Hicab (ərəbcə tələffüz; [ħɪˈdʒaːb] və ya müasir istifadədə tesettür) — müxtəlif formalarda ola bilən müsəlman qadınların geyinmə və örtünmə davranışı; baş örtüyü ise saçları və adətən üzü istisna olmaqla baş və boyunu örtən geyim tərzidir. Hicab arakəsmə, pərdə, örtük, deməkdir; çadra, niqab, parəncə də bu qəbildəndir. Müsəlman qadınların küçəyə çıxarkən geydikləri, üzlərini və bədənlərini örtdükləri örtük və çiyinlikdir. Müxtəlif növləri vardır: bütün bədəni və ya ancaq üzü örtmək üçün işlədilən qara rəngli və bəzən də başqa rəngdə olan hicablar, göz üçün xüsusi toru və ya dəlikləri olan hicablar, başa örtülən qara yarımşəffaf hicablar və s. İslamiyyətdə mühafizəkar cərəyanlar hicabı müsəlman etikasının zəruri ünsürlərindən biri adlandırırlar, lakin hazırda müsəlman ölkələrində ən çox yayılan hicabın sadələşdirilmiş variantıdır. Bu, baş örtüyü, həmçinin qolları və boynu örtən paltardır. Hicab müsəlman şəhərlərinin hər yerində yayılmışdı, lakin kəndli qadınlar və köçəri qəbilələrin qadınları çox vaxt hicab örtməmişlər.

Hicab qadının öz seçimi və ya onu təhsil, ictimai həyata iştirak, işləmək kimi şəxsi hüquq və azadlıqlarından məhrum edən məcburi bir tətbiq ola bilər. Hicab anlayışının bir parçası olaraq, bəzi İslam cəmiyyətlərində qadınlar din tərəfindən təsdiqlənmiş geyimləri ilə belə, təkbaşına bazara gedə bilməzlər. Qadınlarla ancaq pərdə və ya qəfəs arxasında danışmaq olar.

Qız Quran oxuyur.

Geyimlə bağlı məlum olan ən qədim hüquqi tənzimləmə, Hammurabi və Orta Assuriya qanunlarında yer alırdı. Qanuna görə, hicab ictimai sferaya girən azad qadınların qanunla təmin oluna simvolu kimi müəyyən edilib. Buna görə də cariyə və fahişələr mütləq başlarını örtməyəcəklər. Qadınlar bu qaydanı ört-basdır edərək pozduqda onları görən, xəbər verməyənlərlə birlikdə cəzalandırılırdılar.[1] Baş örtüyü şumerlərdə məbəd fahişələrinin xüsusi geyimi kimi qəbul edilirdi.[2][3]

İslamdan əvvəl, ərəb qadınlar müharibəyə getdikdə, döyüşərkən və ya kişiləri döyüşə təşviq etmək üçün sinələrini açırdılar, buna Uhud döyüşündə Hindin başçılıq etdiyi Məkkəli qadınların nümayiş etdirdiyi davranış nümunə göstərilir.[4] Bir çox ənənəvi cəmiyyətlərdə, məsələn, ana südü zamanı qadınların döşlərini açması utancverici deyil. Quran 24:31[5] ayəsindəki "zinətlərini örtməli və onları ailədən kənar adamlara göstərməməli" olduğunu bildirən ayəni nəzərə alsaq, Quranın ictimai sahədə utanc hissi (haya) ne yeni bir tərəzi gətirdiyini düşünmək olar. Bu cür davranış İslam alimləri və daha geniş müsəlman ictimaiyyəti tərəfindən mənəvi cəhalət (Cahiliyyə) simvolu kimi qəbul edilir.

Hicablı əfqan qadını (örtünmənin bir növü ən çox Əfqanıstanda geyinilir və "burqa" adlanır)
Yəmənli qadın (bu cür örtünmək əsasən Yəmən qadınlarına xasdı və "niqab" adlanır)

Qadınlar saçlarını örtməyi həyatlarının təbii bir parçası, iffət və xüsusilə Allaha hörmət əlaməti hesab edirdilər. Xristian sənətində Məryəm ikonoqrafiyası onu həmişə saçları örtülü şəkildə göstərir və bu ənənə müasir dövrdə Şərq yəhudi qadınları ilə yanaşı gürcü və erməni xristianlar tərəfindən də izləndi; Katolik qadınlar XX əsrə qədər başlarını örtmədən kilsəyə getmirdilər.[6] İslam dünyasının müxtəlif yerlərində haya əsasında hazırlanmış normaların bəzilərinin İslamdan əvvəlki Yaxın Şərqin bu qədim yəhudi və xristian icmalarından miras qalmış üslubları əks etdirdiyi güman edilir.[6]

Utanma və ya həya mənasını da əhatə edən Hicab termini əvvəlcə arakəsmə, pərdə və ya ümumi qadın geyim tərzi mənasını verirdi. Quran ayələrində Məhəmmədi və onun zövcələrini ziyarət edənləri bir-birindən ayıran pərdəni ifadə edən ayənin məhdudiyyətin bütün qadınlara deyil, yalnız Məhəmmədin zövcələrinə aid olduğu anlaşılırdı.

Həya İslamda əsas xarakter xüsusiyyətidir. Quran müsəlman kişi və qadınların iffətə uyğun davranmalarını əmr edir[7] və İslam və Müsəlman Dünyası Ensiklopediyasına görə iffət kişi və qadınların "görünüşü, yerişi, geyimi və cinsiyyət orqanı" ilə bağlı olan davranışlar toplusudur.[8] Hicab qadınların iffətini və məxfiliyini yad kişilərdən qorumaqdır. Bəzilər örtüyü islami bir öhdəlik deyil, tövsiyə kimi qəbul edirlər. Müsəlman İslahat Hərəkatı iddia edir ki, Quran hicabı sadəcə "maneə" deməkdir və həm kişi, həm də qadın kontekstində istifadə olunur. Onlara görə CilbabHimar İslamdan əvvəlki geyimlər idi və Quran yeni geyim tərzini təqdim etməkdənsə, yalnız onları necə geyinməyi tövsiyə edirdi.[9] Mövzunu zərurət hesab edənlər arasında bunun nə qədərinin zərurət olduğu barədə fikir birliyi yoxdur. Bundan əlavə, şəriət qanunlarında əsir və ya cariyə qadınların geyim tərzi, dini və sosial hüquq və vəzifələri kişilərdə olduğu kimi azad qadınlarınkından tamamilə fərqlidir. (Həmçinin bax: İslamda qadınlar)

Qadınlarda örtünmə nümunələri

Heç bir ənənəvi fiqh sistemi qadınların örtünməsini tələb etmirdi və geyim təlimatı (hicab) yalnız Məhəmmədin arvadlarına verilmişdi(33:59).[5][4] Buna baxmayaraq, bütün ortodoks şəriət məktəbləri ictimai yerlərdə bədənin, xüsusən də boyun, topuq və dirsəklərin altından örtülməsini əmr edir.[4] Bəzi İslam hüquq sistemləri hicabı üz və əllərdən başqa hər şeyi örtən geyim,[10] bəziləri isə üz və əllər də daxil olmaqla bütün bədəni örtən bir əmr hesab edir.[11] İranƏfqanıstanda qadınların hicab taxması qanunla tələb olunur.[12] İranda1983-cü ildə qüvvəyə minən Cinayət Məcəlləsi ilə hicab qaydalarını pozan qadınlara "74 şallaq zərbəsi" verildi.[13]

Avropa və müsəlman dünyasının bir sıra ölkələri müəyyən yerlərdə, örtünmənin bəzi növlərini qadağan edən qanunlar qəbul edib. Dünyanın müxtəlif yerlərində qadınlar da örtülməsi üçün qeyri-rəsmi təzyiqlərə məruz qalıblar. Səudiyyə Ərəbistanında bu qanunla tələb olunmur, lakin vəliəhd şahzadə Məhəmməd bin Salman bəyan edib ki, qadınlar hələ də "layiqli və hörmətli geyim" geyinməlidirlər.[14][15][16] Qəzzada Birləşmiş Rəhbərliyə (UNLU) bağlı fələstinli cihadçılar qadınlara hicab taxmaq siyasətini rədd ediblər.[17] Şəriət hökmlərinin tətbiq olunduğu bəzi İslam ölkələrində hicab və örtünmə qaydaları[18] çərçivəsində qadınların kişi qohumu olmadan ictimai həyata iştirakına və təkbaşına səfərə çıxmasına mane olur, gündəlik həyatda bir çox fəaliyyət üçün icazə alması gözlənilir.[19][20]

Hicab gəzdirməkdən imtina etmək müsəlman ölkələrində həyatı demokratikləşdirmək uğrunda mübarizənin şüarlarından biri olmuşdur. İlk dəfə olaraq hicabdan nümayişkaranə surətdə Misirdə XIX əsrin 70-ci illərində imtina edilmişdir. Azərbaycanda bu proses XX əsrin əvvəllərində baş vermiş, bu hadisəylə əlaqədar sovet dövründə çadrasını başından atan qadın təsvir olunan "Azad qadın" heykəli ucaldılmışdır.

Bu gün Hicab anlayışı çərçivəsində qadınların təhsil alması və ictimai həyata iştirakına qəti şəkildə qarşı çıxan fundamentalist terror təşkilatları İslam dünyasında varlıqlarını davam etdirir, təhsil ocaqlarına, xüsusən də qız tələbələrə qarşı hücumlar təşkil edirlər. (Bax. Taliban, Boko Haram, Malala Yusufzay

Mənbə

redaktə
  • İslam (qısa məlumat kitabı). Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. Bakı: 1989, səh.121.
  1. "Arşivlenmiş kopya". 19 Ekim 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 Ekim 2020.
  2. Şablon:Web kaynağı
  3. Şablon:Web kaynağı
  4. 1 2 3 Sitat səhvi: Yanlış <ref> teqi; Glassé 1989 413 adlı istinad üçün mətn göstərilməyib
  5. 1 2 "Translations of the Qur'an, Surah 24: AL-NOOR (THE LIGHT)". Center for Muslim-Jewish Engagement. August 18, 2016 tarixində arxivləşdirilib.
  6. 1 2 Sitat səhvi: Yanlış <ref> teqi; Nasr 2004 195 adlı istinad üçün mətn göstərilməyib
  7. Martin et al. (2003), Encyclopedia of Islam & the Muslim World, Macmillan Reference, ISBN 978-0028656038
  8. Encyclopedia of Islam and the Muslim World (2003), p. 721, New York: Macmillan Reference USA
  9. "As Muslim women, we actually ask you not to wear the hijab in the name of interfaith solidarity". The Washington Post. 21 Aralık 2015. 21 Aralık 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 Haziran 2022.
  10. Fisher, Mary Pat. Living Religions. New Jersey: Pearson Education, 2008.
  11. "Yüzü örtmenin hükmüne dair detaylı deliller". Islamqa.info. 10 Aralık 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 Nisan 2021.
  12. "'Why didn't you wear a hijab?' Taliban militants shoot 21-year-old Afghan girl". News Track. 5 Ağustos 2021. 15 Ağustos 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 Ağustos 2021.
  13. Sanam Vakil: Women and Politics in the Islamic Republic of Iran: Action and Reaction Error in Webarchive template: Empty url.
  14. "9 Misconceptions about traveling to Saudi Arabia as a woman - Against the Compass" (ingilis). 9 Ocak 2021. 25 Şubat 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 Şubat 2021.
  15. "Women in Saudi Arabia do not need to wear head cover, says crown prince". The Irish Times. 15 Ocak 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 Şubat 2021.
  16. "Rebel Saudi women appear in public without hijab, abaya; onlookers stunned | New Straits Times". NST Online. 15 Eylül 2019. 15 Aralık 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 Ocak 2021.
  17. "Women, the Hijab and the Intifada". 4 Mayıs 1990. 16 Haziran 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 Haziran 2022.
  18. "Pakistan'da Kadınlara Sokağa Çıkma Yasağı". Posta gazetesi, 21 Temmuz 2013. 6 Mart 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 Ağustos 2016.
  19. "Araba kullanmaya başlıyorlar ama bunlar hâlâ yasak". Sözcü gazetesi, 23 Haziran 2018. 23 Haziran 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 Nisan 2021.
  20. "Suudi Arabistan ve diğer ülkelerde hâlâ kadınlara yasak olan şeyler". BBC.com 28 Eylül 2017. 1 Ekim 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 Nisan 2021.
  NODES
todo 1