Fil ilə edamCənubiCənub-Şərqi Asiyada, asiya fillərindən istifadə olunaraq gerçəkləşdirilmiş edam növü. Fil ilə edam üsulu orta əsrlərdə Hindistanda geniş istifadə edilmişdir. Bu məqsədlə asiya fillərinin xüsusi şəkildə əhilləşdirildikləri məlumdur. Fil bələdçiləri xüsusi əhilləşdirilmiş fillər vasitəsilə edam ediləcək şəxsi anidən yox, əzab verərək öldürməyi bacarırdılar.

Böyük Moğol imperiyasının III hökmdarı olmuş Əkbər şahın rəsmi salnaməsi, Əkbərnamə əsərində fil ilə edamın təsvir olunduğu rəsm.

Fil ilə edamların gerçəkləşdirilmişəsi Böyük Moğol imperiyasının hökmdarları üçün sonsuz güc və səltənət simvolu olaraq qəbul edilmişdir. Asiya qitəsində və xüsusilə Hindistan ərazilərində məhkumların fillərin ayaqları altına atılaraq edam edilməsi həmin dövrdə Avropadan gəlmiş səyyah və tacirlərin böyük marağına səbəb olmuşdur. Orta əsrlərdə yaşamış bir çox avropalı səyyah şahidi olduğu mənzərələr haqqında müxtəlif qeydlər yazmışdır.

Fil ilə edam üsulu XVIII və XIX əsrlərdə Hindistanda müstəmləkəçilik siyasəti yeridən ingilislər tərəfindən zamanla qadağan edilmişdir. Hindistana qədər insanların fillərin ayaqları altına atılaraq edam edilməsi üsulu, nadir hallarda olsa da Qədim RomaKarfagen dövlətində üsyançı əsgərlərə qarşı istifadə edilmişdir.

Mədəni xüsusiyyətlər

redaktə

Fillərin həssaslığı, dözümlülüyü və çox yönlü olması, romalılar tərəfindən döyüş məqsədilə istifadə olunmuş şir və ayılara nəzərən daha çox üstünlük yaratmışdır. Zamanla müharibələrdə fillərin, atlardan daha əlverişli olduğu romalı hərbçilər tərəfindən müəyyənləşdirilmişdir. Belə ki, atlar, fillərdən fərqli olaraq düşmən qoşunlarının üzərinə qəsdən hücum etmək istəmir, ancaq atlının səyləri nəticəsində atı bir başa düşmənin üzərinə sürmək mümkün olurdu. Fillərin müharibə zamanı düşmən qoşunlarını əzmək və üzərindən keçməklə bağlı isə ciddi problemləri yox idi. Döyüş filləri və atları arasındakı bir digər önəmli fərq isə müharibə anında fillərin daha təmkinli davranmaları və ən şiddətli döyüşlərdə belə özlərini itirməməkləri ilə bağlı olmuşdur. Bu baxımdan Karfagen sərkərdəsi Hannibal tərəfindən Mərkəzi Asiyadan gətirilmiş və Roma imperiyasına qarşı aparılan pun müharibələrindən istifadə olunmuş döyüş filləri tarix ədəbiyyatlarından çox məşhurdur.

Edam zamanı istifadə olunacaq fillərin bir digər xüsusiyyəti isə fil tərbiyəçisinin filləri istədiyi kimi idarə etməsi ilə bağlı idi. Tərbiyəçi, filə məhkumun anidən yoxsa, işgəncələrə öldürülməsi ilə bağlı təlimatlar verə bilirdi və bəzən bir şəxsin edam edilməsi bir necə saata qədər davam edirdi ki, edam prosesi zamanı məhkumun qabırğaları sındırılır və bədəni şikəst edilirdi. Tarix boyunca əhilləşdirilmiş fillər bələdçi və ya mahout olaraq adlandırımış fil sürücülərinin nəzarəti altında olmuşdur və bununla da, son anda olsa belə edam ediləcək şəxsi fillərin ayaqları altından çıxarmaq mümkün olmuşdur. Əhilləşdirilmiş fillərdən edam məqsədilə istifadə olunması Böyük Moğol İmperiyasının III hökümdarı olmuş Əkbər şahın hakimiyyəti dövrünə təsadüf etmişdir.

1556–1605-ci illərdə hakimiyyətdə olmuş Əkbər şah, döyüş fillərinə və əhilləşdirilmiş fillərə qarşı olan marağı ilə tanınmışdır. Hökümdarın həyatı və döyüş yolu haqqında ətraflı məlumat verən Əkbərnamə əsərində döyüş fillərinin və fil ilə edamların gerçəkləşdirildiyi bir necə qravür mövcuddur. Mənbələrdə Əkbər şahın fil ilə edam gerçəkləşdirilən zaman bəzi məhkumlara xilas olmaq şansı verildiyi və bunun üçün həmin məhkumlarının öz bacarıqları və cəldlikləri hesabına fillərin ayaqları altından qaçmalı olduqları bildirilmişdir. Fillərdən xilas olmağı bacaran şəxsin həyatı hər zaman bağışlanmır, bu tip hadisələr həmin şəxsin ittiham olunduğu əməllərinə nəzərən verilirdi.

Fillərdən edam məqsədilə istifadə edilməsi zamanla hökümdarların və şahların mütləq gücünün simvoluna çevirilmişdir. Tarixdən gələn adətlərin Tailand müxtəlif bölgələrində, hələ də yaşadıldığını görmək mümkündür. Belə ki, Tailandda ağ fillər mütləq gücün və hakimiyyətin simvolu olaraq qəbul edilir və xüsusi şəraitdə saxlanılırlar.ref>Norman Chevers. A Manual of Medical Jurisprudence for Bengal and the North-western Provinces. Carbery. 1856. 260–261.</ref>[1]

Coğrafi əhatə dairəsi

redaktə
 
Tailandda ağ fillər gücün və hakimiyyətin simvolu kimi qəbul edilmişdir.

Fil ilə edamların gerçəkləşdirilməsi tarixən həm Qərb, həm Şərq imperiyaları tərəfindən həyata keçirilmişdir. Tarixə məlum olan ilk fil ilə edamlar qədim dövrlərə aid edilir və edamlar haqqında ətraflı məlumat verilmir və mənbələrdən göründüyü qədər ilə qədim dövrdə günahlandırılan şəxslərin öldürlüməsi zamanı fillərdən istifadə edilməsi geniş yayılmış bir təcrübə olmamışdır. Buna baxmayaraq fil ilə edamlar XIX əsrə qədər davam etmiş və xüsusilə Böyük Moğol İmperiyası zamanında böyük populyarlıq qazanmışdır. Afrika filləri həcm baxımından Asiya fillərindən daha böyük olsalarda, tarixi arxa planda asiya filləri hər zaman daha çox qabağa çıxmışdır.

Cənub-Şərqi Asiya

redaktə

Cənub-Şərqi Asiyada asiya fillərinin edam məqsədilə istifadə edildiyi məlumdur. Bu tip edamların ilk nümunələrinə MyanmaMalayziya ölkələrinin ərazilərində rast gəlinmişdir. Asiyanın Cənub-Qərbində yerləşən Hind-Çin yarımadasındakı Çampa krallığıda da fil ilə edamların gerçəkləşdirildiyi ehtimal olunmaqdadır. Tarix mənbələrində Siam olaraq xatırlanan Tailandda fil ilə edamların gerçəkləşdirilməsi üçün asiya fillərinə xüsusi şəkildə təlimlər keçirilmişdir. Şotland gəmi kapitanı və dənizçi Aleksandr Hamilton Siamda gördükləri ilə bağlı aşağıdaklı qeydləri yazmışdır;

  Vətənə xəyanətdə və ya cinayətdə günahlandırılan şəxs meydanın ortasına gətirilir və döyüş fili edam ediləcək şəxsin ətrafında dövrə vururdu. Fil bələdçisinin təlimatlarına uyğun hərəkət edən döyüş fili, edam ediləcək şəxsə yaxınlaşır və onu xortumu ilə yuxarı qaldıraraq, var gücü ilə yerə çırpırdı. Edam prosesi bələdçinin təlimlatlarına uyğun formada davam edirdi və adətən filin sol və ya sağ ayaqlarından biri ilə məhkumun üzərinə çıxması ilə yekunlaşırdı.  

Hindistan

redaktə

Fil ilə edamlar əsrlər boyu Hindistanda istifadə edilmişdir və tarixdə gerçəkləşdirilmiş bu tip edamlar barədəki ən dolğun məlumatlarda Hindistanla bağlıdır. Müsəlman və hindli idarəçilər tərəfindən əsirlər boyunca vergi ödəməyənlər, üsyançılar və müharibə əsirləri döyüş filləri vasitəsilə iri meydanlarda, kütlə qarşısında edam edilmişdir. Hinduizm dinin qanunnamələri olaraq qəbul edilmiş Manusmriti yazılarında cinayət törətmiş şəxslərin fil ilə edam üsulu istifadə edilərək edam edilməsindən bəhs edilmişdir. Bu qanunnamələrin eramızın 200-cü ilində yazıldığı təxmin olunur. Məsələn, daşınmaz əmlaklara ziyan vurulduqda mal sahinin fillərdən istifadə edərək günahkar şəxsi edam etmək icazə vardı.[2]

 
Fransız səyyah Lui Ruselye tərəfindən Le Tour du Monde jurnalında yayımlanmış və Hindistanda fil ilə edamın təsvir olunduğu qravür. (1868)

Hindistanda fil ilə gerçəkləşdirilmiş edamların ilkin nümunələrindən biri də 1305-ci ildə Dehli sultanlığının sultanı tərəfindən əsir alınmış moğol döyüşçülərin kütlə qarşısında fillərin ayaqları altına atılaraq edam edilməsi hadisəsidir. Tarixi mənbələrdə bu hadisənin kütlə tərəfindən böyük maraqla qarşılandığı və bir növ xalq əyləncəsinə çevirildiyi göstərilmişdir. Böyük Moğol İmperiyasının mövcud olduğu dövrdə fil ilə edamların sayı kəskin şəkildə artmışdır. Şotland gəmi kapitanı və səyyahı Aleksandr Hamilton qeydlərində Böyük Moğol İmperiyası hökümdarı Sultan Şahcahannın 1727-ci ildə özünün ordu komandiri olmuş bir hərbçisinin fil bağı adlanan əraziyə gətizdiriyini və orada necə edam etdirməsini təsvir etmişdir.[3]

Təsvirə əsasən məğlubiyyət səbəbindən əsəbləşən Sultan Şahcahan adı açıqlanmayan hərbçini sarayın yaxınlığındakı fil bağına gətirmiş və oradaca, hərbçinin döyüş filinin ayaqları altına atdırmışdır. Gəmi kapitanı və səyyahın fikirlərinə əsasən bu tip ölüm bir hərbçi üçün utancverici və rüsvayçı hesab olunurdu. Bir digər fakt isə Sultan Hümayunla bağlıdır. Sultan Hümayun onun hakimiyyətini tənqid edən bir imamın fillərin ayaqları altına atılmasına göstəriş vermişdir. Bəzən fil ilə edamların gerçəkləşdirilməsi, sırf əyləncə məqsədilə baş tuturdu. Böyük Moğol imperiyasının dördüncü imperatoru Sultan Cahangirin şəxsi əyləncəsi üçün bir necə cinayətkar və müharibə əsirini fillərin ayaqları altına atdırdığı ehtimal olunur. Bu tipli edamlara şahidlik emiş fransız səyyahı Fransua Berniyer, hökümdar və saray zadəganlarının edamlardan aldığı zövqdən dəhşətə gəlmiş və bu barədə öz qeydlərində yazmışdır.

 
Böyük Moğol imperiyasının III hökmdarı olmuş Əkbər şahın vəhşi bir fili əhilləşdirərək təsvir olunduğu rəsmi.

Fil ilə edam heç də həmişə edam ediləcək şəxsin fillərin ayaqları altında əzilməsi ilə baş tutmurdu. Belə ki, Dehli sultanlığında xortumlarına sivri uclu bıçaq və qılınclar bərkidilmiş fillərdən də istifadə olunmuşdur ki, burada əsas məqsəd, həmin kəsici alətlərin məhkumların bədəninin doğraması olmuşdur. Ərəb səyyahı və taciri olmuş İbn Bətutə 1330-cu illərdə Dehli şəhərinə səfər edərkən, fil ilə gerçəkləşdirilmiş bir edam səhnəsini ətraflı şəkildə təsvir etmişdir.

  Şəhərə gəldiyim zaman Vəzirin həyatına qarşı sui-qəsd törətməkdə günahlandırılmış bir necə şəxsin ittiham olunduğunu gördüm. Sui-qəsd cəhdində günahlandırılan şəxslər, şəhər meydanında əvvəlcədən hazırlanmış döyüş fillərinin qarşısına atıldılar. Bu fillər insanları parçalamaq və əzab vermək üçün xüsusi şəkildə əhilləşdirilmişdi və pəncələrində dəmirdən hazırlanmış, sivri uclu ayaqlıqlar vardı. Hadisələrin gedişatı filin üzərində olan bələdçinin əllərində idi. Bələdçi, hadisələri kənardan izləyən hökümdarın əmrlərini ica edirdi və döyüş filləri, ayaqlarına bərkidilmiş dəmirlərdən istifadə edərək, çox asanlıqla öz qurbanlarını parçalaya bilərdilər. Edam edilmiş şəxslərin cəsədləri, yarılır və dərilərinə saman doldurulurdu, daxili orqanları isə küçə itlərinə atılırdı.  

Hindistanda mövcud olmuş digər dövlətlərin hökmdarları tərəfindən də fil ilə edamların gerçəkləşdirilməsi sifariş edilmişdir. Maratxların liderlərindən olmuş Sambhaji adlı hökmdar XVIII əsrdə Anaji Datto adlı dövlət xadiminin də daxil olduğu bir sıra tanınmış şəxsin fil ilə edam edilməsinə göstəriş vermişdir. Bir digər maratxa lideri olmuş, hərbçi Santaji Ghorpade adlı general hərbi nizam-intizamın pozulmasının cəzası olaraq, əsgərlərinin fillərin ayaqları altına atılması əmrini vermişdir. Müasir tarixçilərdən olan Kafi Xanın sözlərinə görə Santaji bəzən əhəmiyyətsiz səhvlərə görə belə öz adamlarını fillərin ayaqları altına atılmasına əmr vermişdir.

Şotland cərrah və yazıçısı Robert Ker öz yazılarında Qoa krallarının cinayətkarları edam etdirmək üçün xüsusi təlim keçmiş fillərə sahib olmasından bəhs etmişdir. Yazıçının qeydlərinə görə, əhilləşdirilmiş fillər Hindistanın digər bölgərində olduğu kimi öz qurbanlarını anidən və ya işgəncə çəkdirərək öldürmək xüsusiyyətlərinə malik idilər. Fransız təbiət tarixçisi, riyaziyyatçı, kosmoloq və ansiklopediya yazıçısı Jorj-Lui Lekler de Büffon öz yazılarında fillərin insanların üzərinə belə asanlıqla hücum edə bilməsinin və işgəncə ilə uzun müddətə öldürməsini fillərin sahib olduğu sadə, təbii instinktdən daha çox, bələdçilərin əhilləşdirilmiş fillərə ola biləcək təsiri kimi xarakterizə etmişdir.

Hindistanda fil ilə edamların gerçəkləşdirilməsinin əsas səbəblərindən biri də, edamı izləyən digər insanlara göz dağı vermək olmuşdur. Belə ki, fil ilə edamlar hər zaman meydanlarda və ya insanların toplaşdığı ərazilərdə gerçəkləşdirilirdi və beləliklə hökmdar olan şəxsə qarşı çıxmağın, üsyan qaldırmağın nə ilə nəticlənə biləcəyi mesajı əhaliyə öltürülmüş olurdu. Edamların qanlı və xüsusi amansızlıqla baş tutması üçün ağırlığı 9 tona yaxınlaşan və ayaqlarına xüsusi dəmir ayaqlıqlar bərkidilmiş fillərdən istifadə olunmuşdur.

Fil ilə edamın Hindistanda XIX əsrin ortalarına qədər davam etdiyi ehtimal olunur. Fransız səyyah Lui Ruselye 1868-ci ildə Mərkəzi Hindistana etmiş olduğu səfər zamanı fil ilə gerçəkləşdirilmiş bir edama şahidlik etmiş və bu barədə öz qeydlərində yazmışdır. Səyyahın sözlərinə görə cinayətdə ittiham olunan şəxs, üzü üstə bir daş lövhənin üzərinə yatırılmış və fil ayağı ilə həmin şəxsin üzərinə çıxmışdır. Hadisənin təsvir edildiyi qravür səyyah tərəfindən Fransada həftəlik nəşr olunan Le Tour du Monde səyahət jurnalında çap edilmişdir.

Britaniya İmperiyasının gücünün artması fil ilə edamların Hindistanda gerçəkləşdirilməsini zamanla azaltmış və bir müddətdən sonra bu tip edamların icra olunması tamamilə qadağan edilmişdir. 1914-cü ildə Eleanor Maddok tərəfindən Kəşmir bölgəsi üçün yazılmış kitabda, avropalıların bu bölgəyə gəlməsindən sonra, bu bölgə üçün xarakterik olan bir çox adətlərin zamanla qadağan edildiyini və bunlardan birinin də, xüsusi şəkildə təlim görmüş fillər vasitəsilə insanların edam edilməsi adətinin olduğunu bildirmişdir.

İstinadlar

redaktə
  1. Reid, Anthony. Southeast Asia in the age of commerce, 1450–1680, Volume One (ingilis). Ann Arbor, Michigan: Yale University Press. 1988. 140. ISBN 978-0-300-03921-4.
  2. Manu. The Law Code of Manu. Patrick Olivelle tərəfindən tərcümə olunub. Oxford University Press. 2004. səh. 125. ISBN 978-0-19-280271-2.
  3. Battuta, "The travels of Ibn Battuta", transl. Lee, S, London 1829, pp. 146-47

Ədəbiyyat

redaktə
  • Allsen, Thomas T. "The Royal Hunt in Eurasian History". University of Pennsylvania Press, may 2006. ISBN 0-8122-3926-1
  • Norman Chevers. "A Manual of Medical Jurisprudence for Bengal and the Northwestern Provinces". Carbery, 1856.
  • Collins, John Joseph. "Between Athens and Jerusalem: Jewish Identity in the Hellenistic Diaspora". Wm. B. Eerdmans Publishing Company, October 1999. ISBN 0-8028-4372-7
  • Eraly, Abraham. "Mughal Throne: The Saga of India's Great Emperors", Phoenix House, 2005. ISBN 0-7538-1758-6
  • Hamilton, Alexander. "A New Account of the East Indies: Being the Observations and Remarks of Capt. Alexander Hamilton, from the Year 1688 to 1723". C. Hitch and A. Millar, 1744.
  • Kerr, Robert. "A General History and Collection of Voyages and Travels". W. Blackwood, 1811.
  • Lee, Samuel (trans). "The Travels of Ibn Batuta". Oriental Translation Committee, 1829.
  • Olivelle, Patrick (trans). "The Law Code of Manu". Oxford University Press, 2004. ISBN 0-19-280271-2
  • Schimmel, Annemarie. "The Empire of the Great Mughals: History, Art and Culture". Reaktion Books, February 2004. ISBN 1-86189-185-7
  • Tennent, Emerson James. "Ceylon: An Account of the Island Physical, Historical and Topographical". Longman, Green, Longman, and Roberts, 1860.
  NODES