Göbək ciyəsi
Yeni doğulmuş uşağın göbək ciyəsi
Latınca funiculus umbilicalis
Kod ET E6.0.2.2.0.0.1

Göbək ciyəsi (lat. funiculus umbilicalis) — embrionu, daha sonra dölü ana bətnində cift vasitəsilə ana orqanizmlə birləşdirən xüsusi bir üzv. İnsanda onun uzunluğu 50–70 sm və daha artıq olur. Bu da dölün ana bətnində (uşaqlıqda) sərbəst hərəkət etməsinə imkan yaratmış olur. Göbək ciyəsinin qalınlığı yeni doğulmuş uşaqda 2 sm olur. Onun xarici qişası və ya örtüyü hamar və bir qədər parıltılıdır.

Təşkili

redaktə

Göbək arteriyaları

redaktə

Göbək arteriyaları 2 ədəd olub, dölün daxili qalça arteriyalarından başlanğıc götürərək karbon qazı, metobolizm maddələrilə zəngin qanı ciftə çatdırır. Doğuşdan sonra boş qaldığına görə çapıq toxumasına çevrilərək göbək büküşünün əmələ gəlməsində iştirak edir.

Göbək venası

redaktə

Göbək venası ilkin mərhələdə cüt olur. Sonradan sağ vena obliterasiya olunur, tutulur. Ciftdən başlanıcını götürərək oksigenlə və qidalı maddələrlə zəngin qanı dölə daşıyır. Belə ki, qanın 80%-i xüsusi venoz axacaq vasitəsilə qaraciyərin alt səthindən keçəək aşağı boş venaya ötürülür. Qalan 20%-i isə qapı venasına onun sol şaxəsi ilə göbək venası arasındakı anastomoz vasitəsilə tökülür. Əsas funksiyası qaraciyəri qanla təchiz etməkdir.

Uraxus — sidikliyin dibi ilə cifti birləşdirən axacaq olub doğuşa yaxın çapıq toxuması ilə əvəz olunaraq orta göbək büküşünün eləcə də bağının (lat. ligamentum medianum umbilicale) təşkilində iştirak edir.

  NODES