Homofiliya
Homofiliya (Qədim Yunan sözündən: homoû, 'birlikdə' + philíē, 'dostluq, sevgi') — “Balıqçı balıqçını görər uzaqdan”[1] atalar məsəlində olduğu kimi, fərdlərin öz növlərindən olan insanlarla ünsiyyətə girmək və əlaqələr qurmaq meylidir. Homofiliyanın mövcudluğu çoxlu sayda şəbəkə tədqiqatlarında aşkar edilmişdir: 100-dən çox tədqiqat bu və ya digər formada homofiliyanı müəyyən etmişdir və oxşarlığın əlaqələrlə əlaqəli olduğunu aşkar etmişdir.[2] Homofiliyanın baş verdiyi kateqoriyalara aşağıdakılar daxildir: yaş[en], cins, sosial sinif və təşkilati rol.[3]
Homofiliyanın əksi heterofiliya və ya qarışıqlıqdır. Homofilik münasibətlərdə olan fərdlər ünsiyyəti və bağın formalaşmasını asanlaşdıran oxşar xüsusiyyətləri (inamlar, dəyərlər, təhsil və s.) bölüşürlər. Heyvanlarda çoxalma cütlərində homofiliya təkamül biologiyası sahəsində geniş şəkildə tədqiq edilmişdir, burada assortiativ cütləşmə kimi tanınır. Cütlüklərdə homofiliya təbii damazlıq heyvan populyasiyalarında yaygındır.[4]
Homofiliyanın bir sıra sosial və iqtisadi nəticələri var[5].
Növlər və istiqamətlər
redaktəHomofiliyanın əhəmiyyətini yoxlamaq üçün tədqiqatçılar iki növ arasında fərq qoyurlar:
- Nəzarət qrupu homofiliyası: müxtəlif xüsusiyyətlərə malik insanların mövcud qeyri-bərabər paylanmasını nəzərə alaraq, sadəcə olaraq təsadüfi gözlənilə bilən homofiliyanın miqdarı; və
- Qohumluq homofiliyası: Adətən şəxsi üstünlük və seçim nəticəsində gözlənilən dəyərdən artıq homofiliyanın miqdarı.
İstinadlar
redaktə- ↑ Ferguson, Niall. "The False Prophecy of Hyperconnection". Foreign Affairs. August 15, 2017. May 1, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 1, 2017.
At the same time, birds of a feather flock together. Because of the phenomenon known as “homophily”, or attraction to similarity, social networks tend to form clusters of nodes with similar properties or attitudes.
- ↑ McPherson, M.; Smith-Lovin, L.; Cook, J. M. "Birds of a Feather: Homophily in Social Networks". Annual Review of Sociology. 27. 2001: 415–444. doi:10.1146/annurev.soc.27.1.415.
- ↑ Retica, Aaron. "Homophily". New York Times. 2006-12-10. 2018-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-21.
- ↑ Jiang, Yuexin; Bolnick, Daniel I.; Kirkpatrick, Mark. "Assortative Mating in Animals". The American Naturalist. 181 (6). June 2013: E125–38. doi:10.1086/670160. JSTOR 10.1086/670160. PMID 23669548.
- ↑ Jackson, Matthew O. Social and Economic Networks. Princeton University Press. 2010-11-01. doi:10.2307/j.ctvcm4gh1. ISBN 978-1-4008-3399-3.