Heraldika
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Heraldika — ən qədim dövrdən mövcud olmuş gerb, möhür, emblem və nişanları öyrənən köməkçi tarix elmi, gerbşünaslıq.
Tarixi
redaktəAdətən orta əsr mənbələrinə xas olan və mühüm tarixi informasiya daşıyıcısı olan heraldika xüsusi təlim tələb edən sahələrdəndir. Tarixdə heraldikanın hərbi fəaliyyət ilə əlaqədar yaranması fikri üstünlük təşkil edir. Lakin Norman işğallarına qədər heraldikanın sistematik formasına rast gəlinmir. Tarixi materialların tədqiqatçısı üçün heraldikaya aid biliklər mühüm əhəmiyyət kəsb edir. Heraldika təkcə möhür və emblemlərdə deyil, qravür və miniatürlərdədə əks olunur,sənədin həqiqiliyinin, müəllifinin müəyyənləşdirilməsi üçün qiymətli informasiya verir. Müasir dövrdə heç bir rəsmi hakimiyyəti, sosial mənsubiyyəti müəyyən etməyən heraldika orta əsrlərdə həqiqətən də feodal cəmiyyətinin mühüm xüsusiyyətlərini, institutların rəsmi imtiyazlarını əks etdirirdi. Heraldika adətən, müəyyən hərbi şəxslər üçün hazırlanır və onların şəxsi qabiliyyət və bacarıqlarını, imtiyaz, hüquq və vəzifələrini müəyyən edirdi. Müxtəlif ölkələrin hərbi cəmiyyətləri xüsusi nişanların təsvirinə malik idilər və bu, döyüşçülərə və rəhbərlərə onların hansı kontingentə daxil olmaları haqqında məlumat verirdi. Müasir tarixçilər heraldikanın iki tipini müəyyənləşdirirlər: 1) hərbi xüsusiyyəti müəyyənləşdirən nişanələr; 2) nəsli mənsubiyyəti müəyyənləşdirən nişanələr. Orta əsr feodal silki nümayəndələri arasında vətəndaş xidmətində olan, lakin hərbi və digər imtiyazlara malik olmayan şəxslər xüsusi nişanələrə malik idilər. Bu nişanələr onların cəmiyyətdə tutduqları yeri, malik olduqları səlahiyyətləri təsdiqləyən mənbələr idi. Heraldikanın tədqiqi ilə məşğul olan müasir tədqiqatçıların əsas vəzifəsi heraldik nişanələrin müəyyənləşdirilməsi deyil, mənbə haqqında məlum olmayan, itirilmiş informasiyanın toplanmasıdır. Heraldika ilə məşğul olan tədqiqatçılar sənədlərin operativ tədqiqi və tarixinin müəyyənləşdirilməsi üçün xüsusi süni lüğət yaradıblar. Bu lüğətdə dövrünə görə olduqca böyük əhəmiyyət kəsb edən heraldik nişanələrin (əsasən fransız mənşəli nişanələrin) təsviri verilir. Bu cür nəşrlər tarixi tədqiqatların asanlaşdırılmasına, mənbələrin tarixiliyi və həqiqiliyinin müəyyənləşdirilməsinin sürətləndirilməsinə imkan yaradır.Tarixdə müəyyənləşdirilmiş ən qədim emblem 1193-cü il Robert de Çartresə məxsus heraldikadır. Heraldika tarixi tədqiqatın bir vasitəsi kimi mənbə tədqiqinin yalnız bir üzünü təşkil edir. Orta əsr tarixinin bir mərhələsi olaraq, ailə, təbəqə, silk və siniflər arasında demarŞkasiya rolunu oynayan heraldik nişanələr müharibələrin ehtiyacları üzündən yaradılmasına baxmayaraq, orta əsr ruhunun müəyyənləşdirilməsi üçün mühüm əhəmiyyət kəsb edir.
Tarix haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |