Həzi Aslanov metrostansiyası
Həzi Aslanov metrostansiyası — Bakı metrosunun Qırmızı xəttinin sonuncu stansiyasıdır. 2002-ci ildə istifadəyə verilmişdir. Bu stansiyaya keçid rolunu oynayacaq olan Məhəmməd Hadi stansiyasının tikintisi hal-hazırda davam edir. Stansiyaya daxil olan qatarlarda "Ay işığında" musiqisindən fraqment səslənir.
Həzi Aslanov metrostansiyası | ||||
---|---|---|---|---|
1-ci xətt | ||||
Bakı metrosu | ||||
Rayon | Xətai | |||
Yerləşməsi | son dayanacaq | |||
Açılış tarixi | 10 dekabr 2002 | |||
İnşaat tipi | yeraltı | |||
Platformaların sayı | 1 | |||
Memarları |
Rasim Əliyev, Akif Abdullayev |
|||
Stansiyanı tikən şirkət | Baki Metropoliteni QSC | |||
Stansiyadakı keçidlər | Məhəmməd Hadi metrostansiyası | |||
Çıxdığı küçələr | Xudu Məmmədov küçəsi, Məhəmməd Hadi küçəsi | |||
Nəqliyyat | 11, 51, 57, 104 nömrəli avtobuslar | |||
İş rejimi | 06:00—00:00 | |||
Qonşu stansiyalar | Əhmədli | |||
|
||||
Vikianbarda əlaqəli mediafayllar |
|
12 dekabr 2002-ci ildə istismara verilmişdir. Tikintisi Avropa Birliyi tərəfindən maliyyələşdirilmişdir.
Tarixi
redaktəQırmızı xəttin bu günə qədər istifadəyə verilmiş sonuncu stansiyasıdır. Stansiya Azərbaycan xalqının şanlı oğlu, iki dəfə Sovet İttifaqı qəhrəmanı Həzi Aslanovun adını daşıyır. Stansiya iki dəfə açılış tarixi yaşaması ilə də tarixə düşüb. 2002-ci il dekabrın 10-da ilk sərnişinlərini qəbul edən stansiyanın rəsmi açılış mərasimi 2003-cü ilin iyul ayının 7-də keçirildi. İnşaatı 1980-ci illərdə başlanmış, lakin 1990-cı illərin böhranlı illərində dondurulmuş stansiya tikintisi Avropa İttifaqının ayırdığı 4,5 milyon avro hesabına tamamlandığından rəsmi açılış mərasiminə bu qurumun da səlahiyyətli nümayəndələri dəvət edilmişdilər. Tikintinin qalan məbləğini isə Azərbaycan dövləti öz üzərinə götürərək, inşaat işlərinə 5,5 milyon manat ayırdı.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadənin başçılıq etdiyi mərasimdə Avropa İttifaqının xarici işlər üzrə dövlət katibinin müavini xanım Marqarita Boniver, Avropa Komissiyası Baş İdarəsi rəisinin müavini Mişel Leyq iştirak etdilər.
Stansiyanın bir çıxışında «ET-5 M» tipli 3, digərində isə 2 eskalator işləyir.
Onun özəlliyini milli memarlıq ənənələrinə xas olan minarə üslublu dördbucaq sütunlar təşkil edir. Sütunların qalınlığı stansiyaya saraylara xas möhtəşəmlik effekti verir. Sütunlar iki cərgə boyunca tavan tirinə dirənərək sanki bütün ağırlığı öz üzərinə alıb.
Ümumiyyətlə, stansiya müstəqillik dövrünün ab-havasını özündə əks etdirərək əvvəlki illərdə inşa olunmuş stansiyalardan xeyli fərqlənir. Hərçənd ümumi kompleks yanaşma dəyişməyib.
Üzləmə işlərində boz rəngli mərmərdən və İran istehsalı olan qara qranitdən istifadə olunub. Qranit təbəqə stansiyanın yol divarlarının haşiyə zolaqlarında istifadə olunub. Tavana xüsusi effekt verən metal şəbəkələr arasında yerləşən çıraqlar döşəmənin boz rəngli örtüyündə əks olunaraq, əzəmət təsirini möhkəmləndirir. Bu mənzərəni döşəmənin sütunlararası hissəsində ağ mərmərdən rombşəkilli zolağı daha da gücləndirir.
Vestibüllərin genişliyini onun zal şəkilli formasında olması tamamlayır. Burada pilləkən üstü tavan divarında stansiyanın inşasının Avropa Birliyinin maliyyə dəstəyi ilə tamamlanmasını əks etdirən yazı və təşkilatın bayrağı yerləşdirilib.
Stansiyaya daxil olan qatarlarda bəstəkar Qəmbər Hüseynlinin "Ay işığında" mahnısından fraqment səslənir.
Şəhərə çıxış
redaktə- Məhəmməd Hadi küçəsi
- Xudu Məmmədov küçəsi
- Heydər Əliyev parkı
- Radiozavod
Keçidlər
redaktə Bakı şəhəri haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |