Fatimilər xilafəti


Fatimilər xilafəti (ərəb. الخلافة الفاطمية‎, əl-Xilafa əl-Fatimiyyə) — Fatimilərin idarə etdiyi hərbi-teokratik dövlət. Şimali Afrikada yaranmışdır. Antifeodal xarakter daşıyan ismaililər hərəkatının genişlənməsindən istifadə edən ilk Fatimi xəlifəsi Ubeydullah əl-Mehdi (909–934) ərəbbərbər tayfalarının köməyi ilə Əğləbiləri hakimiyyətdən salaraq Fatimilər xilafətinin əsasını qoymuşdu. O, az bir muddətdə Mərakeş istinsa olmaqla bütün Şimali Afrikanı tutmuşdur. Yarım əsr sonra MisirSuriya da Fatimilər xilafətinə daxil edilmişdir. 969-cu ildə Fatimi sərkərdəsi Cauhər Misiri tutmuş və Qahirə şəhərinin əsası qoyulmuşdur. 973-cü ildə ildə Qahirə xilafətin paytaxtı elan edilmişdir. X əsrin sonunda Fatimilərin hakimiyyəti Suriyadan Mərakeşə qədər yayılmışdı.[1]

Tarixi dövlət
Fatimilər xilafəti
ərəb. الدَّولةُ الفَاطميَّةُ‎ əd-Daula əl-Fətimiya
Bayraq
Bayraq
Fatimilər yüksəliş dövründə
Fatimilər yüksəliş dövründə
 
 
 
909 — 1171

Paytaxt Mehdiyyə, əl-Mənsuriyyə, Qahirə
Dilləri Bərbər dili, ərəb dili, qibti dili
Rəsmi dilləri ərəb dili
Valyuta Dinar, Dirhəm
Ərazisi 5100000
İdarəetmə forması Monarxiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Fatimi xəlifələri (xəlifə eyni zamanda ismaili imamı sayılırdı) tədricən feodal hakimlərinə çevrilmişdilər. X əsrin sonlarında, xüsusən xəlifə Əzizin (975–996) dövründə məhsuldar qüvvələrin artması, əkinçiliyin inkişafı, sənətkarlıq və ticarətin genişlənməsi nəzərə çarpırdı. XI əsrin ortalarında Fatimilər xilafəti zəifləmiş, 1048-ci ildə Şimali Afrika Fatimilər xilafətindən ayrılmışdır. XII əsrin ortalarına qədər normanlar Siciliya, Malta, Tripoli, Mehdiyyə və s. şəhərləri zəbt etmişdilər. Suriya səlibçilərin, sonra isə səlcuqların hakimiyyəti altına girmişdir. 1169-cu ildə Fatimilər xilafətində vəzir təyin olunmuş Səlahəddin Əyyubi 1171-ci illə hakimiyyəti ələ keçirmiş və Misirdə Əyyubilər sülaləsinin əsasını qoymuşdur.[1]

İstinadlar

redaktə
  1. 1 2 Фатимиләр хилафәти // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. IX ҹилд: СпутникФронтон. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1986. С. 512.

Ədəbiyyat

redaktə

Xarici keçidlər

redaktə
  NODES