Fars QiyamıMidiyanın vaxtilə özünə tabe etdiyi vilayətlərindən birində – Persiada farsların madaylara, maday hakimiyyətinə qarşı qaldırdıqları üsyan. Farslar MidiyaAssuriya arasında baş verən uzun müharibələrdə madayların mövqeyinin zəifləməsindən istifadə edərək üsyan qaldıraraq özlərini müstəqil elan etmiş və nəticədə Midiya dövlətini parçalamışlar.

Fars Qiyamı
II Kirin Hərbi Kompaniyası
Midiya Dövlətinin tərkibində farsların məskun olduğu ərazi
Tarix e.ə. 552 – e.ə. 550
Yeri MidiyaPersia
Nəticəsi Midiya dövlət kimi ləğv edilir və maday taxt-tacını fars Əhəmənilər ələ keçirirlər.
Münaqişə tərəfləri

Midiya

Persia

Komandan(lar)

Astiaq (əsir)
Harpaq (tərəf dəyişdirdi)

I Kambis♨️
II Kir
Oebares

Tərəflərin qüvvəsi

100.000 piyada
20.000 süvari
3,000 döyüş arabası

30.000 piyada
5.000 süvari
100 döyüş arabası

İtkilər

ağır

minimal

Farslar Persiadan Midiyanın idarəetmə mərkəzinə – Azərbaycana, paytaxt Ekbatana doğru yürüş etsələr də onların hansı ərazilərə qədər irəliləməsi naməlumdur. Farslar assurluların Midiyaya qarşı hərbi əməliyyatlarını diqqətlə izləyir, assurların yürüşləri zamanı Midyanın daxili vilayətlərinə doğru yürüş edir və maday ordusunun iki cəbhəyə bölünməsinə səbəb olurdular.

Madaylarfarslar arasında müharibə e.ə. 552 – e.ə. 550-ci illərdə davam etmişdir. Baş verən döyüşlərdə əsasən madaylar qalib gəir və farsları geri çəkilməyə məcbur edirdilər. Lakin sonradan II Kirin rəhbərliyi ilə çox qüvvətli fars ordusunun qurulması, Midiya hökmdarından narazı olan bəzi maday sərkərdələrinin satqınlıq edərək fars ordusuna keçməsi, nəticədə e.ə. 549-cu ildə üsyana davam gətirə bilməyən Maday dövlətinin süqutuna, hakimiyyətin farsların əlinə keçməsinə səbəb oldu. Beləliklə Maday dövlətinin xarabalıqları üstündə ilk fars dövləti – Əhəmənilər imperiyası yaradıldı.

Döyüşlər

redaktə
  1. Hirbə döyüşü
  2. Persia sərhəddində döyüş
  3. Pasarqad yaxınlığında döyüş
  4. Pasarqad döyüşü

İstinadlar

redaktə
  NODES