Halikarnaslı Dionisi

Halikarnaslı Dionisi (yun. Διονύσιος; təq. e.ə. 60[1], Halikarnas[2][1]e.ə. 7[1], Roma) — qədim yunan tarixçisi, ritoriki və tənqidçisi. Onun əsas əsəri "Roma antikaları"dır. Bu, 20 kitabda Romanın qədim dövrlərdən Birinci Pun müharibəsinə qədər olan tarixini izah edir.

Halikarnaslı Dionisi
Doğum tarixi təq. e.ə. 60[1]
Doğum yeri
Vəfat tarixi e.ə. 7[1]
Vəfat yeri
Fəaliyyəti tarixçi, yazıçı, orator
Əsərlərinin dili qədim yunan dili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

Halikarnaslı Aleksandrın oğlu olan Dionisi təqribən e.ə. 60-cı ildə anadan olmuşdur. O, e.ə. 29-cu ildə, Romada vətəndaş müharibələri başa çatdıqdan dərhal sonra bu şəhərə köçmüşdür. Dionisi burada 22 il latın dilini öyrənmiş və həyatının əsas əsəri olan "Roma antikaları" üçün materiallar toplamışdır. 20 kitabdan ilk 10-u tam formada salamat qalmış, 11-i qismən qalmışdır, digər kitabların məzmunu Bizans mənbələrindən fraqmentlərdən məlumdur. "Roma antikaları" Roma tarixini Troya müharibəsinin mifoloji elementlərindən başlayaq e.ə. 264-cü il, yəni Birinci Pun müharibəsi başlayana qədərki dövrə qədər əhatə edir.

Dionisinin əsəri e.ə. 7-ci ildə nəşr edilmişdir. Müəllifin az sonra vəfat etdiyi güman edilir.

İstinadlar

redaktə
  NODES