Genetik mühəndisliyi

Genetik mühəndisliyigenetik maddənin qurulşunda və funksiyasında, həmçinin onların əldə edilməsində və hüceyrələrə, yaxud nuklein turşuları molekullarına köçürülmə üsullarını bilməklə onların üzərində müxtəlif manipulyasiyalar aparmaq. Genetik mühəndisliyinin əsasında ayrı ayrı nukleotid ardıcıllıqlarına parçaladıqdan sonra DNT-nin bakteriya plazmidləri və faqların genomu vasitəsilə prokariot və eukariot hüceyrələrə köçürülməsi durur. Nəticədə əmələ gəlmiş belə hüceyrələr – hibridlər yad gen fraqmentlərinə malik olmaqla köçürülmüş genin ekspressiyasını təmin edir.

Gen mühəndisliyi son məqsədlərindən biri müəyyən genin kodlaşdırıldığı məhsulun və ya əlameətin resipient orqanizmdə təmin edilməsindən ibarətdir. Bunun üçün əvvəlcə həmin məhsulu, yaxud əlaməti kodlaşdıran gen seçilir. Göstərilən DNT molekuluna müəyyen orqanizmdən almaq, yaxud onu kimyəvi və ya fermentativ yolla sintez etmək mümkündür.

Son dövrdə genetikanın uğurlariından biri də genetik klonun, yəni genetic surətlərin yaradılmasıdır. Genetik klon ilk dəfə keçen əsrin sonlarında Şotland alimləri Yan Velhmut və Ken Kembpell tərəfindən yaradılmısdır. Onlar yetkin qoyunun somatik huceyrəsinin nüvəsini digər qoyun nüvəsiz yumurtahüceyrəsinə köçürməklə somaktik hüceyrə nüvəsinə malik ziqota əldə etmişlər. Bu yolla alınmış ziqotanın üçüncü qoyunun balalığında inkişafını təmin etməklə onlar ilk dəfə olaraq onunla tam indentik genotipə malik olan Dolli adlı qoyun bütün dünya ictimaiyyətinin diqqətini cəlb etmişdir. Tezlikle genetik klonların yaradılması üçün çoxsaylı tədqiqatlar, muüxtəlif heyvanların, hətta insanın genetik klonlarının yaradılması qadağan edən qərarların qəbul edilməsi tələbləri səslənməyə başlandı. Lakin hər hansı bir orqanizmin genetik klonun tam indentik genotipə malik olması, bu kəşfdən orqan və toxuma köçürülməsi üçün istifadə etməyin perspektivliyini göstərir. Mikrobiologiyanın müayinə usulları arasında molekulyar — genetik üsullar getdikcə daha çox tətbiq edilməkdədir. Bu üsullar xəstələrdən alınmış patoloji materiallarda bilavasitə törədici- mikrobu deyil, onun nuklein turşularını aşkar etməyə imkan verir, ona görə də yüksək spesifikliklə fərqlənirlər. Molekulyar-genetik üsulların spesifikliyi hər bir orqanizmin genomunun son dərəcə fərdi olması ilə izah edilir.[1]

İstinadlar

redaktə
  1. "GEN MÜHƏNDİSLİYİ" (az.). https://tibb-dunyasi. 20 noyabr 2019. 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 mart 2021.
  NODES
os 1