Fransisko Karvaxal

Fransisko Sebastyan Karvaxal-i-Qual (isp. Francisco Sebastián Carvajal y Gual; 9 dekabr 187020 sentyabr 1932, Mexiko) — Meksika siyasətçisi və dövlət xadimi. O, 1914-cü il iyulun 15-dən avqustun 13-dək Meksika Prezidenti olmuşdur.

Fransisko Karvaxal
15 iyul 1914 – 13 avqust 1914
ƏvvəlkiViktoriano Uerta
SonrakıVenustiano Karransa
Şəxsi məlumatlar
Doğum tarixi 9 dekabr 1870(1870-12-09)
Vəfat tarixi 20 sentyabr 1932(1932-09-20) (61 yaşında)
Vəfat yeri
Partiya
Fəaliyyəti siyasətçi, diplomat, hakim, vəkil
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

O, ixtisasca hüquqşünas idi. Fransisko İqnasio Maderonun devrilməsi ilə nəticələnən hərbi çevrilişdən sonra, 1911-ci ilin mayında Karvaxal Syudad-Xuares sülh konfranslarında Porfirio Dias hökumətinin nümayəndəsi olmuşdur. O, 1906–1912-ci illərdə Ali Ədliyyə Məhkəməsinin naziri olmuş və 31 may 1912-ci ildə yüksək məhkəmənin sədrliyi vəzifəsini icra etmişdir. 1913-cü ilin ortalarında Viktoriano Uerta onu Xarici Əlaqələr üzrə Katib təyin etmişdir. Prezident istefa verdikdən sonra prezident səlahiyyətlərini icra etmişdir. O, 1911-ci ildə paytaxta doğru irəliləyən inqilabçılarla danışıqlar aparmağa çalışmış, lakin konstitusionist lider Venustiano Karransa ondan qeyd-şərtsiz təslim olmağı tələb etmişdir. Karvaxal bundan sonra məsuliyyəti Federal Dairənin qubernatoru general Eduardo İturbideyə tapşırmışdır.[1][2][3][4][5][6]

İstinadlar

redaktə
  1. Biblioteca Digital UANL, Nuevo León, México, 1933  (isp.)
  2. Instituto Nacional de Estudios Históricos de México, San Ángel, México, D.F (INEHRM)  (isp.)
  3. Gobernates de México, Panorama Editorial, 1985  (isp.)
  4. Gobernates de México, Editorial Universo, México, 1988  (isp.)
  5. Diccionario Porrúa de Historia, Biografía y Geografía de México, Porrúa, México, 1971  (isp.)
  6. Resumen Histórico de los Gobernanes de México, Escorpio, S.A. de C.V., México, 1989  (isp.)
  NODES
iOS 1
os 3