Hattin döyüşü

Hattin döyüşü1187-ci ilin 4 iyul tarixində Tiberiya yaxınlığında yerləşən Hattin təpələrində baş vermiş döyüş. Döyüş Birinci səlib yürüşü zamanı yaradılmış Qüds krallığının kralı Luzuinyalı QayƏyyubilərin başçısı Səlahəddin Əyyubinin qoşunları arasında baş vermişdir. Taktiki gedişlərin düzgün seçilməməsi nəticəsində xaçlı qoşunu müharibənin gedişində ciddi itkilər vermiş və bundan istifadə edən Əyyubilər düşmən ordusunu mühasirəyə alaraq məhv etməyə başlamışdır. 17 min xaçlı əsgərinin ölümü və Qüds krallığının kralı Luzuinyalı Qayın əsir düşməsi ilə nəticələnən müharibədə Səlahəddin Əyyubinin qoşunu mütləq zəfər əldə etmişdir. Əyyubilərə qarşı aparılan döyüşdə Qüds krallığına Məbəd cəngavərləri, Malta cəngavərləriAntakiya knyazlığı kimi birliklər yaxından köməklik göstərirdi.

Hattin döyüşü
Orta əsrlərə aid Hattin döyüşünün təsviri
Tarix 4 iyul, 1187
Yeri Tiberiya yaxınlığında yerləşən Hattin təpələri
Nəticəsi Səlahəddin Əyyubinin zəfəri
Münaqişə tərəfləri

Əyyubilər

Qüds krallığı
Məbəd cəngavərləri
Malta cəngavərləri
Antakiya knyazlığı
Müqəddəs Lazarus ordeni

Komandan(lar)

Səlahəddin Əyyubi

Luzuinyalı Qay Təslim olmaq
Tripoli qrafı III Raymond
İbelinli Baliyan
Şatilyonlu Reynald Təslim olmaq (edam)

Tərəflərin qüvvəsi

30.000 döyüşçü

20.000 döyüşçü

İtkilər

dəqiq bilinmir

17.000 döyüşçü

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Müharibəyə qədər olan vəziyyət

redaktə

Antakya knyazları və Məbəd cəngavərləri tərəfindən ərazinin yerli müsəlman əhalisinə qarşı kütləvi talanların və qətillərin həyata keçirilməsi Səlahəddin Əyyubini narahat edirdi. Əyyubinin əsas hədəfi Qüds krallığının üzərinə hücuma keçib başda kral Luzuinyalı Qay olmaqla bütün səlibçiləri Fələstin torpaqlarında kənarlaşdırmaq idi. Bu məqsədlə Misir, SuriyaƏlcəzairdə yerləşən hərbi birləşmələrə və müsəlman döyüşçülərə xəbər göndərildi; göndərilən xəbərdə döyüşçülərdən xristian ordularına qarşı başladılacaq cihad hərkatında iştirak etmək tövsiyə olunurdu. Əyyubinin əsas hədəfi Qüds krallığı və onun əsas hərbi tərəfdaşı kimi çıxış edən Məbəd cəngavərlərinin hərbi birləşmələrini məhv etmək və beləlikdə şərqdə iki əsirə yaxın davam edən xristian ağalığına son vermək idi. Səlahəddin Əyyubi tərəfindən edilən çağırışdan sonra çox sayda süvari və piyada Şam şəhərinə gəldi.

Qüds krallığı bu dövrdə daxili çəkişmələrlə məşğul idi. Yeni kral seçilən Luzuinyalı Qay Səlahəddin Əyyubi ilə daha isti münasibətilərin qurulmasının tərəfdarı olan Tripoli şahzadəsi III Raymond ilə hakimiyyət uğrunda mübarizə aparırdı. Tripoli şahzadəsi III Raymond xanımına məxsus olan Təbəriyyə gölünün qərb sahilində yerləşən kiçik Tiberiya qalasına nəzarət edirdi. Luzuinyalı Qay qalaya hücum edərək III Raymondun müqavimət əzmini qırmaq istədi, ancaq hücumdan xəbər tutan Raymond məsələ ilə bağlı Səlahəddin Əyyubiyə məktub yazaraq ondan qoşun göndərməsini xahiş etdi. Səlahəddin Əyyubi nəzarəti altında olan süvari birliklərindən birini III Raymonda kömək kimi göndərdi.

1187-ci ilin 30 aprel tarixində Səlahəddin Əyyubi vassal aslılığında saxladığı III Raymonda bir məktub yazaraq Təbəriyyə gölü ətrafında kəşfiyyat məqsədli yürüş həyata keçirmək istədiyini bildirdi. Məktubda Əyyubi niyyətlərinin sadəcə ərazinin çoğrafi quruluşu barədə kəşfiyyat məlumatlarının öyrənilməsi olduğunu, heç bir halda ərazinin işğal edilməyəcəyini və yerli əhaliyə toxunulmayacağını bildirdi. III Raymondun təklif edilən şərtlə razılaşmaqdan başqa yolu qalmamışdı. 1 may tarixində Əyyubinin 7.000 nəfərdən ibarət süvari qoşunu Təbəriyyə gölü ətrafında görünməyə başlandı. Yerli əhali ilə heç bir problem yaşamayan qoşunu kənardan Məbəd cəngavərləriMalta cəngavərlərinin əsgərləri izləyirdi. Məqsədləri müsəlman süvari qoşunun üzərinə hücum etmək olan səlibçilərin hücumu uğursuz alındı və baş verən kiçik döyüşdə məğlub olaraq geri çəkildilər.

Müharibənin başlaması

redaktə

}}

Təbəriyyə gölü yaxınlığında səlibçilərin Əyubbi qoşunu tərəfindən məğlub edilməsindən sonra, nüfuzlu din xadimləri Tripoli şahzadəsi III Raymondu Səlahəddin Əyyubiyə qarşı yaradılan ittifaqa qatılmağa məcbur etdilər. Səlibçilərin Təbəriyyə yaxınlığında məğlub edilməsini qəbul edilməz hal hesab edən Qüds krallığının kralı Luzuinyalı Qay yüksək hərbi şuranın toplanmasına qərar verdi. Şuranın yığıncağında Səlahəddin Əyyubi bütün səlibçi dini ordenlər və dövlətlər üçün ümumi təhlükə kimi qiymətləndirildi və ən qısa zamanda vahid qoşunun yaradılması razılaşdırıldı. Qüds krallığı, Məbəd cəngavərləri, Malta cəngavərləriAntakiya knyazlığının hərbi birləşmələri Səlahəddinin ordusununa qarşı Akka şəhəri yaxınlığında çəmləşdirilmişdi.

Digər tərəfdən iyun ayının ortalarından etibarən Səlahəddin Əyyubi 12.000 nəfərlik süvari qoşunun və ən əsası cihad çağırışı ilə gəlmiş könüllü birliklərini Şam və Təbəriyyə arasında yerləşən ərazidə toplamış və onların qarşısında səlibçilərə qarşı döyüşməyin əhəmiyyətindən danışmışdı. Səlahəddin bu ordu ilə Fələstinin içinə qədər daxil oldu və Təbəriyyə gölünün sahilinə gəldi. Müsəlman ordusu Təbəriyyə gölünün sahilində yerləşən eyni adlı kiçik qalaya hücum edərək qalanı ələ keçirdilər və beləliklə səlibçilər düzənlik ərazidə döyüşməyə məcbur edildi. Səlahəddin Təbəriyyə gölündən ayrılan İordan çayının kənarında qoşunu möhkəmləndirmişdi. Əyubbi qoşunu buynuz şəkilli Hittin volkanik təpələrinin yaxınlığında səlibçi qoşunun gəlməsini gözləyirdi.

3 iyul tarixində səlibçilər Səffuriyə adlı ərazidən səhər tezdən ayrıldı. 4 saat davam edən səfər səlibçi qoşunun təmiz yormuşdu. Havanın gündəlik normadan isti olması və ən əsası ərazidə heç bir su qaynağanını olmaması səlibçiləri çıxılmaz vəziyyətə salmışdı. Səlahəddinin kiçik birlikləri ilə qarşılaşan səlibçilərin sürətli irəliləyişi ləngiyirdi və nəticədə səlib qoşunu yalnız axşam tərəfi Təbəriyyə gölünün su qaynağı ilə zəngin olan ərazisinə yaxınlaşa bildi. Səlibçilər əraziyə çatandan sonra məlum oldu ki, təpəlik ərazi ilə su qayanağının olduğu ərazidə Səlahəddinin qoşunu dayanıb. Nəticədə səlibçilər gecəni susuz keçirmək məcburiyyətində qaldılar.

4 iyul tarixində sübh vaxtı səlibçilər Səlahəddinin qoşunu tərəfindən qorunan gölün aşağı sahilinə doğru hücuma keçdi. Susuzluqdan nizami pozulmuş qoşun Əyyubi ordusu tərəfindən geri yatırıldı. Səlahəddin düşmənini çıxılmaz vəziyyətdə olduğunu görüb onları təqib etməyə başladı. Məbəd cəngavərləri onlara qarşı qaçan səlibçiləri gördükdə Səlahəddinin qoşunun üzərinə hücum etmək imkanlarından məhrum oldular. Gözlənilməz vəziyyətə düşdükləri üçün səlibçilərin müdafiə xətti qurmağada zamanları qalmadı. Bu an təpənin arxa tərəfindən düşmənə yaxınlaşan Əyubbi süvariləri düşmənlərinin vəziyyətini daha da çətinləşdirdi. Beləliklə tərəflər arasında qızğın müharibə başlamış oldu. Müharibənin gedişində məğlub olacaqlarını anlayan və dini rəhbərlər tərəfindən Səlahəddinə qarşı döyüşməyə məcbur edilmiş Tripoli şahzadəsi III Raymond mühasirəni yarıb qaçmağa cəhd göstərdi. Əyyubilərə qarşı mülayim münasibətləri ilə tanındığı üçün Əyyubi komandalar tərəfindən qaçması şərait yaradıldı və beləliklə III Raymond Tripoliyə qayıtdı. Bununlada döyüşün müqəddaratı həll edilmiş oldu və səlibçilərin məğlubiyyəti rəsmiləşdi. Hattin kəndi ətrafında 150 nəfərlik kiçik qoşunu ilə mühasirədə qalan Qüds krallığının kralı Luzuinyalı Qay əsir götürüldü, əsgərləri isə qılıncdan keçirildi.

Müharibənin nəticələri

redaktə
 
Səlahəddin Əyyubinin hüzuruna gətirilən Qüds krallığının kralı Luzuinyalı Qay.

Əyyubi ordusu Qüds kralını əsir aldığı kimi krallığa nəzarətidə ələ keçirmişdi. Səlib qoşunun tərkibində olan Akka Kardinalı öldürlüdü və bu din adamının səlibçilərə ruh yüksəkliyi vermək üçün yanında gəzdirdiyi İsa Məsih təsvirli müqəddəs məbəd çarmıxı müsəlmanlar tərəfindən müsadirə edildi. Ələ keçirilən səlibçilərin arasında Qüds krallığının kralı Luzuinyalı Qay, qardaşı II Amalrik, Şatilyonlu Reynald, Montferratlı V Giyom və Redfordlu Cerard kimi soylu səlibçilər vardı. Müharibənini nəticəsində səlibçi qoşunu 17.000 nəfərdən ibarət canlı qüvvəsini itirdiyini tarixi mənbələrində göstərmişdir.

Səlahəddin əsirləri arasında olan Qüds krallığının kralı Luzuinyalı Qay ilə Şatilyonlu Reynaldı çadırasına gətirlməsini əmir etdi. Burada Səlahəddin krala öz əli ilə bir bardağ su verdi. Kral suyu içdikdən sonra bardağı Reynalda uzatdı və o da sudan içdi. Həmin dövrün adətlərinə görə hökümdar tərəfindən kimə su verilirdisə həmin şəxsin canı bağışlanılırdı. Səlahəddin Əyyubi məsələnin yanlış anlaşılmaması üçün səlibçi başçıların yanında tərcüməsinə bu ifadəni tərcümə etməyi əmir etmişdir:

  Şatilyonlu Reynalda deyin ki, ona su dolu bardağı mən yox Luzuinyalı Qay uzadıb.  

Bu mesaj Şatilyonlu Reynaldın canının bağışlanmayacağı anlamına gəlirdi. Bütün bu döyüşlərə qədər Reynald müsəlman əhaliyə etdiyi zülmlər və talanlarla ad çıxarmış səlibçi komandalardan olmuşdu və Səlahəddin Əyyubinin səlibçilərə qarşı apardığı mübarizədə əsas məqsədlərindən biri də bu şəxsi cəzalandırmaqdan ibarət idi. Bəzi tarixi mənbələrdə bu görüşdən sonra Şatilyonlu Reynaldın Səlahəddin Əyyubi tərəfindən başının kəsildiyini göstərir. Bu iddia sonralar Avropalılar tərəfindən əfsanələşdirilmişdir. Qüds krallığının kralı Luzuinyalı Qay və onunla birlikdə əsir düşmüş nüfuzlu cəngavərlərin həyatları bağışlandı. Ancaq əsir alınan Malta cəngavərləriMəbəd cəngavərləri nümayəndələrinə İslam dinin qəbul ediləcəkləri təqdirdə canlarının bağışlanacağı bildirildi. Bir çox əsir bu təklifi rədd etdiyindən səhərisi gün boyunları vurularaq edam edildi.

 
Baliyanın Qüdsü Səlahəddinə təslim etməsini təsvir edən Orta Əsr miniatütürü

Qüds krallığının kralı Qay və digər əsirlər Şam şəhərinə gətirildi və burada onlar üçün nəzərdə tutulmuş can haqqı ödənildikdən sonra azad edildilər. Əldə edilən qələbədən arxayınlaşmayan Səlahəddin Əyyubi Fələstində yerləşən bütün səlibçi qalaların üzərinə hücuma keçdi.1187-ci ilin sentyabr ayının ortalarında Akka, Nablus, Yafa, Təbin, Beyrut və Aşkelon şəhərləri Əyyubilərin əlinə keçdi. Həmin ilin 22 sentyabr tarixində Qüds şəhəri mühasirəyə alındı. Qüds Kraliçası Sibella, Rahib Heraklus və İbelinli Baliyan tərəfindən şəhər 2 oktyabr tarixinə qədər müdafiə edildi, ancaq sonunda İbelinli Baliyan ilə Səlahəddin Əyyubi arasında əldə edilən razılaşmaya əsasən səlibçilər Qüds şəhərini boşaltmağa razılıq verdilər. Bununlada uzun müddətdən sonra Qüds yenidən müsəlmanların nəzarəti altına keçdi.

Hattin müharibəsində səlibçilərin məğlub olması barədə məlumatı Avropaya Tir şəhərinin kardinalı Yosqus gətirdi. Xəbər Avropada böyük üzüntü ilə qarşılandı. Xristianlar dərhal yeni bir səlib yürüşünün keçirilməsini tələb etdilər. Qüds şəhəri 200 ildən sonra yenidən müsəlmanların nəzarəti altına keçmişdi və səlibçilər özləri üçün bu halı rüsvayçılıq hesab edirdilər. Roma papası VII Qriqor bu yeni səlib yürüşü barədə Audita tremendi adı ilə tanınan papalıq qanun qəbul etdi. Fransaİngiltərədə yeni səlib yürüşünü maliyyələşdirmək üçün varlı şəxslərdən və baronlardan xüsusi səlib vergisi toplanmağa başlanıldı. Qısa zamanda yeni bir səlib yürüşü üçün təşkilatlanan Avropalıların məqsədi Qüds şəhərini yenidən müsəlmanların əllərindən almaq idi. Aparılan bütün hazırlıqlar 2 ilə yekunlaşdı və yeni bir səlib yürüşü yalnız 1189-cu ildə baş tutdu. Vatikanınn mənəvi öndərliyi ilə İngiltərə kralı Aslan ürəkli Riçard, Fransa imperatoru II Filip Avqust və Alman imperatoru I Fridrix Barbarossa üç ayrı qoldan hücuma keçdi, ancaq bütün hücumlar uğursuz alındı.

Panorama

redaktə
Döyüşün keçirildiyi ərazinin panoraması

Ədəbiyyat

redaktə
  • Baldwin, M. W., Raymond III of Tripolis and the Fall of Jerusalem (1140–1187), Princeton: Princeton University Press, 1936
  • Brundage, James A., De Expugnatione Terrae Sanctae per Saladinum // The Crusades: A Documentary Survey, Milwaukee: Marquette University Press, 1962
  • Delcourt, Thierry ed., Sébastien Mamerot, Les Passages d'Outremer. A chronicle of the Crusades, Cologne: Taschen, 2009, 145, ISBN 978-3-8365-0555-0 ([[:Category:|link]])[[Category:]]
  • Edbury, Peter W., The Conquest of Jerusalem and the Third Crusade: Sources in Translation, Aldershot: Ashgate, 1996, ISBN 1-84014-676-1
  • Gillingham, John, Richard I, Yale English Monarchs, New Haven: Yale University Press, 1999, ISBN 0-300-07912-5
  • Holt, P. M., The Age of the Crusades: The Near East from the Eleventh Century to 1517, New York: Longman, 1986, ISBN 0-582-49302-1
  • Lyons, M. C.; Jackson, D. E. P., Saladin: The Politics of the Holy War, New York: Cambridge University Press, 1982, ISBN 0-521-22358-X
  • Nicholson, R. L., Joscelyn III and the Fall of the Crusader States, 1134–1199, Leiden: Brill Publishers, 1973, ISBN 90-04-03676-8
  • Nicolle, David, Hattin 1187: Saladin's Greatest Victory, Praeger Illustrated Military History Series, Westport, CT: Praeger Publishers, 2005, ISBN 0-275-98840-6
  • Nicolle, David, Saladin: Leadership-Strategy-Conflict, Command #12, Osprey Publishing, 2011, ISBN 978-1-84908-317-1
  • Phillips, Jonathan, The Crusades 1095–1187, New York: Longman, 2002, ISBN 0-582-32822-5
  NODES