Epifit — həyatınn bir hissəsini və ya hamısını başqa bitkilər üzərində keçirən, torpaqla əlaqəsi olmayan ağac və ot bitkiləri. Başqa bitkilərin yarpaqları üzərində yaşayan bitkilər epifillər adlanır.

Xarakteristikası

redaktə

Epifilər parazitlərdən fərqli olaraq, qida maddələrini üzərində yaşadıqları bitkilərdən almır. Əsasən tropik meşələrdə yayılmışdır. Az rütubətli isti yerlərdə olan epifitlər mamır, şibyə, qıjıyosunlardan ibarətdir. Epifitlər iki əsas qrupa bölünür: yarımepifitlər və əsl epifitlər.[1]

Yarımepifitlər

redaktə

Yarım epifitlər inkişafa ağaclarda başlayır. Bir müddətdən sonra torpağa işləyən və ondan su, mineral maddələr alan uzun əlavə köklər əmələ gətirir.

Əsl epifitlər

redaktə

Əsl epifitlər ömrü boyu ağaclarda torpaqla əlaqəsi olmadan yaşayır. Belə epifitlər tez-tez su və mineral maddələrdən korluq çəkir. Bununla əlaqədar epifitlərdə su və qidanı almağa və onları daha səmərəli sərf etməyə xüsusi uyğunlaşmalar əmələ gəlmişdir.

Bəzi epifitlərdə köklərin bir hissəsi yuxarıya qalxaraq bir-birinə sarılıb içərisinə toz və tökülmüş yarpaqların yayıldığı kök yuvaları əmələ gətirir; beləliklə, qidalanan köklər üçün substrat yaranır. Bir çox epifitlər quraq yerlərin bitkiləri olan kserofitlərin əlamətləri müşahidə edilir. Azərbaycanda epifitlərdən ağ bağambürcə (Viscum album) çox təsadüf edilir.

İstinadlar

redaktə
  1. Qərib Məmmədov, Mahmud Xəlilov. Ensiklopedik ekoloji lüğət. Bakı-Elm-2008. 

Xarici keçid

redaktə

Bəzi Otaq Bitkilərinin Abşeron Şəraitində İntroduksiyası

  NODES
Done 1