Ferruçço Buzoni

Ferruçço Buzoni (Dante Michelangelo Benvenuto Ferruccio Busoni, 1 aprel 1866[1][2][…]27 iyul 1924[1][2][…], Berlin[3]) — İtalyan bəstəkarı, yazıçı və pedaqoq.

Ferruçço Buzoni
it. Ferruccio Busoni
Ümumi məlumatlar
Doğum adı Dante Michelangelo Benvenuto Ferruccio Busoni
Doğum tarixi 1 aprel 1866(1866-04-01)[1][2][…]
Vəfat tarixi 27 iyul 1924(1924-07-27)[1][2][…] (58 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Ştubenrauxştrasse qəbiristanlığı[d][4]
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar, pianoçu, dirijor, musiqişünas, musiqi pedaqoqu, musiqi nəzəriyyəçisi, səsyazma sənətçisi[d]
Janr opera[5]
Musiqi aləti piano
Təhsili
  • Leypsiq Musiqi və Teatr Universiteti[d]
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

Musiqiçilər ailəsindəndir: atası Ferdinando Buzoni (əslən Korsikadandır) klarnetçalan, anası Anna Vays (Weiss) Avstriya pianoçusu idi[6]. Pianoçu kimi sistemli təhsil almamışdır, kompozisiya və kontrapunkt dərslərini Oratsda (Avstriya) V. Mayerdən almışdır. Helsinkidə Musiqi İnstitutunda fortepianodan dərs demiş (1888–90), Moskva konserva toriyasının (fp. sinfi üzrə; 1890–91), Bostondakı Yeni ingilis konservatoriyasının professoru (1891–92) olmuşdur. 1894-cü ildən Berlində yaşamış, yeni və az səslənən musiqinin təbliği məqsədilə "Buzoni orkestr gecələri" (1902–09) təşkil etmişdir. 1913–14-cü illərdə Bolonyadakı Musiqi liseyinin, 1920-ci ildən Berlin İncəsənət Akademiyasının professoru (kompozisiya sinfi) olmuşdur.[7]

Fəaliyyəti

redaktə

K. Vayl, P. Qreyncer, D. Mitropulos, N. Nabokov, E. Petri, L. Sirota və b. onun şagirdləri idi. Buzoni öz dövrünün orijinal virtuoz texnikaya malik böyük pianoçularından biridir. Onun İ. S. Bax, F. List və V. A. Motsartın əsərlərinin fortepiano transkripsiyaları məşhurdur. "Turandot", "Arlekin" (hər ikisi 1917), "Doktor Faust" operalarını (1916–24; şagirdi F. Yarnax tamamlamışdır, quruluş 1925), 2 fortepiano üçün Kontra punktur fantaziyanın (1922), fortepiano ilə orkestr üçün Konsertin (1904); "Musiqi sənətinin yeni estetikasının eskizi" (1907) kitabının və s. müəllifidir. Avanqardizm ideyalarını dəstəkləmişdir. 1949-cu ildən Bolsanoda (İtaliya) hər il pianoçuların Buzoni adına Beynəlxalq müsabiqəsi keçirilir.[7]

Həmçinin bax

redaktə

İstinadlar

redaktə
  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Ferruccio Busoni // Encyclopædia Britannica (ing.).
  3. 1 2 Archivio Storico Ricordi. 1808.
  4. https://www.berlin.de/senuvk/umwelt/stadtgruen/friedhoefe_begraebnisstaetten/downloads/eg-liste.pdf.
  5. http://www.nytimes.com/1986/11/17/arts/opera-busoni-s-turandot.html.
  6. İjon-Piser Sullyet, 88 notes pour piano solo, Neva Editions, 2015, p.172. ISBN 978-2-3505-5192-0
  7. 1 2 Buzoni// Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — V cild. Bakı, 2009. — Səh.: 143.

Xarici keçidlər

redaktə
  NODES
Note 1
os 3