Epic Games, Inc. baş ofisi Şimali Karolina ştatının Kari şəhərində yerləşən Amerika videooyunproqram təminatı tərtibatçısı və yayımcısıdır. Şirkət 1991-ci ildə Tim Suini tərəfindən Potomac Computer Systems kimi təsis edilib və əvvəlcə onun ailəsinin Merilend ştatının Potomak şəhərindəki evində yerləşirdi. İlk kommersiya videooyunu olan ZZT-dən (1991) sonra şirkət 1992-ci ilin əvvəlində Epic MegaGames, Inc adını aldı və o vaxtdan vitse-prezident vəzifəsini Mark Reyn icra edir. 1999-cu ildə baş qərargahını Kariyə köçürən studiyanın adı Epic Games olaraq sadələşdirilib.

Epic Games
Loqonun şəkli
Ümumi məlumatlar
Tipi özəl şirkət[d]
Sənaye videooyun sənayesi[d]
Məhsulları proqram təminatı[1], video oyun
Təsis tarixi 15 yanvar 1991
Struktur
İşçi sayı
  • 4.000 nəf. (2023)
Tərəfdaşlar Bandcamp[2]
epicgames.com
epicgames.com/site/en-US…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Epic Games Fortnite, Unreal, Gears of WarInfinity Blade seriyaları kimi daxili istehsal videooyunlarına da dəstək verən və kommersiya məqsədli oyun mühərriki olan Unreal Engine-nin inkişaf etdiricisidir. Unreal Engine 2014-cü ildə Ginnesin Rekordlar Kitabı tərəfindən "ən uğurlu videooyun mühərriki" seçilib.[3]

Epic Games, Chair Entertainment, Psyonix, MediatonicHarmonix oyun tərtibatçılarına, həmçinin bulud əsaslı proqram təminatçısı Cloudgine-ə sahibdir və Sietl, İngiltərə, Berlin, YokohamaSeulda studiyaları idarə edir.

İstinadlar

redaktə
  1. National Software Reference Library.
  2. https://blog.bandcamp.com/2022/03/02/bandcamp-is-joining-epic/.
  3. "Most successful videogame engine". Guinness World Records. December 22, 2015 tarixində arxivləşdirilib.
  NODES
games 11
games 11
mac 1
os 1