Ho Yon Çon
Ho Yon Çon (kor. 정호연; 23 iyun 1994, Cənubi Koreya) – Cənubi Koreya modeli və aktrisası. "Vogue" jurnalı tərəfindən "Koreyanın növbəti top modeli" kimi adlandırılmışdır.[1] "Koreyanın növbəti top modeli" şousunun 4-cü mövsümündə yarışmış və ikinci yeri tutmuşdur.[2] Models.com saytı tərəfindən "Top-50" modeldən biri kimi seçilmişdir. The Society Management, Elite Model Management, Nomad Management, ESteem Models, Saram Entertainment agentlikləri ilə əməkdaşlıq edir.
Ho Yon Çon | |
---|---|
kor. 정호연 | |
Doğum tarixi | 23 iyun 1994 (30 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | model[d], televiziya aktrisası, aktrisa |
esaram.co.kr/en/Junghoye… | |
Vikianbarda əlaqəli mediafayllar |
2021-ci ilin oktyabrında Louis Vuitton brendinin qlobal səfiri seçilmişdir.[3][4]
Şəxsi həyatı
redaktəHo Yon Çon 23 iyun 1994-cü ildə Cənubi Koreyanın Seul şəhərində anadan olub. İki bacı-qardaşı var.[5] Donduk Qadınlar Universitetindən məzun olmuşdur.[6] 2016-cı ildən aktyor Li Don Hvi ilə münasibətdədir.[7]
Karyerası
redaktəÇon karyerasının ilk dövrlərindəki qırmızı saçları və "ehtiraslı" şəxsiyyəti ilə tanınırdı.[8][9][10] Modelliyə 16 yaşında başlamışdır.[11] Seul Dəb Həftəsində agenti olmadan model kimi iştirak etmiş və ESteem Models[12] ilə müqavilə imzalayana qədər özünü inkişaf etdirmişdir. "Koreyanın növbəti top modeli" şousuna qatılaraq 2-ci yeri tutmuşdur.[13] Bu uğurundan sonra "Vogue Girl Korea", "Nylon Kore" və "ELLE Wedding" kimi jurnallarda görünmüşdür. Bundan əlavə, Şin Hyo-ci və Hvan Hyon-cu ilə birlikdə "First Look Korea" jurnalında yer almışdır.
2016-cı ildə Louis Vuitton brendi ilə beynəlxalq debütünü etmişdir.[14] Həmin mövsüm Marc Jacobs, Fendi, Max Mara, Alberta Ferretti və Rag & Bone brendləri üçün podiuma çıxmışdır.[15] Çon karyerası ərzində Jeremy Scott, Tory Burch, Topshop Unique, Lanvin, Dolce & Gabbana, Missoni, Bottega Veneta, Emilio Pucci, Chanel, Miu Miu, Giambattista Valli, Prabal Gurung, Jason Wu, H&M, Jacquemus, Burberry, Acne Studios, Roberto Cavalli, Diesel Black Gold, Versus (Versace), Narciso Rodriguez, Paco Rabanne, Schiaparelli, DSquared2, Blumarine, Dundas, Zadig & Voltaire, Tod's, Etro və Gabriela Hearst brendləri üçün modellik etmişdir.[16][17]
Sephora,[18] Chanel,[19] Gap,[20] Hermès[21] və Louis Vuitton brendlərinin reklamlarında iştirak etmişdir.[22] Louis Vuitton brendinin qlobal səfirini kimi brendin saatları və zinət əşyaları üçün də modellik edir.[4]
Çon "Vogue Japan", "Vogue Korea", "W Korea" və "Harper's Bazaar Korea" dəb jurnallarının üzlüklərində görünmüşdür. Həmçinin "Vogue",[23] "British Vogue", "Dazed",[24] "Love", "CR Fashion Book",[25] "Into the Gloss" jurnallarının baş məqalələrində yer almışdır.[26][27][28]
2017-ci ildə Models.com saytı tərəfindən "Top yeni model" və "İlin modeli" nominasiyalarına seçilmişdir.[29][30]
13 yanvar 2020-ci ildə Saram Entertainment ilə aktrisa kimi müqavilə imzalamışdır.[31] 2021-ci ildə Netflix tərəfindən çəkilən "Kalmar oyunu" serialında əsas personajlardan birini canlandırmış və aktrisa kimi debüt etmişdir.[32]
4 oktyabr 2021-ci ildə 13 milyon izləyici ilə Instagram-da ən çox izləyicisi olan koreyalı aktrisa olmuşdur.[33]
Filmoqrafiya
redaktəMusiqi videoları
redaktəİl | Mahnı adı | Sənətçi | Uzunluq | İst. |
---|---|---|---|---|
2013 | "Going Crazy" | Li Hyori | 3:44 | [a] |
2014 | "Beat" | 100% | 3:50 | [34] |
"Move" | Kim Yon-vu | 4:09 | [35] | |
2019 | "The CHANEL Pharrell Collection" | Farel Vilyams | 3:20 | [36] |
2019 | "Taste of Acid" | Hot Potato | 4:12 | [37] |
Televiziya
redaktəİl | Adı | Rol | Şəbəkə | İst. |
---|---|---|---|---|
2021 | "Kalmar oyunu" | Kang Sae-byeok | Netflix | [32] |
Qeydlər
redaktə- ↑ 2013-cü ildə "Koreyanın növbəti top modeli" verilişi üçün.
İstinadlar
redaktə- ↑ "Meet Hoyeon Jung, Seoul Street Style Star and Korea's Next Top Model". 26 October 2015. 4 October 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 September 2021.
- ↑ "Meet Hoyeon Jung, Seoul Street Style Star and Korea's Next Top Model". 26 October 2015. 4 October 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 September 2021.
- ↑ Puah, Ziwei. "'Squid Games Jung Ho-yeon named global ambassador for Louis Vuitton". NME (ingilis). October 6, 2021. July 17, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 6, 2021.
- ↑ 1 2 Luu, Christopher. "Louis Vuitton Enlists Squid Games's HoYeon Jung as Its Newest Global Ambassador". InStyle. Meredith Corporation. October 6, 2021. July 14, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 9, 2021.
I immediately fell in love with Ho Yeon's great talent and fantastic personality, and I am looking forward to starting this new chapter of the journey we started at Louis Vuitton a few years ago," artistic director of women's collections Nicolas Ghesquière added.
- ↑ Pullar, Jess. "Meet Jung Ho-yeon—The Stunning Korean Model Behind Netflix's Viral Series, 'Squid Game'". Elle Australia. ARE MEDIA PTY LIMITED. October 5, 2021. October 11, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 9, 2021.
- ↑ "'라디오스타' 이동휘, 연인 정호연 바라보는 눈빛 '♡ 뿅뿅'..."질투 유발자들"" ['Radio Star' Lee Dong-hwi, his lover Jung Ho-yeon's eyes '♡ Pyong-pyong'..."Jealousy Initiators"] (koreya). Donga Ilbo. March 31, 2016. October 2, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 2, 2021 – Naver vasitəsilə.
- ↑ Lee Seung-mi. "이동휘♥정호연, 스타일 만큼 '쿨'한 LTE급 열애 인정(종합)" [Lee Dong-hwi ♥ Jung Ho-yeon, LTE-class devotees recognized as 'cool' as their style (comprehensive)] (koreya). Sports Chosun. January 6, 2021. October 4, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 2, 2021 – Naver vasitəsilə.
- ↑ Cheng, Zarah. "Model Sensation Hoyeon Jung Shares Her Secret to Flawless Skin and the Perfect Two-Tone Lip". HYPEBAE. October 21, 2016. November 4, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 3, 2021.
- ↑ Kim, Monica. "Korean Model Hoyeon Jung's Skin Care and Makeup Secrets". Vogue. October 20, 2016. April 24, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 28, 2021.
- ↑ Kozarevic, Bojana. "The spring/Summer 17 new faces who rocked our world". i-D. October 18, 2016. November 6, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 28, 2021.
- ↑ Ang, Engracia. "5 Things to know about Hoyeon Jung". Be Asia. October 28, 2015. October 29, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 28, 2021.
- ↑ "Hoyeon Jung - Model". Models.com. 2021-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-28.
- ↑ Kim, Jae-heun. "Korea's next top model _targets New York Fashion Week". The Korea Times. January 10, 2016. November 6, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 28, 2021.
- ↑ "Hoyeon Jung". 7 March 2017. 11 March 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 September 2021.
- ↑ "Top 5 Model Newcomers of the SS17 Season". 11 October 2016. 4 November 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 September 2021.
- ↑ "HoYeon Jung". Fashion Model Directory. 2021-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-28.
- ↑ "What Fashion Week Really Looks Like for a Runway Model". 2021-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-28.
- ↑ "Sephora S/S 2017 (Sephora)". MODELS.com. 2019-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-28.
- ↑ "THE FACES OF FALL-WINTER 2018/19". Chanel News. September 13, 2018. October 8, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 9, 2021 – Chanel.com vasitəsilə.
- ↑ "Gap S/S 2018 by Amy Troost (Gap)". MODELS.com. 2019-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-28.
- ↑ Best, Nathan. "Hoyeon Jung & Marland Backus by Jack Davison for Hermès Jewelry SS/17". Carbon Copy Magazine. August 10, 2017. September 26, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 3, 2021.
- ↑ "Louis Vuitton F/W 2017 Series 7 Campaign (Louis Vuitton)". Models.com. 2018-11-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-28.
- ↑ "Seize the Day (American Vogue)". 2018-11-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-28.
- ↑ FashionModelDirectory.com, The FMD-. "Jung Ho Yeon in Dazed & Confused Korea with HoYeon Jung - Fashion Editorial | Magazines | The FMD". The FMD - FashionModelDirectory.com. 2016-10-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-28.
- ↑ "Hoyeon Jung, Ella Bales, and More Wear High-Excess Makeup for CR Fashion Book Issue 12". 21 March 2018. 6 November 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 September 2021.
- ↑ "Our 5 Favorite Contestants from Korea's Next Top Model". 4 May 2017. 6 November 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 September 2021.
- ↑ "Adut Akech, Hoyeon Jung & Sara Grace Wallerstedt Are Lensed By Peter Ash Lee For Vogue Korea May 2018". Anne of Carversville. 2018-11-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-28.
- ↑ "Three All Drugstore Makeup Looks to Try". 21 December 2016. 6 November 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 September 2021.
- ↑ "Top Newcomers S/S 2017 | models.com MDX". MODELS.com. 2017-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-28.
- ↑ "Model of the Year Awards 2017 | models.com MDX". MODELS.com. 2019-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-28.
- ↑ Lee Min-ji. "정호연, 사람엔터와 전속계약 체결...이제훈 이하늬 한솥밥(공식)" [Jung Ho-yeon signed an exclusive contract with Sara Entertainment...Lee Je-hoon Lee Honey One Pot Rice (Official)] (koreya). Newsen. January 13, 2020. October 4, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 2, 2021 – Naver vasitəsilə.
- ↑ 1 2 Bae Hyo-joo. "이정재, 456억 향한 질주" 넷플릭스 '오징어 게임' 9월17일 공개[공식]" [Lee Jung-jae, sprinting towards 45.6 billion” Netflix ‘Squid Game’ released on September 17th [Official]]. Newsen (koreya). Naver. August 11, 2021. August 11, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 11, 2021.
- ↑ Kim Min-ji. "'오징어 게임' 정호연, SNS 팔로워 40만→1306만 폭증…韓 여배우 1위" ['Squid Game' Jung Ho-yeon, SNS followers surge 400,000 → 13,060,000... No. 1 Korean actress] (koreya). News1. October 4, 2021. October 4, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 4, 2021 – Naver vasitəsilə.
- ↑ Kim Sa-ra. "백퍼센트 '심장이 뛴다' MV 19금 판정..왜" [100% 'Heart is beating' MV 19 gold judgement..why] (koreya). Osen. March 19, 2014. October 4, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 3, 2021 – Naver vasitəsilə.
- ↑ Choi Ji-ye. "김연우, 감각 파격의 끝을 달리는 '무브' 오늘 공개" [Kim Yeon-woo, 'Move' that runs to the end of sensational shock is released today] (koreya). My Daily. May 28, 2014. October 3, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 3, 2021 – Naver vasitəsilə.
- ↑ Schütz, Violaine. "Qui est HoYeon Jung, héroïne attachante de "Squid Game" et nouvelle muse de Louis Vuitton ?". Numéro (French). October 8, 2021. October 8, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 9, 2021.
- ↑ "뜨거운 감자(Hot Potato) - Taste of Acid M/V". June 17, 2019. December 3, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 9, 2021 – YouTube vasitəsilə.
Xarici keçidlər
redaktə- Saram Entertainment profili
- Ho Yon Çon — IMDb səhifəsi