Fobus Aaron Teodor Levene (ing. ; 25 fevral 1869[2][3] və ya 1869[1]6 sentyabr 1940[2][3] və ya 1940[1], Nyu-York, Nyu-York ştatı[5]) — amerikalı biokimyaçı, nuklein turşularının strukturunu və funksiyasını öyrənmişdir. O, DNTRNT-ni xarakterizə etmiş və DNT-nin adenin, quanin, timin, sitozin amin əsaslarından, dezoksiriboza monosaxaridindənfosfat qrupundan ibarət olduğunu tapmışdır.

Fobus Levene
Doğum adı Fishel Aaronovich Levene
Doğum tarixi 25 fevral 1869(1869-02-25)[2][3] və ya 1869[1]
Vəfat tarixi 6 sentyabr 1940(1940-09-06)[2][3] və ya 1940[1]
Vəfat yeri
Elm sahələri biokimya[1], üzvi kimya[1]
İş yeri
Təhsili
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sonradan Rusiya İmperiyasının tərkibinə daxil olan Litvanın Çaqaro şəhərində Litvak (Litva Yəhudi) ailəsində dünyaya gəlmişdir. Fişel Rostropoviç Levene Sankt -Peterburqda böyümüşdür. Orada İmperator Hərbi Tibb Akademiyasında (1891-ci ildə doktorluq dərəcəsi alıb) tibb təhsili alır və biokimyaya böyük marağı yaranır. 1893-cü ildə antisemitik talanlar səbəbiylə ailəsi ilə birlikdə ABŞ-yə köçür və Nyu-Yorkda tibblə məşğul olur.

Levene Kolumbiya Universitetinə yazılır və boş vaxtlarında şəkərlərin kimyəvi quruluşu ilə bağlı məqalələr dərc edərək biokimyəvi tədqiqatlar aparır. 1896-cı ildə New York Dövlət Xəstəxanalarının Patoloji İnstitutunda dosent vəzifəsinə təyin edilir, ancaq vərəmdən sağalmaq üçün öz işlərinə fasilə verməli olur. Bu vaxt ərzində zülallar üzrə mütəxəssis olan Albrext Kossel və Emil Fişer də daxil olmaqla bir neçə kimyaçı ilə işləyir.

1905-ci ildə Levene Rokfeller Tibbi Tədqiqatlar İnstitutunun biokimya laboratoriyasının müdiri təyin edilir. Karyerasının qalan hissəsini bu institutda keçirir, DNT-nin komponentlərini də orada təyin edir. 1909-cu ildə Levene və Walter Jacobs D-ribozanı nuklein turşularının təbii bir məhsulu və zəruri bir komponenti olduğunu üzə çıxardır . Həmçinin onlar, Emil Fişer və Oskar Pilotinin 1891-ci ildə bildirdikləri qeyri-təbii şəkərin D-ribozanın enantiomeri olduğunu da müəyyən edirlər. Levene 1929-cu ildə dezoksiribozanı kəşf etdi. Levene nəinki DNT-nin tərkib hissələrini təyin etdi, həm də komponentlərin vahidlər yaratmaq üçün fosfat-şəkər-əsas qaydasında bir-birinə bağlı olduğunu göstərir. O, bu vahidlərin hər birini bir nukleotid adlandırır və DNT molekulunun molekulun 'onurğası' olan fosfat qrupları vasitəsilə bir -birinə bağlanmış bir sıra nukleotid vahidlərindən ibarət olduğunu bildirir. DNT quruluşu ilə bağlı fikirləri səhv idi; bir molekulda yalnız dörd nukleotid olduğunu düşünürdü. Hətta kimyəvi cəhətdən çox sadə olduğu üçün genetik kodu saxlaya bilməyəcəyi fikrini irəli sürmüşdü. Bununla belə, onun işi, DNT-nin quruluşunu təyin edən sonrakı işlərin təməlini təşkil edir. Levene, biokimyəvi quruluşlarla əlaqədar 700 -dən çox orijinal məqalə nəşr edir. Levene, 1940-cı ildə, DNT -nin əsl əhəmiyyətini aydınlığa gətirmədən vəfat etdi.

Levene, öz DNT-nin bərabər miqdarda adenin, quanin, sitozin və timindən ibarət olduğunu irəli sürən tetranukleotid hipotezi ilə tanınır. Erwin Chargaffın sonrakı işlərindən öncə, DNT -nin genetik məlumatı daşıya bilməyəcək şəkildə tetranükleotidlər təkrarından təşkil olunduğu və xromosomlardakı zülal komponentinin irsiyyətin əsası olduğu düşünülürdü (1940-cı illərdən əvvəl zülallara, xüsusən də fermentlərə və viruslara yönəlmiş genin fiziki təbiəti ilə bağlı bir çox araşdırmalara əsaslanaraq).

İstinadlar

redaktə
  NODES