Hot-doq (ing. Hot dog) — Almaniya-da yaranan və çörək içərisində sosislərdan ibarət sendviç bənzəri qida növü.

Hot-doq

Tarixçə

redaktə

Hot-doq Amerika mətbəxinin klassik yemək növlərindən biridir.

Bu yemək 1860-cı ildən başlayaraq, demək olar ki, ABŞ-nin simvoluna çevrilmişdir. Belə ki, həmin ildən alman immiqrantları bu yeməyi özlərilə ABŞ-ya gətirmişlər və elə həmin ildən də (yəni, 1860-cı ildən) hot-doq ABŞ-nın yerli əhalisi tərəfindən çox bəyənilmişdir. Sonralar, yəni 1893-cü ildə Çikaqoda keçirilən Beynəlxalq Sərginin iştirakçılarının hər birinə həmin yeməkdən verilmişdir. Bu yemək sərgidə iştirak edənlər tərəfindən kifayət qədər bəyənilmişdir.

1900-cü ildə Almaniyadan ABŞ-yə gəlmiş qəssab Çarlz Feltman burada hot-doqun kütləvi istehsalına başlamışdır. 1910-cu ildə Ç. Feltman dünyasını dəyişidi. Ondan sonra qalan restoran və otellerin ümumi dəyəri milyonlarla ölçülürdü. O dövrlər bu, çox böyük bir miqdarda pul demək idi.

1957-ci ildən ABŞ-nın Ticarət Palatası tərəfindən hot-doq gününü rəsmiləşdirilmiş, bundan 37 il sonra isə "Hot-doq və sosislər" Milli Şurası yaradılmışdır.

Yeməyin adının haradan və necə yaranması ilə bağlı çoxlu araşdırmalar aparılmışdır. Hot-doq sözünün Azərbaycan dilinə hərfi mənası "isti it" deməkdir. Bəzi tarixçilər təsdiq etməyə çalışmışlar ki, hot-doq söz birləşməsi ilk dəfə alman qəssabı İohann Lanner tərəfindən işlədilmişdir. O, böyük sosisləri "balaca itlər" adlandırmışdır (alm. Dachshund‎).

Digər tarixçilər isə bu sözün amerikada yarandığını təsdiqləməyə çalışmışlar. Nyu-Yorkda, XX əsrin əvvəllərində benqallarla keçirilən matç zamanı satılan sosislərlə bağlı bu ad yaranmışdır. İlk öncə hot-doq sözünü karikaturaçı Ted Dorqan öz karikaturalarında işlətmişdir. Öz karikaturalarını belə adlandırmaqla o, benqallıların bu yeməyi it ətindən hazırladıqlarına işarə etmişdir. Bəzi tarixçilər isə bunu təsdiq etməyə çalışmışdılar. Tarixçilərin dediklərinə görə, bu cür sosislər XIX əsrin ortalarında benqaliyada it ətindən hazırlanırmış və bu səbəbdən də o zamanlar bu cür sosislər hot-doq – yəni, "it ətindən hazırlanmış isti sosislər" — adlandırılırdı.

Maraqlı faktlar

redaktə
  • "Hot-doq və sosislər" Şurasının verdiyi məlumatlara əsasən, hər bir amerikalı il ərzində ən azı 60 hot-doq yeyir.
  • Hot-doqun zərərləri haqqında çox danışılsa da, hot-doq həvəskarları yenə də bu yeməyin dadını çıxarmaqda davam etməkdədirlər. Hər il iyulun 18-i Beynəlxalq Hot-doq Günü kimi qeyd edilir.[1]

İstinadlar

redaktə
  1. "Arxivlənmiş surət". 2015-05-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-19.
  NODES