Hovard Fillips Lavkraft
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Hovard Filips Lavkraft (ing. Howard Phillips Lovecraft, 20 avqust 1890[2][3][…], Providens[d] – 15 mart 1937[2][3][…], Providens[d]) — ABŞ yazıçısı, şairi və jurnalistjurnalisti. Mistika, dəhşət və fentezi janrlarında yazaraq, onları orijinal stilə uyğunlaşdırmışdir. Ktulhu miflərinin banisidir. Robert Hovardla bərabər fentezi janrının əsasını qoyanlardan biri sayılır. Lavkraftın sağlığında onun yaradıcılığı böyük populyarlıqla istifadə olunmurdu, amma vəfatından sonra onlar bizim çağdaşımız olan kütləvi mədəniyyətin formalaşmasına güclü təsir göstərdi. Onun yaradıcılığı o qədər unikaldır ki, Lavkraft əsərləri xüsusi "lavkraft dəhşətləri" adlanan podjanra ayrılırlar.
Howard Filips Lavkraft | |
---|---|
ing. Howard Phillips Lovecraft | |
Təxəllüsü | Ward Phillips[1] |
Doğum tarixi | |
Doğum yeri | Providens |
Vəfat tarixi | (46 yaşında) |
Vəfat yeri | Providens |
Vəfat səbəbi | nazik bağırsaq xərçəngi |
Fəaliyyəti | romançı, şair, jurnalist, fantastika yazıçısı[d], esseist, yazıçı |
Fəaliyyət illəri | 1917–15 mart 1937 |
Əsərlərinin dili | ingilis dili |
Janrlar | Mistika, fentezi və dəhşət ədəbiyyatı |
Tanınmış əsərləri | |
hplovecraft.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəLavkraft Providensdə doğulub (ABŞ, Rod-Aylend ştatı). O ticarət agenti Uilfid Skott Lavkraft və Sara Syüzan Filips Lavkraftların ailəsində yegənə uşaq idi. Məlumdur ki, onun əcdadları Massaçusets körfəzi koloniyası vaxtından Amerikada yaşayırdılar (1630). Hovardın üç yaşı olanda, Uilfridi psixiatriya xəstəxanasına qoymuşdular, orada o beş il müddətində ölənə qədər qaldı (19 iyun 1898 il).
Lavkraft anası, iki xalası və babası (Uippl Ban Byuren Filips) tərəfindən tərbiyə olunmuşdur. Hovard vunderkind idi — hələ iki yaşında ikən şeirləri əzbər oxuyurdu, altı yaşında isə özü artıq şeirlər yazırdı. Lavraft xatırlayırdı ki, 5 yaşında ikən ona Santa Klausun mövcud olmadığını deyiləndə, "bəs niyə tanrı da mif hesab olunmur?" cavabını vermişdir.[4] Ştatın ən böyük qiraətxanasının sahibi olan babasının sayəsində, o klassik ədəbiyyatla tanış oldu. Klassika ilə yanaşı o qotik proza və "min bir gecə" ərəb nağılları ilə maraqlanırdı. 6–8 yaşında ikən Lavkraft günümüzə qədər gəlib çatmamış bir neçə hekəyə yazmıştı. 14 yaşında ikən Lavkraft öz birinci ciddi yaradıcılığı olan "Mağaradakı vəhşi heyvan " əsərini yazır.
Uşaq vaxtı Lavkraft tez-tez xəstələnirdi və məktəbə ancaq səkkiz yaşında getmişdir, amma onu bir ildən sonra oradan götürmüşdülər. O çoxlu mütaliə edirdi və eyni zamanda kimyanı öyrənirdi, 1899-cu ildən başlayaraq ("Elmi qəzet"də) bir neçə əsər yazmışdı (onları hektoqrafda kiçik tirajla çap edib çoxaltmışdı). Dörd ildən sonra o yenidən məktəbə qayıtdı.
Uippl Van Buren Filips 1904-cü ildə vəfat etdi, bundan sonra onun ailəsi çox yoxsullaşdı və həmin küçədə nisbətən kiçik evə köçməyə məcbur oldu. Başqa yerə köçmək Hovardı çox kədərləndirdi və o hətta intihar etmək haqqında beyninə fikirləri gətirirdi. 1908-ci ildə ona baş vermiş əsəbi kəskinlik üzündən məktəbi bitirmədi və buna görə çox utanırdı.
Lavkraft hələ uşaq ikən fantastika yazırdı ("Mağaradakı vəhşi heyvan " (1905), "Əlkimiyaçı" (1908)), lakin sonralar ona poeziya və esseni üstün tutdu. Bu "qeyri-ciddi" janra o ancaq 1917-ci ildə "Daqon" və sonra "Məqbərə" hekayələri ilə qayıtdı. 1923-cü ildə "Əsrarəngiz hekayələr " (Weird Tales) jurnalında işıq üzü görmüş "Daqon" onun birinci nəşr olunmuş yaradıcılığı idi. Eyni zamanda Lavkraft birinci, nəticədə XX əsrin ən iri həcmli yazışmasına başladı. Onun müxbirləri arasında Forest Akerman, Rober Blox və Robert Hovard var idi.
Hovardın anası Sara, uzun sürən isteriyadan sonra depressiyaya qapıldı və ərinin öldüyü müalicəxanaya düşdü və 21 may 1921-ci ildə orada vəfat etdi. O özünün son günlərinə qədər oğluna məktub yazırdı.
1919–1923-cü illərdə Lavkraft fəal surətdə yazırdı, həmin illərdə o 40-dan artıq, o cümlədən şərikli müəllifliklə, hekayə yaratmışdı. Sonralar həvəskar jurnalistlərin iclasında Hovard Lavkraft ukrayna-yəhudi mənşəli və özündən yeddi yaş böyük olan Sonya Qrinə rast gəlmişdi. Onlar 1924-cü ildə evlənib Bruklinə (Nyu-York) köçdülər. Sakit Providensdən sonra Nyu-York həyatı Lavkraftın xoşuna gəlmədi. Onun "O" hekayəsi çox cəhətdən avtobioqrafik idi. Bir neçə ildən sonra ər-arvadla ayrıldılar, buna baxmayaraq boşanmanı rəsmiləşdilər. Lavkraft öz doğma şəhərinə qayıtdı. Uğursuz kəbinə qörə bəzi bioqraflar onun aseksual olduğunu güman edirdilər, amma Qrin onu, əksinə olaraq, "yaxşı məşuq" adlandırırdı.
Providensə qayıdaraq Lavkraft 1933-cü ilin özünə qədər, Braun-strit 10 ünvanlı, "viktorian dövrünündən qalma böyük taxta evdə" yaşayırdı. (bu ünvan "Çarlz Dekster Vardın qəziyəsi" povestində doktor Uilletin ünvanı idi). Bu dövrdə o praktiki olaraq özünün jurnallarda çap olunmuş (əsasən "Əsrarəngiz hekayələr"də), bütün qısa hekəyələrini, həm də çoxlu böyük ("Çarlz Dekster Vardın qəziyəsi" və "Ağılsızlıq sıra dağları" kimi) işləri yazmışdı. Yazıçılıq uğurlarına baxmayaraq, Lavrkraft həmişə ehtiyac içində olmuşdu. O yenə, ancaq artıq daha kiçik evə köçmüşdü. Robert Hovadrın intiharı ona güclü təsir etmişdi. 1936-cı ildə yazıçıda ac qalmağın nəticəsi olan bağırsaq xərçəngi aşkar etdilər. Hovard Filips Lavkraft 15 mart 1937-ci ildə Preovidensdə (ABŞ, ştat Rod-Aylend) vəfat edib.
İstinadlar
redaktə- ↑ https://www.jstor.org/stable/26868442.
- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 H. P. Lovecraft // Internet Speculative Fiction Database (ing.). 1995.
- ↑ Joshi, 2010a. səh. 42; St. Armand, 1972. səh. 3–4; de Camp, 1975. səh. 18.
Ədəbiyyat
redaktə- Joshi, S. T. "Time, Space, and Natural Law: Science and Pseudo-Science in Lovecraft". Lovecraft Annual (4). 2010b: 171–201. ISSN 1935-6102. JSTOR 26868421.
- St. Armand, Barton Levi. "Facts in the Case of H. P. Lovecraft" (PDF). Rhode Island History. 31 (1). 1972: 3–20. ISSN 0035-4619 – Rhode Island Historical Society vasitəsilə.
- de Camp, L. Sprague. Lovecraft: A Biography (First). Garden City, New York: Doubleday. 1975. ISBN 0-385-00578-4. OCLC 979196.