15. David K; Dingemanse E; Freud J; və b. "Uber krystallinisches mannliches Hormon aus Hoden (Testosteron) wirksamer als aus harn oder aus Cholesterin bereitetes Androsteron". Hoppe-Seyler's Z Physiol Chem. 233 (5–6). 1935: 281–283. doi:10.1515/bchm2.1935.233.5-6.281.
  16. Robert James Graves Who Named It? saytında
  17. Ten S; New M; Maclaren N. "Clinical review 130: Addison's disease 2001". Journal of Clinical Endocrinology & Metabolism. 86 (7). 2001: 2909–22. doi:10.1210/jcem.86.7.7636. PMID 11443143. 2009-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-09.
  18. Bayliss, W. M.; Starling, E. H. "The mechanism of pancreatic secretion". The Journal of Physiology. Wiley. 28 (5). 1902-09-12: 325–353. doi:10.1113/jphysiol.1902.sp000920. ISSN 0022-3751. PMC 1540572. PMID 16992627.
  19. Bliss M. "J. J. R. Macleod and the discovery of insulin". Quarterly Journal of Experimental Physiology. 74 (2). 1989: 87–96. doi:10.1113/expphysiol.1989.sp003266. PMID 2657840.
  20. Loewi, O. Uebertragbarkeit der Herznervenwirkung. Pfluger's Arch. ges Physiol. 1921;189:239–42.
  21. Sutherland EW. "Studies on the mechanism of hormone action". Science. 177 (4047). 1972: 401–8. Bibcode:1972Sci...177..401S. doi:10.1126/science.177.4047.401. PMID 4339614.

Xarici keçidlər

redaktə
  NODES
Association 5